Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   114

T U R İ Z M  
1.
 
Gənclər turizmi 
2.
 
Yaşlılar turizmi (əhalinin ən aktiv hissəsi) 
3.
 
Ahıllar turizmi 
Cəmiyyət  inkişaf  etdikcə  turizm  tələbatı  gəlirləri  az  olan  az  təminatlı 
təbəqələrin hesabına artacaqdır. Bu da turizm strukturunun önəmli dəyişməsinə 
səbəb olacaqdır. Qruppalı turistlərin sayı çoxalacaqdır, ona görə ki, qruppalı 
tur  ucuz  başa  gəlir.  Əhali  arası  gəliri  az  olanlann  sayının  çoxalması  tunzm 
standartlarının  differensasiyasına  səbəb  olacaqdır.  Gəliri  çox  olanlan  bahalı 
ekzotikalı və yüksək komfortlu turist səfərləri cəlb edəcəkdir. Gəliri az olanlar 
isə sadə və qiyməti az olan turist xidmətləri ilə kifayətlənəcəklər. 
Gəliri  az  olan  sosial  qrupların  turizmə  cəlb  olunması  turizmin  maddi- 
texniki bazasının formalaşmasına təsir göstərəcəkdir. Bir tərəfdən dəbdəbəli və 
bahalı turist mərkəzlərinin tikilməsi davam edəcəkdir. Digər tərəfdən ucuz və 
balaca  mehmanxana  otaqları  tikilməkdədir.  Əlavə  yerləşdirmə  vasitələri 
istifadəyə buraxılacaqdır (apartomentlər, şəxsi evlərin kirayəsi və s.). 
90-cı  illərdə  inkişafı  başlamış  «kənd»  turizmi  yenidən  bərpa 
olunmaqdadır.  Bunun səbəbi  kəndlərdə fermer təsərrüfatının abadlaşması  və 
turist xidmətlərinin yaxşılaşmasıdır. «Kənd» turizmi təbiətin dilbər guşələrində 
yaradılmasına  baxmayaraq  ucuz  başa  gəlir  və  ən  çox  gəncləri  cəlb  edir. 
Gənclər komfortun «kənd» turizmində olmamasına o qədər də fikir vermirlər. 
Məhsulun yığılan vaxtında onlar fermerlərə kömək edirlər, nəticədə istirahət 
qiyməti daha da ucuzlaşır. 
Yaxın  zamanlarda  nəqliyyata  yerləşdirməyə  olan  tələbat  olacaqdır. 
Komfortlu  kruiz  səfərləri  varlı  adamlara  qismət  olacaqdır.  Kütləvi  turizmdə 
kruiz səfərləri inkişaf edə bilməyəcəkdir. 
Turistlər  tərəfindən  ən  çox  istifadə  olunan  avtobus  olacaq,  lakin  onlar 
daha komfortlu və təhlükəsiz olacaqdır. Aviasiyanın rolu turizmin təşkilində 
çox  böyükdür.  Yeni  aviamarşrutlar  açılacaq,  uçuşlar  təhlükəsiz  olacaqdır. 
Dəmir  yolunda  kütləvi  turistlər  üçün  qiymətlər  ucuzlaşacaq,  eyni  zamanda, 
lüks kupelərdə qiymətlər qalxacaqdır. 
Turist xidmətlərinə tələbatın strukturunun dəyişməsi, onların satışına da 
ciddi  təsir  göstərəcəkdir.  Marketinqin  və  reklamın  rolu  artacaqdır,  bazar 
fəaliyyəti kompleks şəkildə təhlil edilməsinə ehtiyac olacaqdır. 
13.2.
 
TURİZM SƏNAYESİNİN İNKİŞAFI 
Turizm məhsulu - turizm \ə ekskursiya müəssisələrinin kompleks 
şəklində göstərdiyi turist xidmətləridiri'Y/V//;w//.;/7// kompleks şəklimb ha- 
\
 
105 


YEGANLI S.T.. HACIYEV E. M. 
zırlammsma turizmin sənayesi deyilir (çox vaxtı turizmin sənayesinə turizmin 
infrastrukturu  da  deyilir).  Turizmin  sənayesinə  aşağıdakı  müəssisələr, 
təşkilatlar .və şirkətlər aiddir: 
1.
 
Yerləşdirmə  müəssisələri  -  otellər,  mehmanxanalar,  motellər, 
pansionatlar. turbazalar, istirahət evləri, sanatoriyalar, xüsusi evlər, 
apartamentlər və s. 
2.
 
Qidalanma  müəssisələri  -  restoranlar,  yeməkxanalar,  barlar, 
kafeterilər və s. 
3.
 
Nəqliyyat  müəssisələri  -  avto,  avia,  dəmir  yolu,  dəniz  nəqliyyatı 
müəssisələri. 
4.
 
Turoperator  və  turagentliklər.  turist  təşkilatları,  assosiasiyaları, 
şuraları və başqa turist idarə orqanları. 
5.
 
Turist reklam-informasiya təşkilatlan. 
6.
 
Turist mallarını və qurğularını istehsal edən müəssisələr. 
7.
 
Turist mallarını və qurğularını satan müəssisələr. 
8.
 
Əyləncə müəssisələri. 
9.
 
Turizmin tədris və elmi-tədqiqat müəssisələri. 
Bundan başqa, turizm infrastrukturunda şəhər və qəsəbə təsərrüfatlarına 
məxsus olan kommunikasiya, muzeylər, konsert zalları, tarixi-mədəni abidələr, 
şəhər  nəqliyyatı,  ticarət  mərkəzləri,  qoruqlar,  milli  parklar,  zooparklar  və  s. 
istifadə olunur. Turizmin inkişafı turizm infrastrukturunun, yəni bu sadalanan 
müəssisələrin  inkişafını  tələb  edir.  Bu  müəssisələrin  çoxluğu  iş  yerlərinin 
açılmasına  səbəb  olur,  onların  normal  fəaliyyət  göstərməsi  pul  dövriyyəsini 
yaxşılaşdırır, büdcəyə gəlir gətirir. 
Turizm  sənayesinin  inkişafı  yeni  mehmanxanaların,  aeroport  və 
mağazaların  tikilməsi,  köhnələrin  bərpası,  yolların  salınması,  şəhərlərin, 
kəndlərin abadlaşması deməkdir. Turizm, eyni zamanda iqtisadiyyatın başqa 
sahələrinə - avtomobil, yeyinti, yüngül sənayelərinə də təsir göstərir. Turizm 
sənayesi ölkə iqtisadiyyatının multiplikatorudur. 
Dövlətlərin və özəl şirkətlərin turizm obyektlərinin tikintisinə qoyduğu 
sərmayələr  tikinti  sənayesinin  inkişafına  səbəb  olur.  Məsələn.  İspaniyada 
1955-1965-ci  illərdə  tikilən  mehmanxanaların  sayı  3  dəfə  artmışdır.  Bu  da 
tikinti  sənayesinin  sürətlə  inkişafına  səbəb  olmuşdur.  Tikinti  sənayesinin 
sürətlə inkişafı tikinti materiallarının artımına səbəb olur. 
Turizmin  inkişafı  zəncirvari  başqa  sahələrin  də  inkişafına  səbəb  olur. 
Yəni  turizm  iqtisadi  inkişafın  katalizatorudur.  Turistlərin,  məsələn,  keın- 
pinqlərdə  yerləşdirilməsi  yeni  avtomobilin  (karavan)  istehsalını  yaratmışdır. 
1979-cu  ildən  1983-cü  ilə  kimi  tək  Fransada  220  min  karavanprisep 
satılmışdır. 
106 


T U R İ Z M  
Turist mərkəzlərinin dəniz kənannda yerləşdirilməsi yelkənli qayıqların, 
yaxtaların  və  katerlərin  istehsalını  genişləndirmişdir.  Məsələn,  Fransada 
1964-1978-ci illəri onların istehsalı 5,5 dəfə, yəni ildə 100 mindən 552 minə 
çatmışdı. 
Avropada  dağ  turizminin  inkişafı  yeni  turist  mallarının  və  avadanlığın 
istehsalına  ehtiyac  yaratmışdır.  Avstriya,  İtaliya,  Fransa  və  Almaniya 
xizəklərin və qaldırıcıların istehsalına başlamışlar. 
13.3.
 
YERLƏŞDİRMƏ, QİDALANMA VƏ ƏYLƏNCƏ MÜƏSSİSƏLƏRİ 
Mehmanxana və restoran biznes sahəsinə «qızıl yumurta gətirən toyuq» 
deyirlər. Ona görə ki, bu sahə, yəni qonaqpərvərlik sahəsi turizmin özəyidir. 
Azərbaycanda  mehmanxana  xidmətləri  müasir  səviyyədə  1994-  cü  ildən 
başlamışdır.  O  vaxtlar.  Azərbaycanın  mehmanxana  şəbəkəsi  yox  idi.  Dörd 
təşkilat müxtəlif səviyyədə mehmanxana təsərrüfatı ilə məşğul olurdu. 
«Qoskominturisl»in  Azərbaycan  şöbəsi.  Azərbaycan  Həmkarlar 
Təşkilatı, munisipalitet və Gənclər Təşkilatı. Hər təşkilatın özünün standartları 
və qiymətləndirmə əsasları var idi. Gəlirin çox hissəsini «İnturist» götürürdü. 
Onda təchizat yuxarı səviyyədə idi, amma adi mehmanxanalar böyük gəlirlə 
işləmirdilər. Hal-hazırda həmin mehmanxanalar ağır problemlərlə rastlaşırlar. 
Onlar  köhnədir,  müasir  xidmət  tələblərinə  uyğun  gəlmirlər.  Azərbaycan 
rayonlarında  50-dən  çox  mehmanxana  var.  Lakin  onların  heç  biri  müasir 
tələblərə uyğun gəlmir (Şəkidə karvansaray kompleksi müstəsna olmaqla). 
Son  zamanlar  Bakıda  5  ulduzlu  mehmanxanalar  tikilmişdir.  Onlardan 
«Həyatt Redjensi», «Qrand Otel Avropa», «Plaza» və 4 ulduzlu «İrşad» otelini 
qeyd  etmək  olar.  ÜTT  kiçik,  30  nəfərlik  mehmanxanaların  tikilişini  tövsiyə 
edir.  Bu  klassifıkasiyadan  Bakıda  və  rayonlarda  bu  tipli  15  mehmanxana 
tikilmişdir. Bakıda «İçərişəhər» - 8 nömrəli, «İrşad» - 15 nömrəli, «Oazis» - 23 
nəfərlik.  Bundan  başqa.  3 ulduzlu Masallıda  «İstisu».  Abşeronda  «Neapol». 
«Kresten Biç Otel». «Oazis» və başqaları tikilmişdir. 
Hal-hazırda Azərbaycanın dövlət mülkiyyətində olan mehmanxana fondu 
azalmaq  üzrədir.  Mehmanxanaların  çoxu  təmirdədir.  Ən  çox  narahatçılıq 
doğur^vn isə onların gəlirsiz işləməsidir. Turizmin vəziyyəti ölkədə olan siyasi 
və  iqtisadi  faktorlarla  sıx  bağlıdır.  Ölkədə  bu  sahədə  baş  verəh  hadisələr 
mehman.\ana  təsərrüfatının  indiki  və  gələcək  vəziyyətinə  bilavasitə  təsir 
göstərmişdir. 
•107 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə