Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   114

T U R İ Z M  
Turizmin  inkişafında  vacib  ünsürlərdən  biri  də  bu  sahədə  kadrların 
hazırlanmasıdır. Turist bazarı çox dəyişkəndir. Tez-tez onun konyunkturası və 
dinamikası dəyişir. Bu cür dəyişkən şəraitdə ancaq savadlı və yaxşı hazırlıqlı 
və təcrübəli kadrlar rəqabətli turist məhsulu hazırlaya və onu sata bilərlər. 
Müasir turizmin inkişaf təmayüllərinin təhlili göstərir ki, siyasi, iqtisadi 
və  sosial  faktorların  təsiri,  yeni  reklam-informasiya  texnologiyasının  tətbiqi 
inkişaf  etmiş  ölkələrdə  turizm  inkişafının  sıçrayışına  səbəb  olub.  Həm  ölkə 
daxili,  həm  də  beynəlxalq  turizm  sürətlə  inkişaf  edir.  Ümum-  dünya  Turist 
Təşkilatının  proqnozlarına  görə  2020-ci  ildə  xarici  turistlərin  sayı  1602  mln 
nəfər olacaq və beynəlxalq turizmdən əldə olunan gəlir 2000 mlrd dollara yaxın 
olacaqdır. 
Turizm  sülhün  qorunmasında  ən  vacib  amillərdən  biridir.  O,  xalqların 
mədəniyyətinə, ənənəsinə, yaşayış tərzinə marağı artırır və qarşılıqlı anlayışa 
səbəb  olur.  Qarşılıqlı  anlayış  nəticəsində  istehsalatda,  elm  və  texnikanın 
inkişafında,  iqtisadiyyatda  inteqrasiya  yaradır.  Xalqların  bu  sahədə  birgə 
fəaliyyəti ümumi tərəqqiyə səbəb olur. Lakin ümumi tərəqqini və yer üzərində 
bərabərliyi  və  sabitliyi  bərqərar  etməkdən  ötrü  turizm  siyasəti  kökündən 
dəyişməlidir. 
/Turizmin  tənzimlənməsi  iki  cür  olur:  dövlət  tənzimlənməsi  və  bazar 
vaməsilə  tənzimlənmə.  Turizm  fəaliyyətinin  tənzimlənməsi  özü-özünü 
tənzimləmə  ilə  birgə  tətbiq  olunmalıdır.  Turizm  mürəkkəb  və  çox  sahəli 
təsərrüfatdır.  Onu  yuxarıdan  idarə  etmək  qeyri-mümkündür.  Turizmin  özü- 
özünü  inkişaf  etdirmə  (саморазвитие)  qabiliyyəti  var.  Turizmin  inkişafı 
aşağılardan  başlamalıdır.  Turizmin  təşkili  ilə  məşğul  olan  şəxs  öz  xeyrini 
anlamalı və çoxlu təşəbbüs göstərməlidir. Azərbaycanda turist müəssisələrinin 
çoxu  özəlləşmişdir  və  artıq  sərbəst  bazar  fəaliyyətinə  qoşulmuşlar.  Turizm 
biznesi  ilə  məşğul  olanlar turist  bazarına  keyfiyyətli məhsul  çıxartmaq  üçün 
maraqlıdırlar^ Son zamanlarda Abşeron və başqa regionlarda minlərlə gözəl 
villalar  və  pansionatlar  tikilmiş,  turist  mövsümü  vaxtı  icarəyə  verilir.  Bu 
müəssisələrdən  əldə  olunan  gəlir  yenidən  turist  infrastrukturunun  inkişafına 
sərf olunur. Bütün bu müəssisələr dövlətə vergi ödəyirlər. Dövlət heç bir manat 
xərcləmədən  varlanır.  Deməli,  dövlət  çalışmalıdır  ki,  vergi  ödəyən  özəl 
müəssisələrin sayı çox olsun, onların fəaliyyət göstərməsi üçün normal şərait 
yaransın. 
/Dövlətin vergi, gömrük, viza siyasəti turizm sahəsində sərt olmama- lıdlf. 
Bu  sahədə  olan  qanunların  sərt  və  ağır  olması  daxili  turist  bazarında 
qiymətlərin  artmasına,  assortimentlərin  və  sərmayə  qoyuluşunun  azalmasına 
səbəb olur. Məsələn, sərhədi keçəndə dövlət rüsumlarının çox olması. 
97 


YEGANL! S.T.. HACIYEV E. M. 
valyuta məhdudiyyəti, satın alınan malların və suvenirlərin məhdudiyyəti, viza 
alınmasının  çətinlikləri  turizmin  inkişafına  mənfi  təsir  göstərə  bilərlər. 
Təsadüfi  deyil  ki,  Avropa  ölkələri  bu  problemləri  sadələşdirmiş  və  Avropa 
məkanında ölkələr arası vizasız turist rejimi yaratmışdır. Vahid turist məkanı 
yaratmaq  məqsədi  ilə  Avropanın  Şenqen  şəhərində  Şenqen  müqaviləsi 
bağlanmış və bu müqaviləyə görə 15-dən çox Avropa ölkələri arası turistlərin, 
malların və kapitalın sərbəst axını yaranmışdır ki, bu da Avropada xarici turist 
qəbulunun (lider) birinciliyini təmin etmişd^ 
12.3.
 
SƏYAHƏT VƏ TURİZM 
Bu  sözlər  sinonim  sözlərdir  və  bir-birilə  çox  sıx  bağlıdır.  Bu  sözlərin 
mənası istirahət, əyləncə, idman, təbiətlə tanışlıq, ticarət, müalicə və s. Eyni 
zamanda, bu sözləri fərqləndirən əlamətlər vardır. Səyahət - məqsəddən asılı 
olmayaraq  insanların  məkan  və  zaman  çərçivəsində  öz  yerlərini  dəyişməsi 
kimi ümumi mənada başa düşülə bilər. Məqsədindən və istiqamətindən asılı 
olmayaraq səfərə çıxan adam səyyah adlanır. Onun səyahəti heç bir zaman və 
məkan  məhdudiyyətinə  uğramır,  özü  də  nəqliyyatın  istənilən  növündən 
istifadə oluna bilər. Nəqliyyatın formasından asılı olaraq o dənizdə üzə bilər, 
dəvə karvanında gedə bilər, kosmonavt, tacir, biznesmen, naturalist, geoloq və 
s. ola bilər. Statistika məqsədinə görə onu «müsafir» (posetitelğ) adlandırmaq 
olar.  Qədim  zamanlardan  bizə  çatmış  «həm  ziyarət,  həm  ticarət»  ifadəsinin 
mənası  onu  göstərir  ki,  «gedirəm  ziyarətə,  imkan  olsa,  ticarətlə  də  məşğul 
olaram». 
Turizm  -  səyahətin  xüsusi  bir  halıdır.  Onun  dəqiq  məhdudiyyətləri, 
xüsusiyyətləri  və  tərifi  vardır.  Sadə  sözlə  desək,  turizm  səyahətdən  təkamül 
nəticəsində  əmələ  gəlmişdir.  Bu  cür  dəyişkənliyə  əsrlər  sərf  olunmuşdur. 
Səyahətdən  fərqli  olaraq  turizm  -  iqtisadiyyatın  və  siyasətin  təsirinə  məruz 
qalır  və  daxilən  dializm  xüsusiyyətini  daşıyır.  Yəni  bir  tərəfdən  turizm  - 
xüsusi, kütləvi səyahət formasıdır, digər tərəfdən, bu səyahətləri təşkil edən və 
həyata tətbiq edən bir fəaliyyətdir. 
Ümumi qəbul olunmuş turizmin klassik tərifi belədir: 
Turizm  -  asudə  vaxtda  zövq  almaq  və  istirahət  etmək,  sağlamlıq  və 
müalicə,  qonaq  getmə,  i:^giizar,  dini  və  başqa  məqsədlə  insanların  daimi 
yaşayış  yerini  tərk  edib,  bir  məntəqədən  digərinə  səyahət  edərək  yenidən 
çıxdığı məntəqəyə qayıdan, başqa ölkəyə v*? ya öz ölkəsi daxilində başqa yerə 
müvəqqəti olaraq səfər etməsidir. 
Turizmin  səyahətdən  əsas  fərqi  -  turistin  səyahətdən  həzz  almasıdır. 
Səyahətdən fərqli olaraq turizm - iqtisadiyyata və siyasətə də güclü təsir 
98 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə