Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
bərpa etmək ancaq inkişaf etmiş sivil ölkələrin bünövrəsi əsasında mümkün 
olmuşdur. 
Beləliklə,  turizm  tələbatı  orqanizmin  zəifləməsi  nəticəsində  meydana 
gələn prosesdir. Bu proses düşünülmüş şəkildə insanın normal funksiyalarını 
turist səfərləri vasitəsilə bərpa etməyə yönəlmişdir. Deməli, turist tələbatı şəxsi 
tələblər  qrupuna  aiddir  və  onun  ödənilməsi  şəxsi  istehlak  sistemində  baxıla 
bilər. 
Turizm tələbatı özünü və ətraf mühiti dərk etmək məqsədini güdür və bu 
sahədə  turizmin  imkanları  sonsuzdur.  Dərk  etmə  evolusiyanın  vacib 
elementidir. Dərk etmə olmasa, insan sivilizasiyası inkişaf edə bilməz. Digər 
tərəfdən,  turizmin  bir  çox  elementləri  mütəmadi  olaraq  cazibədarlıq  «fonu» 
yaradır. Bu iki çox vacib olan element turizm tələbatını insan ehtiyac qrupunun 
vacib tələbatına çevirmişdir. 
Turizm tələbatının yaranması insanın motivasiya nəzəriyyəsinə əsaslanır. 
Bu  nəzəriyyəyə  görə  turizm  tələbatı  insan  davranışının  motivləridir. Turizm 
sahəsində məşhur tədqiqatçı P. Berneker belə hesab edir ki. turist tələbatının 
əsas  səbəblərindən  biri  səyahətin  ürəkaçan  olması  və  insana  sevinc 
gətirməsidir. Tədqiqatçı R.M. Kasımov turist tələbatını insanın təbii tələbatı 
kimi qiymətləndirir, bu tələbatı insan turist səfəri zamanı ödəmiş olur. Turist 
tələbatının  bir  sistem  kimi  öyrənilməsi  bu  anlayışı  dialektik  üsulla  təhlil 
etməyə  imkan  verir.  Sistem  nöqteyi  nəzərindən  turist  tələbatının  ödənilməsi 
insanın  özü-özünü  tənzimləmə  prosesinə  bənzəyir.  İnsanın şəxsi  kontaktlara 
olan  ehtiyacları,  yaşayış  mühitini  dəyişmək  ehtiyacları  özünü  biruzə  verir. 
İnsan daim psixoloji uyğunluq axtarır və qrup tərkibində hərəkət etməyə meyl 
göstərir. 
Turizm  tələbatı  eyni  zamanda  ictimai  xarakter  daşıyır  və  ictimai 
tələbatdır.  Siyasi-iqtisadi  elmin  nəzəriyyəçiləri  təsdiq  edirlər  ki,  ictimai 
tələbatlar  istehsalın  inkişafına  səbəb  olurlar.  Onlar  öz  tələbatlarını  ödəmək 
üçün istehsalatı dəyişirlər. 
Beləliklə, belə bir nəticəyə gəlmək olar. Turizm tələbatı təbii tələbatdır 
və  insanın  inkişafı  nəticəsində  meydana  gəlmişdir.  İstehlak  prosesi 
nöqteyi-nəzərindən,  o,  insanın  şəxsi  tələbatıdır.  İctimai  istehsal  nöqteyi 
nəzərindən isə, o, ictimai xarakter daşıyır və ictimai tələbatdır. Aparılan təhlil 
göstərdi  ki.  turizm  tələbatı  cəmiyyət  və  insan  inkişaf  etdikcə  genişlənir  və 
dərinləşir. Turizm tələbatı insan yaşadıqca yaşayacaqdır, cəmiyyət dəyişdikdə 
onun ancaq strukturu dəyişəcəkdir. Beləliklə, turizmin tələbatını insanın təbii 
və tarixi tələbatı kimi qəbul etmək lazımdır. Bu tələbat turist səfərləri zamanı 
Ödənilmiş olur. 
148 


T U R İ Z M  
17.4.
 
TURİST MƏHSULUNA OLAN SORĞU 
1. Turist sorğusu anlayışı
 
Turist  sorğusu  -  turist  məhsuluna  olan  tələbatdan  doğur.  Turist 
xidmətlərinə olan sorğu, istehsal və mal - pul dövriyyəsi olan yerdə əmələ gəlir. 
Əvvəlki  mühazirədə  «turizm  tələbatı»  haqqında  qeyd  etmişdik  ki,  «turizm 
tələbatı» şüurlu formada adət olunmuş zəruriyyətdir. Yəni, «turizm tələbatı» 
insan  orqanizminin  sağlam  qalması  üçün  lazım  olan  vacib  funksional 
elementdir. Göründüyü kimi, «turizm tələbatı» abstrakt anlayışdır, baxmayaraq 
ki. o, insanın normal funksiyası üçün çox vacib elementdir. Turist sorğusu isə - 
konkretdir  və  «turizm  tələbatının»  real  hissəsidir.  Turist  sorğusunu 
gerçəkləşdirən və inkişaf etdirən tələbatın üç forması mövcuddur; pul ödənişli, 
həqiqi  və  absolyut  tələbat  forması.  Bu  klassifıkasiya-  dan  aydın  görünür  ki. 
turist  sorğusu  bu  tələbatların  turist  bazarına  çıxarılan  formasıdır.  Turist 
tələbatlarının hamısı ödənilmir, ancaq pul ekvivalenti ilə təmin olunan tələbat 
ödənilir. 
Turist sorğusunu öyrənəndə ödənişli sorğunu öyrənirlər, yəni o sorğunu 
ki. turist məhsulu və pul vəsaiti ilə təmin olunmuş olsun. Sorğunun bu konkret 
hissəsi ictimai tələbatın mallara və turist xidmətlərinə aid olan bir hissəsidir. 
Ödənişli  sorğunun  vasitəsi  ilə  cəmiyyət,  faktiki  olaraq  istehlakın  və  milli 
gəlirin müxtəlif təbəqələr arasında paylanmasına nail ola bilir. Deməli, turist 
sorğusu bazarın vasitəsilə ölkə daxilində sinfi münasibətləri tənzimləyir. Bazar 
münasibətlərində istehsalın ziddiyyətləri özünü büruzə verir. Bu ziddiyyətlər 
nəticəsində  istehsal  öz  formasını  dəyişir  və  inkişaf  edir.  Məsələn,  artıq  kəl 
arabasına sorğu (ehtiyac) yoxdur. Deməli, onun istehsalı başqa malla, məsələn, 
avtomobillə  əvəz  olunur.  Turist  sorğusunu  turist  məhsuluna  sifariş  kimi  də 
qiymətləndirmək olar. 
Turist  mallarına  və  xidmətlərinə  olan  sorğu  turistlər  tərəfindən  verilir. 
Turist sorğusu əsas iki elementlə xarakterizə olunur: pul və  boş vaxtla. Bura 
turist mallannın və xidmətlərinin qiymətini də əlavə etmək lazımdır. Madam ki, 
turist sorğusu pul və boş vaxtla xarakterizə olunur, onda onların mənbələrinə 
nəzər salaq. 
Bizə  bu  gun  turizm  maliyyələşdirməsinin  iki  mənbəyi  məlumdur  - 
turistlərin şəxsi gəliri və sosial fond (yəni dövlət tərəfindən maliyyələşdirmə 
mənbəyi).  Əgər  Azərbaycanı  konkret  götürsək,  bu  2  mənbəyin  ikisi  də  çox 
zəifıdər. Deməli, turist sorğusunun səviyyəsi də yüksək ola bilməz. Qaldı ki. 
boş vaxtın olmasına, onun mənbəyi məzuniyyətlər və şənbə-bazar günləridir. 
1 4 9  


YEGANLI S.T» HACIYEV E. M. 
Sorğu turist tələbatının gerçəkləşmiş formasıdır. Tələbat isə qüvvələri və 
istehsal münasibətlərinin inkişaf səviyyəsinin göstəricisidir. Deməli, sorğu da 
ölkədə yaranmış istehsal münasibətlərini özündə əks etdirir. Sorğu milli gəliri 
müxtəlif  təbəqələrə  paylayan  bir  alətə  çevrilir.  Burada  turist  sorğusu 
müstəsnalıq  təşkil  etmir.  Məhz  ona  görə  də,  turist  tələbatı  ümumi  milli 
məhsulun əhalinin müxtəlif təbəqələri arasında bölüşdürülməsi zamanı turist 
sorğusuna çevrilir. 
Beləliklə, turist sorğusu tək şəxsi yox, eyni zamanda ictimai tələbatı da 
özündə əks etdirir. 
2. Turist sorğusunun turizm inkişafına tDsiri 
Turizm  məhsuluna  olan  ictimai  tələbat  hər  zaman  turist  mallarının  və 
xidmətlərinin  istehsalından  çoxdur,  ona  görə  ki.  tələbat  mürəkkəb  və  geniş 
anlayışdır və onu tam təmin etmək üçün ölkənin imkanları məhduddur. Turist 
tələbatının inkişafı ilə onu tam təmin etmək arasında əmələ gələn ziddiyyətlər 
turist bazarının formalaşmasına və inkişafına müsbət təsir göstərən faktordur. 
Turist sorğusu ödənişli tələbatın tək cəmi deyil, eyni zamanda rəqa- bətli 
turist məhsuluna olan tələbatdır. Bu baxımdan, o. tələbatla sıx əlaqədardır və 
keyfiyyətli turist məhsulunun formalaşmasına və inkişafına təkan verir. 
Turist  sorğusunun  məzmunu  turist  tələbatıdır.  Turist  xidmətlərinin  və 
mallarının  istifadəsi  və  bazarda  satılması  onun  yaranması  ilə  əlaqədardır. 
Turist  xidmətlərinin  istehlakı  rəqabətli  turist  sorğusunu  onun  təklifi  ilə 
tarazlaşdırır. Bu hal turizmin spesifik xüsusi>
7
ətlərindən biri kimi onu başqa 
mallardan  fərqləndirir.  Ona  görə  də.  turist  sorğusunun  öyrənilməsi  turist 
tələbatının inkişafına təsir göstərən faktorlardan başlayır. 
Turist  sorğusunun  formalaşmasına  müxtəlif  faktorlar  təsir  göstərir.  Bu 
faktorların  intensivliyi  zamanla  əlaqədar  və  müxtəlif  turist  qrupları  üçün 
dəyişir.  Elə  hal  olur  ki,  iqtisadi  faktorlar  kölgədə  qalır  və  psixo-fizio-  loji 
faktorlar  ön  plana  gəlir,  başqa  bir  halda  isə  iqtisadi  faktorlar  həlledici  rol 
oynayır. Faktiki olaraq, turist sorğusu bazarda istehsalın aparıcı qüvvəsi kimi 
çıxış edir, onun formalaşmasının iqtisadi aspektləri isə bazar münasibətlərində 
aydın görünürlər. 
1-^0 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə