T u R1 Z M
rir, turizmdən əldə olunan gəlirin həcmi turistlərin sayından 2 dəfə sürətlə artır.
Servisin səviyyəsi artdıqca xidmətlərdən əldə olunan gəlirin miqdarı da artır.
Turist məhsulunun ixracı başqa malların ixracından fərqlənir. Başqa
malları ixrac edəndə əlavə nəqliyyat xərclərini çəkib ixrac olunan malı alıcıya
çatdırırsan. Turist məhsulunun ixracında alıcı (yəni turist) özü gəlir (yol xərci
də özündən), turist məhsulundan istifadə edir, əlavə özü üçün çoxlu mallar alır,
yeni təəssüratlar qazanır, istirahət edir və öz valyutasını xərcləyir.
İndiki zamanda beynəlxalq turizm dünya təsərrüfatının nəhəng iqtisadi
faktoruna çevrilmişdir. Turist xidmətlərinin dəyəri ümumi dünya məhsulunun
1993-cü ildə 10,1 %-ni təşkil edirdi. Lakin bu miqdar daim artmaqdadır.
XXI əsrin əvvəllərindən başlayaraq beynəlxalq turizm dünya
iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir. Hər il səyahətlərin miqdarı
4.2
% artır. XXI əsr turizmin əsridir. Beynəlxalq turizm bir çox turizm
mərkəzlərinin əsas gəlir mənbəyinə çevrilmişdir. 2000-ci ildə dünya üzrə 200
ölkə və ərazidən 60-ı 1 mlrd $ gəlir götürmüşdür.
Bəzi ölkələrdə turizmin iqtisadiyyatda oynadığı rol daha böyükdür. Bu
ölkələrdə turizmdən alınan gəlir milli gəlirin 35-40 %-ni təşkil edir. Məsələn.
Yunanıstanın ölkəyə daxil olan valyutasının yarısı turizmin hesabına gəlir.
Baham adaları, Meksika, Sinqapur, Taylandda milli gəlirin 80 %- ni turizmdən
götürürlər.
Son zamanlar turizmə müxtəlif mənfi faktorlar, o cümlədən təbii
fəlakətlər. iqtisadi böhranlar, terror aktları və s. təsir göstərmişdir. Bu vurulan
zərbələrin təsiri altında turizm özündə vurulan zərbələrə adaptasiya
(uyğunlaşma) formalaşdırmış, öz çevikliyini, vurulan zərbələrə sonsuz
müqavimətini nümayiş etdirmişdir. İqtisadiyyatın heç bir sahəsi bu cür
böhranlardan salamat çıxa bilməmişdir. 1990-2000-ci illərdə Fars körfəzindəki
müharibəyə. Balkanlardakı konfliktə və Asiya maliyyə böhranına baxmayaraq,
turist səfərlərinin miqdarı orta hesabla ildə 4,3 % artmışdır. Bu fenomenal
hadisənin əsas səbəbi insanların ətraf mühiti öyrənməyə olan marağıdır.
Turizm vasitəsilə özünü və dünyanı dərk elərnək insanların həyatının yaxşıya
doğru dəyişməsinə, yeni nəqliyyat növlərinin əmələ gəlməsinə, yeni
informasiya texnologiyasının yaranmasına və nəhayət, qloballaşma
proseslərinə görə mümkün olmuşdur.
Turizmdə istehlak modellərinin bir-birilə qarışma prosesləri baş verir-
artıq turizm insanların çoxuna dəbdəbə deyil, təbii yaşayış fiziologiyasına
lazım olan ünsürdür. Avropa ölkələrində isə dövlət səviyyəsində «səyahət
III
VEGANLI S.T.. HACIYEV E. M.
hüququ» formalaşmış və həyata tətbiq olunur. «Səyahət etmək hüququ»
UTT-nin qlobal etik kodeksində də öz əksini tapmışdır. Söhbət ondan gedir ki,
bütün vətəndaşların səyahət etmək hüququ var. Hər bir dövlət bu hüququ
reallaşdırmaqdan ötrü bütün şəraiti yaratmalıdır.
Dünya turistlərinin 62 %-i öz səfərlərini istirahət məqsədilə təşkil edirlər,
18 %-i işgüzar, yerdə qalan turizmin müxtəlif növlərinin üzərinə düşür.
Turistlərin 43 %-i avia, 42 Vo-i avtomobil, 7 %-i dəmir yolu və 8 %-i dəniz
nəqliyyatından istifadə edirlər.
UTT-nin verdiyi məlumata əsasən 1995-ci ildə beynəlxalq turizmdən
371.5 mlrd $ gəlir götürülmüş. 1998-ci ildə 450 mlrd və 2000-ci ildə isə bu
məbləğ 476 mlrd $ olmuşdur.
8 X9-1İ cədvəldə beynəlxalq turizm səfərlərinin dinamikası (1950-ci
ildən 2000-ci ilə qədər) göstərilmişdir.
Beynəlxalq turist səyahətləri*
Cfjävpi 8
İllər
Milyon nəfərlə
1950
25
1960
69,3
1970
159,7
1980
284,8
1990
390,0
1998
625,2
2000
715.0
Turizm ölkə iqtisadiyyatına o zaman müsbət təsir göstərir ki, turizm
iqtisadiyyatın başqa sahələri ilə əlaqədə hərtərəfli inkişaf etsin, əks halda
ölkənin (iqtisadiyyatı) xidmətlər ölkəsinə çevrilmək ehtimalı yaranır. Başqa
sözlə desək, turizm iqtisadi cəhətdən o zaman səmərəli olur ki. başqa
sosial-iqtisadi komplekslərlə paralel inkişaf etsin.
Beynəlxalq səfərlərin sürətlə artması (cədvəl 8) göstərir ki, 1950-ci ilə
nisbətən o, əsrin axırlarında kütləvi xarakter daşıyır və geniş kütlələrin belə
səyahətləri etməyə artıq imkanı yaranmışdır.
1998-ci ildə turizmdən ən çox gəlir götürən ölkələr 9 nömrəli cədvəldə
göstərilmişdir. Əgər turistlərin qəbulunda Fransa dünyada I yerdədirsə (70 mln
nəfər), turizmdən alınan gəlirə görə isə I yerə ABŞ çıxmışdır (74.2 mlrd $). Bu
onunla izah olunur ki. I Fransada çox bahalıqdır və turistlər
UTT (l iımımdüııya Tıırisl r.''şkiUıtKİı).
1
12
T L I R t Z M
ora qısa müddətə gəlir və az pul xərcləyirlər, II ABŞ-da turist biznesi çox gözəl
təşkil olunmuşdur, turizm infrastrukturu yaxşı inkişaf etmiş, turizmin hüquqi
əsaslan isə yaxşı qoyulmuşdur. Dollann qismən devolvasiyası sadalanan
faktorlarla birgə ABŞ-ın uzun müddət turizmdən gəlir götürməsində birinciliyi
saxlamağa imkan verir.
9 №-li cədvəldə Çin Xalq Respublikası 7-ci yerdədir. Lakin Çinin turist
potensialı o qədər böyükdür ki, heç bir şübhə yoxdur ki, o əsrin 20-ci illərinə I
yerə çıxacaqdır.
Dünvamn aparıcı ölkələrinin beynəlxalq turizmdən
götürdüyü gəlirlər*
Cddvəl 9
ölkələr
Mlrd. ABŞ dolları
%, 999/2000-
%. Bazar-da
№
1999-cu
dil
2000-ci il
il
2000-ci il
dəyişməsi
tutumu
1
ABŞ
74,9
85.2
13.7
17,9
2
İspaniya
32.4
31.0
-4,3
6.5
3
Fransa
31.5
29.9
-5.1
6.3
4
İtaliya
28,4
27,4
-3,2
5,8
5
İngiltəri
20,2
19.5
-3,4
4.1
6
Almaniya
16,7
17.8
6.5
3,7
7
Çin
14,1
16.2
15.1
3,4
8
Avstriya
12.5
11,4
-8,7
2,4
9
Kanada
10,2
10.8
5,9
2.3
10
Yunanıstan
8.8
9,2
5.0
1,9
11
Avstraliya
8,0
8.4
5.3
1,8
12
Meksika
7.2
8.3
14,8
1,7
13
Honkonq
7.2
7.9
9,4
1.7
14
Türkiyə
5.2
7.6
46.8
1.6
İ İ L İ
Rusiya
7,5
-
-
_____ : ______
Azərbaycan beynəlxalq turist səfərlərində cüzi miqdarda (0,07 %) yer
tutur (1998-ci il). Azərbaycan Gənclər. İdman və Turizm naziri Ə. Qarayevin
dediyinə görə, 2002-ci ildə Azərbaycana 300 min xarici turist gəlmişdir.
Onların hər biri orta hesabla 700 $ Azərbaycanda xərcləmişlərsə, deməli
Azərbaycan 2002-ci ildə beynəlxalq turizmdən 210 mln $ gəlir götürmüşdür.
МоиЬл: l"İT (tiımmuiünva Tıırisi 'I oşkilatı).
I 1.1
Dostları ilə paylaş: |