Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

YEGANLl S.T,. HAC1\EV E. M. 
da  turizmin  inkişafı  yerli  iqtisadiyyata  böyük  ziyan  vurur.  Beynəbcalq  tü- 
rizmin  inkişafı  belə  halda  yerli  istehsalatın  məhv  olmasına,  mallann  və 
xidmətlərin qiymətlərinin bahalaşmasına səbəb olur. 
Deməli, geridə qalmış ölkələrdə, bu yolla inkişaf edən beynəlxalq turizm 
hələ  özü-özlüyündə  iqtisadiyyatın  inkişafının  zəmanəti  ola  bilməz.  Milli 
iqtisadiyyatın  inkişafı  üçün  turizmin  siyasəti  məqsədyönlü  olaraq  yerli 
regionun inkişaf marağına uyğun aparılmalıdır. 
Məsələn, Zənzibarın Prezidenti Salmin Amur 1990-cı ildən ölkəyə turist 
sahəsinə  3  mlrd  $  sərmayə  gətirmişdir,  123  layihə  turizmin  inkişafına  həsr 
olunmuşdur.  O,  xarici  investorlan  öz  pullarını  Zənzibann turizminə  sərmayə 
qoymağa  dəvət  etmişdir.  Lakin  zənzibarlılar  hökumətdən  bundan  ötrü  çox 
narazıdırlar.  Ona  görə  ki,  dəniz  sahilləri,  münbit  torpaqlar  xaricilərə  baha 
qiymətə  icarəyə  verilir  və  yerli  əhali  bu  torpaqlar  baha  olduğuna  görə  ala 
bilmir. İş gəlib o yerə çatır ki, dəniz sahillərində yerli əhaliyə çimmək üçün yer 
də  qalmır.  Ölkə  kommunal  təsərrüfatında  qiymətlər  artır.  Yerli  əhali  bu 
qiymətləri ödəyə bilmir. Xarici turistlər, yerli sakinlərdən 4 dəfə çox şirin su 
işlədirlər  (şirin  su  Afrika  ölkələrinin  çoxunda  defi-  sitdir),  yerli  əhaliyə  su 
çatmır. 
1997-ci  ildə  Zənzibara  1  mln-a  yaxın  xarici  turist  gəlmişdir.  10  il 
müddətinə turistlərin sayını 5 dəfə artırmaq planlaşdırılmışdır. Lakin yerli əhali 
bundan narazıdır. Onlar belə hesab edirlər ki, qərb turistlərinin ölkəyə çoxlu 
gəlməsi  islam  və  şuaxil  mədəniyyətini  məhv  edir.  Xarici  turistlər,  onların 
fikrincə, gənclərə pis təsir edirlər, onları fahişəliyə və oğurluğa vadar edir və 
narkotik  maddələrdən  istifadə  etməyə  məcbur  edirlər.  Yerli  əhali  xarici 
turistlərin (qadınlann) geyimindən də narazılıq edirlər. Onlann xoşuna gəlmir 
ki, qadınlar dizdən yuxarı yubka geyir, döşü açıq, başı açıq gəzirlər, açıq-aşkar 
alkoqoldan istifadə edirlər, özü də ramazan ayında. 
Azərbaycanda  turizmin  inkişafına  başqa  model  seçmək  lazımdır.  Son 
zamanlarda  Azərbaycanda  xarici  kapitalla  birgə  çoxlu  turist  müəssisələri 
tikilmişdir. Onlardan «Oazis», «Kresent Biç» oteli, «Delfın», «Anba», «İrşad», 
«Siti  Mensn»,  «İçəri  Şəhər».  «Kaspian»  və  başqalarını  misal  gətirmək  olar. 
Dörd  böyük  mehmanxana  («Həyatt  Redjensi»,  «Həyatt  Tayer»,  «Plaza». 
«Vellinqton»)  beynəlxalq  mehmanxana  şəbəkəsinə  daxildir.  Azərbaycanda 
turizm infrastrukturunu inkişaf etdirməkdən ötrü xarici kapital qoyuluşundan 
başqa yerli işgüzar adamlar üçüri turizmə sərmayə qoyuluşuna əlverişli şərait 
yaratmaq və dövlət kapital qoyuluşundan istifadə etmək lazımdır. 
120 


T U R İ Z M  
XV FƏSİL 
15.1.
 
TURİZMİN DÖVLƏT TƏRƏFİNDƏN 
TƏNZİMLƏNMƏSİ VƏ PLANLAŞDIRILMASI 
Turizmin dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi; 
»Vətəndaşların istirahətə olan konstitusiya hüquqlarının təmin olunmasını 
gerçəkləşdirməkdir; 
•Turizm sənayesinin inkişafı, yeni iş yerlərinin yaradılması, dövlətin və 
vətəndaşların  səyahət  etmək  üçün  gəlirlərinin  çoxalmasını  təmin 
etməkdir; 
•  Turist  abidələrinin  bərpası  və  ətraf  mühitin  qorunması,  turist 
səfərlərindən və ölkənin mədəni potensialından turizmin inkişafı üçün 
səmərəli istifadə etməkdir. ) 

Bu  məqsədi  gerçəkləşdirməkdən  ötrü,  dövlət  ilk  növbədə  turizmin 
insanların  həyatındakı  və  yaşayışındakı  tutduğu  mövqeyi  düzgün 
qiymətləndirməli və turizm fəaliyyəti üçün əlverişli şərait yaratmalı, onun əsas 
istiqamətlərini  təyin  etməlidir.  Turizmin  əsas  inkişaf  istiqaməti  daxili  və 
ölkəyə  gəlmə  növləridir.  Daxili  və  gəlmə  turizmin  inkişafı  -  milli  turizmin 
inkişafı  deməkdir.  Ölkə  iqtisadiyyatına  ən  çox  müsbət  təsir  göstərən  xarici 
turistlərin ölkəyə gəlməsidir. Ona 'görə ki, onlar ölkəyə valyuta gətirir, daxili 
balansı  tarazlaşdırır.  Dünya  ölkələrində  beynəlxalq  turist  axınlan  uğrunda 
güclü  rəqabət  gedir.  Beynəlxalq  turist  axmlannı  öz  ölkəsinə  isti-qamətlən- 
dirmək  o  qədər  də  asan  məsələ  deyil.  Bundan  ötrü,  dövlətin  bütün  turizm 
sahəsində siyasəti - infrastrukturun yaradılmasıdır. Bundan ötrü, tək istək və 
arzu  kifayət  deyil,  ölkənin  inkişaf  etmiş  texnologiyası  və  iqtisadiyyatı 
olmalıdır. Turizmin infrastrukturu başqa istehsal sahələri ilə sıx bağlıdır, ona 
görə də, başqa sahələrlə birgə inkişaf edə bilər. Məsələn, inşaat texnologiyası 
inkişaf  etməyibsə,  gözəl  mehmanxa-naları.  turist  mərkəzlərini  necə  tikmək 
olar?  Əgər  infrastruktur  varsa,  ancaq  turizm  sahəsində  savadlı  kadrlar 
yoxdursa,  onda  infrastrukturu  kim  işə  salıb  turizm  sahəsində  yaxşı  nəticələr 
əldə edəcəkdir? 
Dünyanın  hər  bir  ölkəsi  özü-özlüyündə  tarixinin,  mədəniyyətinin, 
ənənələrinin.  memarlıq  abidələrinin,  tərəqqiyə  doğru  keçdiyi  yolunun 
qorunmasında  və  işlək  vəziyyətdə  saxlanılmasında  maraqlıdır.  Hər  ölkədə 
xarici  turistləri  maraqlandıran  sahələr  tapıla  bilər.  Lakin  bu  ölkələrin  özünə 
məxsus xüsusiyyətlərini aşkara çıxartmaq, bütün dünya xalqlarına tanıtmaqdan 
ötrü çoxlu iş görmək lazımdır. Bu iş dövlət səviyyəsində və dövlət tərəfindən 
görülməlidir. Dövlət xarici ölkələrdə öz ölkəsinin imicini 
121 


VEGANLI S.T.. HACIYEV E. M. 
vV 
yaratmalı və onun turist mərkəzlərini təbliğ etməyi bacarmalıdır. Götürək 
məsələn, Misiri. Misir dövləti ildə özünün bir turist ölkəsi kimi reklamına 
100 mln $ sərf edir. Başqa ölkələrdə özlərinin turist imicini yaratmaqdan 
ötrü reklam-informasiya sahəsində milyonlarla $ pul sərf edirlər. 
^Dövlət tərəfindən turist fəaliyyətini tənzimləmək üçün aşağıdakı təd- 
birlər görülür: 
>
 
Turizm sahəsində münasibətləri tənzimləmək üçün hüquqi və 
normativ (aktları) sənədlərin hazırlanması; 
('• > Milli turist məhsulunun xarici və daxili bazarlarda hərəkətinə 
yardımçı olmaq: 
>
 
Turist sənayesində standartlaşdırma və sertifikatların turizmlə məşğul 
olan müəssisələrə isə lisenziyaların verilməsi; 
>
 
Ölkəyə daxil olmaq və ölkəni tərk etmək qaydalarının təsdiqi; 
\\ 
> Xarici kapital qoyuluşuna əlverişli şərait yaratmalı, turizm sahə- 
(. sində birgə turizm şirkətlərinin yaranmasına (stimul) maraq oyatmalı vergi 
və gömrük məsələlərini tənzimləməli; 
>
 
Turist proqramlarının tərtib olunması və maliyyələşdirilməsi; 
>
 
Turizm sahəsində tədqiqat işlərini genişləndirməli və kadrların 
hazırlanmasını təşkil etməli. 
Son zamanlar, dünya üzrə turist səfərlərinin coğrafiyası genişlənmiş və 
onların  sayı  700  mln  nəfərə  çatmışdır.  Bununla  əlaqədar,  ÜTT  dövlətlərin 
diqqətini  turizmin  yeni  yaranmış  problemlərinə  yönəldir.  Ölkələrin 
əksəriyyətində  milli  turist  təşkilatlan  yaranmışdır  və  onlar  UTT  üzvüdürlər. 
ÜTT 1995-ci ildə İspaniyanın Kadis şəhərində turizm sahəsində Beynəlxalq 
Forum çağırmışdır. Forumda 52 ölkənin dövlət nümayəndələri iştirak etmişdir. 
Forum  dövlətlərin  qarşısında,  turizmin  inkişafında  mühüm  rol  oynayan 
aşağıdakı problemlərin həlli məsələlərini qoymuşdur: 

 
Turistlərin təhlükəsizliyinin təminatı və turist formallıqlarının sadə- 
ləşməsi; 

 
Turist infrastrukturunun inkişafı (xüsusilə nəqliyyat və 
kommunikasiya); 

 
Turist müəssisə rəhbərlərinin və personalın tədrisə cəlb olunması; 

 
Turist obyektlərində ekoloji normalann gözlənilməsi

 
Turistlərin hüquqlarının müdafiəsi; 

 
Turist firmalan üçün güzəştli vergi sisteminin yaradılması; 

 
Bütün ölkələrdə beynəlxalq normalara uyğun turizmin statistikasının 
təşkili: 

 
Ölkələrin müsbət imicini yaratmaqla turisl məhsulunu xarici bazarlarda 
hərəkələ gəlirmək. 
122 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə