Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   114

T U R İ Z M  
yaqlarda) yazılmışdır. Bu bazalarda (dayaqlarda) turların təsnifatından başqa, 
yerlər haqqında məlumat və əgər sifariş qəbul olunarsa, onun elektron təsdiqini 
də almaq olur. Sifarişin təsdiqində sifarişin nömrəsi və tarixi də göstərilir. Bu 
cür  texnologiya  bronlaşmanın  bütün  etaplarını  on-lme  rejimində.  yəni 
müştərinin bir stəkan çay qəbul etdiyi müddətə mümkün olur. 
«Amadeus» Global Distribusion Sistemi dünya üzrə ən məşhur və aparıcı 
-  avia  biletləri,  mehmanxana  yerlərini,  avtomobil,  dəmiryolu  biletlərini, 
kruizləri əvvəlcədən  sifariş  etmək  üçün  -  avtomatik  sistemdir.  Bu  sistemdən 
725  avia  kompaniya,  57000  mehmanxana  və  42  avtomobil  kira-.  yə  vermə 
firması istifadə edir. «Amadeus» cədvəllər üzrə tariflər, ölkələr, vizalar, tibbi 
məhdudiyyətlər və hava haqqında külli miqdarda məlumatlar verir. 
Hələ  yaxın  zamanlarda  bu  cür  qlobal  sistemlərdən  istifadə  etmək  çox 
bahalı  və  mümkün  olmayan  bir  hal  kimi  qəbul  olunurdusa,  hal  hazırda 
«İnternet»  texnologiyasının  inkişafı  və  «Amadeus»  telekommunikasiyası  bu 
sistemlərdən  istifadəni  simvolik  dərəcədə  ucuzlaşdırmış  və  sadələşdirmişdir. 
Bu həm balaca agentliklər və həm də böyük kompaniyalar üçün çox vacibdir. 
Eyni  zamanda,  «Amadeus»-un  Orta  Asiyada,  Azərbaycanda  və 
Gürcüstandakı  nümayəndəliyi  arzu  edir  ki,  bu  ölkələr  həmin  bazarları 
mənimsəmək  üçün  bu  sistemdən  yüksək  texnoloji  səviyyədə  istifadə  etməyi 
bacarsınlar və bundan ötrü mütəxəssis hazırlasınlar. 
11.2.
 
BEYNƏLXALQ TURİZMDƏ TRANSMİLLİLƏŞMƏ VƏ 
QLOBALLAŞMA PROSESLƏRİ 
1
 
Son  zamanlar  kapitalın  ayrı-ayrı  adamlarda  və  ya  kompaniyalarda 
cärtləşməsi  ilə  əlaqədar  bütün  dünyada  və  o  cümlədən  turizm  sahəsində 
transmillibşmə  və  qloballaşma  prosesləri  gedir  (TNK)*.  Transmilli 
kompaniyaların heç bir sərhəddi yoxdur, onlar bütün dünyaya yayılırlar. Bu cür 
turist  kompaniyalarının  beynəlmiləlləşməsini  tədqiqatçılar  müxtəlif  cür 
qiymətləndiriri^  Bəziləri  bu  kompaniyaları  gələcək  qlobal  sivilizasiyanın 
maddi bünövrəsi kimi qiymətləndirirsə, bəziləri isə onlara kasıblarla dövlətçilər 
arasında uçurumu daha da kəskinləşdirən vasitə kimi baxırlar. Onlar deyirlər ki. 
transbeynəlmiləl  kompaniyalarının  fəaliyyəti  nəticəsində  varlılar  daha  da 
varlanır, kasıblar isə daha da yoxsullaşırlar. Bu mühazirə- 
TNK tnınsmilli kompaniya dom.''kdır. 
9 1  


YEGANLI S.T.. HACIYEV E. M. 
də  bizi  maraqlandıran  həmin  kompaniyalarm  turizmin  inkişafında  rolunu 
öyrənməkdir.  Şübhə  yox  ki,  TNK-lar  həddindən  artıq  varlanırlar,  böyük 
miqdarda sərmayə qoyub istehsalatı yeniləşdirmə qabiliyyətinə malikdirlər. 
Məlumdur ki, turizm insanlara istirahət və əyləncə sahəsində göstərilən 
xidmətlərdir.  Bu  xidmətlərin  bir  hissəsi  ölkə  daxilində  göstərilirsə,  bir  çox 
hissəsi  başqa  ölkələrdə  göstərilir.  Onların  çox  hissəsi  turistin  getdiyi  ölkədə 
göstərilir. Transbeynəlmiləl kompaniyalann fəaliyyətini öyrənməkdən ötrü bir 
misal gətirək: 
Fərz edək ki, üç turist kompaniyası. A, B və C var. Onlann üçü də eyni 
adlı  (A,  B  və  C)  ölkələrin  milli  turist  kompaniyalandır.  Kompaniya  turist 
generasiya edən ölkədə yerləşir və öz ölkə turistlərini xaricə göndərmək üçün 
fəaliyyət göstərir. Kompaniya C turistin səfərə getmək istədiyi ölkədir. Bu ölkə 
gələn  turistləri  qəbul  edən  ölkədir.  Kompaniya  B  isə  III  ölkədir,  onun 
ərazisindən  turist  tranzit  kimi  istifadə  edir.  B  kompaniyası  turistləri  A 
ölkəsindən C ölkəsinə gətirir. Kompaniya A-nın gəli-ri 8%. kompaniya B-nin 
gəliri 30%, kompaniya C-nin gəliri 49%-dir. Bu 3 kompaniyadan hər birinin 
ayrılıqda o biri ikisini almaq imkanı olsaydı, onda onun gəliri: 8+30+49=87 % 
olardı. 
Deməli, o biri 2 kompaniyanı ələ keçirən kompaniyanın çox gözəl iqtisadi 
nəticələri olardı. Ona görə də, turizm şirkətləri daim çalışırlar ki, öz fəaliyyət 
sahələrini genişləndirsinlər. Turizmə sərf olunan sərmayələr çox qısa zamanda 
iqtisadi  artım  versin.  Praktikada  bu  xarici  şirkətlərin  ölkəyə  qoyduqları 
investisiya deməkdir, yeni aksiya paylarıdır. 
)  Turizm  sahəsində  istehsalın  beynəlmiləşməsinin  təşəbbüskan  çox  vaxt 
tunst-göndərən ölkə tərəfindən olur. Ona görə ki, o ölkəyə ən çox fayda verir. 
TNK-in  çoxu  Fransada,  Böyük  Britaniyada  və  ABŞ-da,  Yaponiyada 
yerləşirlər,  son  zamanlar  Honkonqda  da  olurlar.  TNK  qərargahlarının 
yerləşməsi  göstərir  ki,  turist  biznesinin  beynəlmiləlləşməsi  öz  başlanğıcını 
külli  miqdarda  turist  göndərən  ölkələrdən  başlayır  və  bu  ölkələr  də  turizm 
sahəsinə çoxlu investisiyalar qoyurla^ Məsələn, ingilislər İspaniyanın Aralıq 
dənizi  sahillərində istirahəti  çox sevirlər.  Orada  lazımi  şərait  yaratmaq  üçün 
çoxlu  investisiya  qoyurlar.  Lakin  turizmdən  əldə  olunan  gəliri  də  özləri 
götürürlər. Sadə ispanlar isə gileylənirlər ki, onlara bundan çox az şey qalır. 
Beynəlxalq  turizmdə  transbeynəlmiləlləşmə  otellərin  misalında  daha 
aydın görünür. Transmilli mehmanxanaların birləşmələri ölkələrə yayılmışdır. 
Otellərin  zəncirvari  birləşmələrinin  xüsusi  markirovkası.  ümu-mi  idarə 
heyətinin məhsulu reallaşdırma konsepsiyası var. Başqa mehman 
92 


T U R İ Z M  
xanaların bu zəncirə birləşməsi müxtəlif yolla həyata keçir. Ya yeni otel satılır 
və  kompaniya  tərəfindən  alınır  və  ya  franşioz  müqaviləsi,  yəni  idarə  etmə 
kontraktı  bağlanır.  Mehmanxana  kompaniyası  öz  filiallanni  kompüter 
bronlaşma sisteminə qoşurlar, biznesi aparma təcrübəsini öyrədirlər, noyxay, 
reklam kompaniyalannı aparırlar. 
Franşioza ticarət markasını kirayə vermək kimi bir şeydir. KorpoRa- siya 
yeni  biznesmenə  öz  markası  altında  iş aparmağa,  kompaniyanın  standartları 
altında  hərəkət  etməyə  icazə  verir.  Yeni  başlayan  firma  üçün  bu  çox  böyük 
şeydir, ona görə ki, bu firmanı hələ heç kəs tanımır. Yeni firma korporasiyanın 
markası  altında  çoxlu  pul qazana  bilir.  Franşioz idarəetmə  əsas  ABŞ-da  çox 
inkişaf etmişdir. Avropada isə ən çox mehmanxanaları kontraktla idarəetmə 
yayılmışdır. 
Kontraktla  idarəetmə  Avropada  70-80-ci  illərdə  geniş  yayılmışdır.  O 
vaxtlar şəxsi mülklər çox yüksək qiymətə gedirdi: otellərin tikilməsi çox gəlirli 
biznes  idi  (bu  reytinq  çox  davam  etmədi).  Otelin  sahibinin  təcrübəsi 
olmadıqda, o, idarə etmək üçün oteli kontraktla başqasına verirdi. 
Sonralar bu sahədə rəqabət artdı və otel sahibləri başa düşdülər ki, otelin 
sahibi olmaq gəlir götürmək üçün azdır. Oteli yaxşı idarə etməyi də bacarmaq 
lazımdır. O vaxtlardan otel sahibləri otelləri operativ idarə etmək üçün xüsusi 
kompaniyalara  verirdilər.  Beləliklə,  I  dəfə  ABŞ-da  böyük  otel  birləşmələri 
əmələ gəldi. Sonralar bu birləşmələr 2 qrupa bölündü. I qrup - otel sahibkarları, 
II qrup isə - otelləri operativ idarə qrupu. Bu cür bölünmə müsbət nəticə verdi. 
11.3.
 
TURİST TNK-IN MİLLİ İQTİSADİYYATLARA TƏSİRİ 
Bu sahədə mütəxəssislər Əsas 5 məsələni qaldınr və öyrənirlər: 
1.
 
TNK-lann milli turist strukturunun inkişafını nəzarətə götürməsi və 
qəbuledici ölkədə turizm sənayesinin yaradılması: 
2.
 
Turist axınlarına nəzarət: 
3.
 
Turizm məhsulunda transvert qiymətlərinin təyin olunması: 
4.
 
Beynəlxalq turizmdən əldə olunan gəlirin xaricə axması: 
5.
 
Milli iqtisadiyyatın inkişafına texnoloji təsir. 
TNK-ları  öz  ölkələrinə  dəvət  edən  ölkələrin  yaxşı  təbii  sərvətləri  var 
(Filippin. İndoneziya. Pakistan, Şri-Lanki və s.). amma təcrübəsi və kapitalı 
yoxdur ki. turizmin infrastrukturunu özü yaratsın, istifadə etsin, gəlir götürsün. 
Ona  görə  də.  bu  ölkələr  TNK-ları  dəvət  edir  və  vergilərdə  çoxlu  güzəştlər 
edirlər. TNK ölkəyə daxil olan kimi ölkənin turist bazarını 
93 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə