YEGANLI S.T.. HACIYEV E. M.
Beləliklə/rniHilurist siyasətinin əsas mahiyyəti ölkədə turist bazarının
formalaşmasıdır.'Bazara çıxarılan məhsul orijinal və rəqabətli olmalıdır/ Qaldı
ki, mehmanxana, nəqliyyat qiymətlərinə, onlar turistlərin mali>^ə imkanlarına
və zövqünə uyğun olan turist məhsulunun qiymətinin bir hissəsidir. Bu da
sərbəst bazar istiqamətində özü-özünə inkişaf edən Azərbaycan turizminin
vacib faktorlarından biridir. Burada turist məhsulunu yaratmaq arzusu və
təşəbbüsü «aşağıdan», regionlarda əmələ gəlir. Təşəbbüs göstərən o şəxslərdi
ki, riskə gedərək öz sərmayəsini (topladığı pulu) sərf edərək turist müəssisəsi
açır, alıcıların imkanını nəzərə alaraq turist məhsulu yaradır, onu münasib
qiymətlərlə satır, gəlir götürür və götürdüyü gəlirin bir hissəsini yenidən öz
işinin (biznesinin) genişlənməsinə sərf edir.
Şbn zamanlarda Abşeronda minlərlə 2-3 mərtəbəli, içərisində hər bir
rahatlığı olan (basseyn, sauna, meyvə bağı, gül bağçası və s.) imarətlər
tikilmişdir. Yay mövsümündə bu villalar icarəyə verilir və onlann sahibləri az
pul qazanmırlar. Turizmin özü-özünə inkişafını təsdiq edən başqa bir misal
göstərək. Azərbaycanın müxtəlif regionlarında son 3 ildə tikilən turist
mərkəzlərinin, əyləncə ocaqlarının sayı 2 dəfə artmışdır. Azərbaycanın işgüzar
adamları Azərbaycan turizminin inkişafına çoxlu sərmayə qoymuşlar. Lakin bu
qoyulan sərmayə turizmin infrastrukturunu sürətlə inkişaf etdirmək üçün çox
azdır. Beynəlxalq Bank və başqa təşkilatlar Azərbaycanda yolların və
körpülərin salınmasına, tarixi abidələrin bərpasına maliyyə köməyi edirlər,
lakin bu da azdır. Azərbaycanın işgüzar adamları xarici firmalarla birgə kapital
qoyuluşu əsasında turist mərkəzləri, mehmanxanaları tikirlər.
Əgər Azərbaycan hökuməti neftdən əldə olunan gəlirlərin bir hissəsini
Azərbaycan turizminin inkişafına yönəltmiş olarsa, bu proses sürətlənə bilər.
Azərbaycan hökuməti eyni zamanda, turizm sahəsində kadrların hazırlanmasını
müasir səviyyəyə qaldırmalıdır. Onun turizm sahəsində vergi siya.səli dünya
təcrübəsinə uyğun apanimalıdır. Bütün ölkələrdə turizm -iahəsində himayəçilik
vergi siyasəti aparılır. Məsələn. Fransada bütün sahələrdə ƏDV (əlavə dəyər
vergisi) 22 %-dirsə, turizm sahəsində 10 %-dir. Əgər biz də turizm sahəsində
belə addım atmış olsaq, turizm Azərbaycanda sürətlə inkişaf edə bilər. Turist
şirkətlərinin sayı artar, minlərlə işsizlər özlərinə iş yerləri tapa bilər.
—Turizm sahəsində ən vacib məsələlərdən biri də ölkəmizdə əsrlərdən bəri
kök salmış özünə məxsus qonaqpərvərliyi bərpa etməkdir. Bundan ötrü, öz
kəndlərimizi, şəhərlərimizi düşmən tapdağından azad elmək, qaçqınları öz
torpaqlarına qaytarmaq, kəndləri və şəhərləri bərpa etmək, yollar salınaq,
turbazaları bərpa etmək lazımdır.
126
T U R İ Z M
Turist müəssisələrinin iş fəaliyyətinin keyfiyyətini yaxşılaşdırmaqdan
ötrü ən kəsərli vasitə turist rentasmm tətbiq olunmasıdır. Turist rentası turist
sərvətlərinin keyfiyyətindən asılı olan əlavə gəlir formasıdır. Mədəniyyət və
tarixi abidələrdən, çimərliklərdən, memarlıq komplekslərindən, etnoqrafik
obyektlərdən əldə olunan əlavə gəlir regionlarda, onların icra orqanlarının
sərəncamına verilməlidir. Özəl müəssisələrdən daxil olan renta gəlirin 50 %-i
dövlət büdcəsinə daxil olur, nəticədə dövlət əlavə heç bir vəsait qoymadan gəlir
götürür və varlanır. Renta gəlirinin başqa 50 %-i müəssisədə qalır. Müəssisə bu
vəsaiti ancaq genişlənməyə və inkişafa xərcləyə bilər. Vergi müfəttişliyi rast
gəlsə ki. bu vəsait başqa məqsədə istifadə olunub. həmin vəsaiti dövlət fonduna
keçirdir. Turist rentası müəssisənin iqtisadi cəhətdən möhkəmlənməsi və
rəqabətli turist məhsulu hazırlamaq üçün sərmayə mənbəyidir. Bütün dünya
ölkələrində ondan məqsədyönlü sərmayə mənbəyi kimi istifadə edib
müəssisələrdə dövriyyə kapitalı yaradırlar. Turizmdən yerli orqanların
sərəncamına daxil olan gəlirlər yerli orqanlar tərəfindən turizmin
infrastrukturunu yaxşılaşdırmaq üçün istifadə olunur, eyni zamanda, yeni iş
yerlərinin açılmasına səbəb olur.
Təxmini hesablamalar göstərir ki, artıq bu gündən başlayaraq turist
səfərləri və ekskursiyalardan əldə olunan gəlirlər kəndlərin və şəhərlərin
abadlaşmasında və iş yerlərinin açılmasında vasitəçi rolunu oynaya bilər.
Milli turist təşkilatının əsas üç funksiyası olmalıdır:
1.
Gələcəyi olan turist siyasətini tərtibi və həyata keçirilməsi və turizm
sahəsində standartlaşma;
2.
Turizmin əlaqədar sahələrində və regionlar arası koordinasiya
aparmaq;
3.
Turizm sahəsində kadrların hazırlanmasının və elmi-tədqiqat işlərinin
təşkili.
Milli kadrların dünya standartlarına uyğun hazırlanması, onların
kompüter və yeni kommunikasiya texnologiyasına tam yiyələnməsi, turizmin
marketinq və müasir idarəetmə üsullan ilə silahlanması milli turist
təşkilatlarının əsas vəzifələrindən biridir.
15.3.
BEYNƏLXALQ TURİZMİN İQTİSADİ ÜNSÜRLƏRİ
! Beynəlxalq turizm beynəlxalq xidmətlərin ayrılmaz tərkib hissəsidir.
Ona görə də. xarici ticarətdə qəbul olunmuş bütün əməliyyatlar və o cümlədən,
ixrac və idxal əməliyyatları da beynəlxalq turizmdə öz yerini tapmışdır.
Beynəlxalq xidmətlərin alınması və satılması adi xarici ticarət əmə
1 2 7
YEGANLI S.T.. HACIYEV E. M,
liyyatı kimi, xarici firmalar və ya bilavasitə xarici turist tərəfindən təşkil
olunur.
Lakin beynəlxalq turizmin əsas xüsusiyyətlərindən biri də odur ki,
xidmətlərin ixracı, adi malların ixracından fərqli olaraq, xarici turistin ixrac
edən ölkəyə özünün gəlməsi və xidmətlərdən istifadə etməsilə, idxal
əməliyyatı isə ölkə turistlərinin xaricə göndərilməsi ilə bağlıdır. Bununla
əlaqədar, turizmin ixracı - xaricdən turist qəbul olunması, idxalı isə - ölkədən
turistin xaricə getməsidir. Turizmdə beynəbcalq mal dövriyyəsində qəbul
olunmuş iqtisadi siyasət apanlır. Məsələn, gömrük qaydalarına oxşar - ölkəni
tərk etmək və ölkəyə daxil olma qaydaları, malların ticarətinə münasib - ölkəyə
daxil olma lüzumu, malların ixracına və idxalına qoyulan məhdudiyyətlər
əvəzinə - turistlərin getməsinə və onlann apardığı mallara qoyulan
məhdudiyyətlər və s. Valyuta məzənnəsinin dəyişmə siyasəti xarici turistlərin
ölkəyə gəlməsini stimullaşdırmaq, ölkədən gedən turistlərin sayını azaltmaq
məqsədini güdür.
Beynəlxalq turizmdə «dempinq» xarici turistlər üçün malların və
xidmətlərin qiymətlərini aşağı salmaq məqsədini güdür.
Beynəlxalq turizmin valyuta problemləri beynəlxalq turist bazarının
formalaşması və inkişafı ilə bağlıdır. Beynəlxalq turist bazan malpul
mübadiləsi sferasıdır. Bu sfera turist xidmətlərinə və mallanna olan təklif və
tələbdən əmələ gəlir. Turizmin vacib göstəricilərindən biri turizmin ixracından
əldə olunan gəlirin ölkənin ümumi ixracında tutduğu yerdir. Bəzi ölkələrdə
beynəlxalq turizmdən əldə olunan gəlir, başqa məhsulların ixracından gələn
gəlirdən.çox olur ki, bu ölkə üçün beynəlxalq turizmin tutduğu mövqeyi
göstərir Jdəsələn, Norveç ildə 20 mln tondan çox neft istehsal edir. Lakin bu
ölkənin beynəlxalq turizmdən götürdüyü gəlir neftdən aldığı gəlirə yaxındır.
Barbadostda o, 3,6 dəfə qəndin ixracından alınan gəlirdən çoxdur, Panamada 2
dəfə banan ixracından çoxdur, Misirdə 1,7 dəfə pambıq ixracından alınan
gəlirdən çoxdur.
Beynəlxalq turizmin üstün cəhətlərindən biri də xarici ticarət əlaqələrində
xidmətlərin və turist mallarının qiymətlərinin başqa ənənəvi mallara nisbətən
sabit qalmasıdır. Bu onunla izah olunur ki, birinci turizm xidmətlərinə olan
tələbat daim artır və təklif tələbatla ayaqlaşa bilmir, ikincisi turizm
məhsulunda strateji ehtiyatlar saxlamaq və sonra spekulyativ qiymətlərlə
satmaq mümkün deyil. Turist məhsulu real turistin olduğu vaxt istehsal olunur.
Turist yoxdursa, deməli xidmətlər də yoxdur.
Beynəlxalq turizm ixracın qeyri-adi formasıdır. Turist özü öz hesabına
xidmətlərin hazırlanan yerinə gəlir. Halbuki, ənənəvi malların ixracında
malların yol xərcini malı göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu
128
Dostları ilə paylaş: |