Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
4 №-li cədvəldə 1989-1998-ci illərdə beynəlxalq turizmdən əldə olunan 
gəlirlər regionlar üzrə göstərilir*. On ildə beynəlxalq turizmdən əldə olunan 
gəlir, cədvəldən göründüyü kimi, 2 dəfə artmış və 444,7 mlrd $-a çatmışdır. 
Gəlir  götürməkdə  lider  yenə  də  Avropa  olmuşdur.  Avropa  Amerikadan  2 
dəfəyə  yaxın  çox  beynəlxalq  turizmdən  gəlir  götürmüşdür.  Eyni  zamanda, 
Avropanın  götürdüyü  gəlir  dünya  üzrə  götürülən  gəlirin  yarısından  çoxdur. 
Turist axınları kimi beynəlxalq turizmdən götürülən gəlirlərin miqdan da 10 il 
ərzində ildən-ilə ardıcıl olaraq artmışdır. Afrika kontinentində 1989-cu (-1,5) 
və 1991-ci (-5,7) illərdə. Yaxın Şərqdə 1990-cı (-2,2) və 1991-ci (-13,2) illərdə 
gəlirlərin  azalması  başqa  regionlarda  gəlirin  çoxalması  ilə  kompensasiya 
olunurlar. 
10.4.
 
REGİON DAXILI VƏ REGİONLAR ARASI TURİST AXINLARININ 
İNTENSİVLİYİNİN DƏYİŞMƏ PROQNOZLARI 
90-cı illərə kimi region daxili və regionlar arası axınlar orta hesabla dünya 
üzrə sabit qalmış və (82:18) % olmuşdur. ÜTT verdiyi proqnozlara görə III 
minilliyin 20-ci illərində bu mütənasiblik dəyişməlidir və regionlar arası turist 
axını daha intensiv olacaqdır. Asiya - Sakit okean regionunda başqa regionlara 
nisbətən  turist  axınlarının  sürəti  daha  çox  ola-caqdır.  Nəticədə  beynəlxalq 
turist səfərlərinin regionlar arası miqdarı 2020-ci ildə 24 %-ə çatacaqdır. Buna 
uyğun olaraq region daxili səfərlərin miqdarı 76 %-ə enəcəkdir. 
Dünyanın  ən  çox  10  turist  qəbul  edən  ölkələrin  tərkibi  2020-ci  ildə 
dəyişəcək.  Onların  tərkibinə  yeni  ölkələr  əlavə  olunacaqdır.  Məsələn,  Çin, 
ABŞ.  Eyni  zamanda.  2020-ci  ilə  verilən  turizm  proqnozlarında  əsas  diqqət 
beynəlxalq turizmə verilir. Əlbəttə, daxili turizm hərəkatının aktivliyi maliyyə 
cəhətdən  çox  vacibdir.  Verilən  2020-ci  il  proqnozuna  görə  25  ildən  sonra 
inkişaf  etmiş  ölkələr  daxili  turizm  inkişafında  zirvəyə  çatacaqlar.  Daxili 
turizmin  inkişafı  əsas  Asiyanın,  Latın  Amerikasının.  Yaxın  Şərqin  və 
Afrikanın hesabına baş verəcəkdir, bu ölkələrdə daxili turizmlə məşğul olan 
əhalinin payı çoxalacaqdır. Çox güman ki, daxili turizmlə beynəlxalq turizm 
arasındakı mütənasiblik 10:1, maliyyə cəhətdən isə 3:1 və ya 4:1 uzun müddət 
sabit olaraq qalacaqdır. Ən çox turist qəbul edən 10 qabaqcıl ölkənin tərkibi 
aşağıdakı kimi olacaqdıçj 
5 və 6 nömrəli cədvəllər tJTT proqnozlarına əsaslanır. 5 nömrəli cədvəldə 
turist qəbul edən ölkələr arasında I yeri Çin Xalq Respublikası tu- 
.1 \ .T 4 №-li c,xlv.MI.'»rcl.ı olan ı•.■'qənıl.■'r UTF-nın vcrdivi məlumatlardan göiııriılmiışdıır. 
86
 • 


T U R İ Z M  
tur.  Bu  cür  proqnoz  ona  əsaslanır  ki,  Çinin  böyük  iqtisadi  və  demoqrafik 
potensialı  var.  Bu  proqnozun  gerçəkləşməsi  üçün  ilk  növbədə  Çində 
demokratik  və  iqtisadi  islahatlar  sürətlənməlidir.  1998-ci  ildə  Çin  Xalq 
Respublikası 24 mln xarici turist qəbul etmişdir. Əlbəttə, zəngin təbii sərvətləri 
və 1 mlrd 200 mln əhalisi olan ölkə üçün bu çox azdır. 2001-ci ildə Çinə gələn 
turistlərin  sayı  1998-ci  ilə  nisbətən  9  mln  nəfər  artmışdır.  ÇXR  bö-  >ük 
islahatlar  ərəfəsindədir.  Əgər  üç  il  ərzində  Çinə  gələn  turistlərin  sayı  9  mln 
nəfər artmışdırsa, bu onu göstərir ki, ÜTT-nin verdiyi proqnoz gerçəkləşə bilər. 
Ona görə ki, turist qəbulunun orta illik artımı Çində böyükdür; 1995-2020 illər 
üçün təxminən 8 % olacaqdır. 
Ən çox turist qəbul edən ölkələr (2020-ci ilə proqnoz, ÜTT) 
Cddval 5 

 
Ölkələr
 
Gələn turistlərin 
miqdarı mln. nəfər
 
Dünya bazarında 
tutumu
 
%
 
1995-2020 illərə 
artım, %-lə
 
1
 
Çin
 
137,1
 
8.6
 
8
 
2
 
ABŞ
 
102.4
 
6.4
 
3,5
 
3
 
Fransa
 
93.3
 
5.8
 
1,8
 
4
 
İspaniya
 
71,0
 
4.4
 
2,4
 
5
 
Qonkonq
 
59,3
 
3,7
 
7,3
 
6
 
İtaliya
 
52.9
 
3,3
 
2.2
 
7
 
Böyük Britaniya
 
52,8
 
3,3
 
3.0
 
8
 
Meksika
 
48.9
 
3,1
 
3,6
 
9
 
Rusiya
 
Federasiyası
 
47,9
 
2.9
 
6,7
 
10
 
Çexiya
 
44,0
 
2,7
 
4.0
 
 
10 ölkə bir yerdə
 
708.8
 
44.2
 
4.25
 
8 7  


YEGANLI S.T.. HACrVEV E. M. 
Ən çox xarici turist qenerasiya edən ölkələr, 2020-ci ildə 
Codvol 6 

 
Ölkələr
 
Dünya səfərləri, mln. 
nəfər
 
Dünya bazarında yeri, '/o-lə
 
1
 
Almaniya
 
163.5
 
10,2
 
2
 
Yaponiya
 
141,5
 
8.8
 
3
 
ABS
 
123.3
 
7.7
 
4
 
Çin
 
100.0
 
6.2
 
5
 
Böyük Britaniya
 
96.1
 
6,0
 
6
 
Fransa
 
37.6
 
2.3
 
7
 
Hollandiya
 
35.4
 
2.2
 
8
 
Kanada
 
31,3
 
2.0
 
9
 
Rusiya Federasiyası
 
3Ö5
 
1.9
 
10
 
İtaliya
 
29.7
 
1.9
 
 
10 ölkə bir yerdə
 
788.9
 
49.2
 
88 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə