Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

T U R İ Z M  
4.
 
Afrika-(45:55)%; 
5.
 
Yaxın Şərq-(59:41)%; 
6.
 
Cənubi Asiya - (55:45) %. 
Regionlarda  əmələ  gələn  region  daxili  və  region  arası  baş  verən  turist 
axınlarının mütənasibliyi onu göstərir ki, əgər region daxili turistlərin faizlə 
miqdarı  nə  qədər  çoxdursa,  deməli  bir  o  qədər  də  regionda  turizmin 
infrastrukturu  və  təşkili  yaxşı  inkişaf  etmiş,  regionda  sabitlik  və  yüksək 
iqtisadi inkişaf var. 
Məsələn, I ən yüksək region daxili turist axını Avropadadır: - 90 %, yerdə 
qalan 10 % isə regionlar arası turist axınına mənsubdur. Avropada beynəlxalq 
turizmin  vəziyyətini  təyin  edəndə  bunun  bütün  səbəblərini  qeyd  etmişdik. 
Lakin  bir  də  yada  salaq  ki,  Avropada,  kiçik  bir  ərazidə,  tarixi  kökləri  eyni 
olan,  biri-birinə  etnik  cəhətdən  yaxın  dövlətlər,  inkişaf  etmiş  infrastruktur, 
hamar yollar, xalqların tarixi-mədəni yaxınlığı, dil və din oxşarlığı, turizmin 
yüksək  inkişafı  üçün  zəmin  yaratmışdır.  Ən  başlıcası  budur  Li,  Avropa 
ölkələri  birləşib  vahid  turizm  məkanı  yaratmağa  can  atırlar.  Öz  aralarında 
müqavilə  bağlayıb  viza,  pasport,  gömrük  formal-  lıqlarını  ləğv  edir  və 
gediş-gəlişi  asanlaşdırırlar.  Avropada  ölkələrin  çoxunun  arasında  sərbəst 
turist, işçi qüvvəsi və kapital axını genişlənir və bir vaxt olacaqdır ki, bu hal 
Avropanın  bütün  ölkələrinə  şamil olacaqdır.  Avropa qitəsinin  bu təşəbbüsü 
bütün qitələrə yayılacaqdır. Dahi astroloq No- strdamus öz yazılarında belə bir 
vəziyyətin olacağını qabaqcadan görürdü. 
O  yazırdı  ki,  XXI  əsrin  ortalarında  dövlətlər  arası  qızıl  dövr 
başlanacaqdır. Bu dövrdə müharibələr olmayacaq və olduqca yüksək iqtisadi 
inkişaf  olacaqdır.  Xalqlar  biri-birilə  mehriban  əlaqələr  yaradıb  xoşbəxt  və 
firavan yaşayacaqlar. 
Əgər Nostrdamusun proqnozları reallaşarsa, bu dövr beynəlxalq turizmin 
çiçəklənən və inkişaf edən dövrü olmalıdır. Avropada turizmin inkişafı, dünya 
turist  axınlarının  yarısından  çoxunu  Avropa  qitəsi  tərəfindən  cəlb  edilməsi 
ümid  verir  ki.  Avropanın  turizm  sahəsindəki  nailiyyətləri  başqa  qitələrə  də 
yayıla bilər. 
Avropadan sonra II yerdə Amerikadır (72:28) Əgər Avropanın vur-tut 10 
% turist axını regionlar arası turist səfərlərinə çıxırsa, bu rəqəm Amerikada 28 
'%-dir.  Uzaq  səyahətlər  çoxlu  sərmayə  tələb  edir.  1998-ci  ildə  ABŞ 
v,ətəndaşlarının bu üzaq .səyahətlərinə ABŞ 56,1 milyard dollar sərf etmişdir. 
III
 
yerdə  -  Asiya-Sakit  Okeandır  -  (75:25)"  n.  Bu  regionda  da  turizm 
böyük  sürətlə  inkişaf  edir.  1999-cu  ildə  anını  7.5  “  .ı  olmaq  şərti  ilə  turist 
qəbulunda region yeni rekorda nail olmuşdur (94 milyon turist). 
8
.> 


YEGANLI S.T.. НАСП ЕУ E. M. 
Bu  regionda  ölkələrin çoxu  kolonial rejimlərdən  yeni  azad  olmuşdular. 
Bu ölkələrin qısa bir tarixi dövrdə sıçrayışla inkişaf etməsi təəccüb doğurmaya 
bilməz.  Region  ölkələri  arasında  turizmə  ən  çox  pul  xərcləyən  Yaponiyadır 
(33,0 mlrd $, 1997-ci ildə). 
IV
 
yerdə  olan  Yaxın  Şərq  -  (59:41)  %,  region  daxili  turist  axınının  59 
%-ni  təmin  edir.  Bu  region  Beynəlxalq  turizmin  inkişafında  önəmli  rol 
oynamır.  Turizmin  axını  bu  ölkələrdə  qeyri-sabitdir.  Ona  görə  ki,  siyasi 
situasiya  regionda  qeyri  sabitdir.  Dövlət  qayğısı  turizmə  lazımi  səviyyədə 
deyil,  turistlərin  təhlükəsizliyi  təmin  olunmur.  Yarım  əsrdən  artıqdır  ki, 
Fələstin-İsrail  müharibəsi  davam  edir.  Bu  regionun  dünya  turizmində  payı 
1998-ci  ildə  1,8  %  olmuşdur.  Bu  pay  da  əsas  Misirin,  BƏƏ  və  Hindistanın 
hesabına olmuşdur. Yuxanda göstərilən rəqəmlərdən görünür ki, region daxili 
turizmin  vəziyyəti  turizmin  regionda  inkişafının  indikatorudur.  O,  nə  qədər 
aşağıdırsa, deməli bu regionda ümumiyyətlə turizm zəif inkişaf etmişdir. 
Məsələn, götürək V yerdə olan Afrikanı - (45:55) %. Burada region daxili 
turizm  ən  aşağı  səviyyədədir  -  45%.  Baxmayaraq  ki.  Afrikada  700  milyon 
adam  yaşayır,  qara  kontinentə  gəlmə  turistlərin  sayı  25  milyon  olmuşdur 
(1998).  Belə  vəziyyətin  yaranmasının  əsas  səbəbləri  ölkələrin  zəif 
iqtisadi-sosial  inkişafı,  turist  infrastrukturunun  inkişaf  etməməsi  və  qey-ri- 
stabil siyasi vəziyyətdir. Baxmayaraq ki, Afrikada 40-dan artıq dövlət vardır, 
onlardan ancaq bir neçəsində turizm inkişaf etmişdir. Onlardan: CAR (Cənubi 
Afrika Respublikası), Tunis, Mərakeş, Zimbabve,  Keniya və Birləşmiş Ərəb 
Əmirlikləridir. 
CAR  (Cənubi  Afrika  Respublikası)  Afrikanın  ekzotik  ölkələrindən 
biridir. Xarici turistlərin bura axını ildən ilə artır. Turizmin infrastrukturu xarici 
kompaniyaların əlindədir. Onların bütün dünyada biznes əlaqələri var. 1995-ci 
ildə avropalı mütəxəssislər turizm inkişaf proqramını CAR üçün tərtib etmişlər. 
Aşağıda  təqdim  olunan  3  №li  cədvəldə  10  il  ərzində  (1989-1998) 
regionlar üzrə turist axınlannın dəyişmə dinamikası göstərilmişdir. Çədvəldən 
göründüyü kimi, on ildə beynəkalq turistlərin ümumi miqdarı 200 mln nəfər 
artmışdır. Orta hesabla turistlərin illik artımı dünya üzrə 4.13 % olmuşdur. 3 
№li  cədvəldə  ayrı-ayrı  regionlar  üzrə  turist  axınlarının  dinamikası 
göstərilmişdir. Turist axınlarının regionlar arası qeyri-bərabər paylanması bir 
daha göstərilən rəqəmlərlə öz təsdiqini tapır. Ardıcıl olaraq regionlar üzrə turist 
axınlarının ildən-ilə artması regionların çoxunda siyasi stabilliyin və iqtisadi 
inkişafın olmasını göstərir. 
84 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə