YEGANU S.T.. HACIYEV E. M,
16.2.
TURİZMDƏ MARKETİNQİN KONSEPSİYASI
/. Turizmdə marketinq konsepsiyasının mahiyyəti
] Turizmdə marketinq konsepsiyasının əsas ideyası xidmətlərə və turist
malTanna olan tələbatın yaradılmasıdır. Bütün səviyyələrdə qəbul olunan
qərarlar bu tələbatın ödənilməsinə tabedir.) Ona görə də, turist müəssisələri
bazardakı vəziyyətlə hesablaşmalı və ona münasib öz işlərini qurmalıdırlar.
Onlar potensial alıcıların istirahətə olan istək və arzularını, maliyyə
imkanlarını diqqətlə öyrənməli və gələcəkdə bu arzular və imkanların hansı
istiqamətdə dəyişməsini düzgün qiymətləndirməyi bacarmalıdırlar.
Turist müəssisəsi hansı turist məhsulunu, hansı səviyyədə və keyfiyyətdə,
hansı miqdarda edə biləcəyini yox, yalnız alıcının tələbatına uyğun məhsul
istehsal etməlidir. Turizm marketinq konsepsiyasının əsas ideyası budur. Bəzi
Azərbaycan turist müəssisələri bu konsepsiya ilə hesablaşmadan dəbdəbəli və
olduqca bahalı turist məhsulu hazırlayır və sonra da təəccüblənirlər ki, nəyə
görə bu məhsulu sata bilmirlər. Məsələn, bir gün Al- tıağacda yerləşən «Cənnət
bağı»nda istirahət adam başına 100 $-a başa gəlir. Yerli turistlər tək-tək,
yeganə hallarda bu məhsuldan istifadə edirlər. Xarici turistləri isə bu məhsul
təmin etmir, onların zövqünə uyğun gəlmir. Bu səbəbdən, baxmayaraq ki,
«Cənnət bağı» turist mərkəzinə yerli iş adamları külli miqdarda sərmayə
qoyur, onu yüksək gəlirlə işlədə bilmirlər.
Deyilənləri
ümumiləşdirsək,(mrist
marketinqin
konsepsiyasına
aşağıdakıları aid edə bilərik:
■alıcının ehtiyacı, sorğu və tələblərinin müəyyənləşdirilməsi:
■bazara çıxarılan məhsullar alıcıların istək və tələblərinə uyğun
hazırlanmalı;
■qiymətlərin təyin olunması alıcılara münasib və istehsalçıya kifayət
qədər gəlir gətirməlidir;
■məhsulun alıcıya çatdırılması mümkün qədər əlverişli və rahat
olmalıdır;
■tələbatı formalaşdırmaq məqsədi ilə turist bazarına aktiv təsir vasitələri
axtarıb tapmalı.!
Adları çəkilən istiqamətlərin hər biri ayrılıqda vacibdir. Lakin onların
birlikdə, cəm halında tətbiqi daha yaxşı nəticələr verir və turizmin marketinq
konsepsiyasını gerçəkləşdirir. Marketinq konsepsiyasını həyata keçirən turist
müəssisəsi alıcıların tələb və ehtiyaclarını yaxşı öyrənir və rəqib
136
T U R İ Z M
lərinə nisbətən yüksək səviyyədə fəaliyyət göstərir, yaxşı nailiyyətlər qazanır.
Gəlirin təmin olunmasını alıcını məhsulu almağa vadar və ya məcbur
etməklə deyil, ona qarşı son dərəcədə diqqətli olub, onun bütün tələblərini
təmin etmək yolu ilə gerçəkləşdirmək olar. Ancaq belə olduqda istehsalçı ilə
alıcıların maraqları tarazlaşmış olur. Gəlir götürmək, tələbatın ödənilməsi əsas
amil kimi qəbul oluna bilər. Lakin I yerdə tələbatın ödənilməsi, sonra isə
gəlirin əldə olunması gəlir.
Beləliklə, alıcının tələbləri, marağı I yerdə durur və əsasdır. Bu
konsepsiyanın əsas şərtlərindən ən vacibidir.
Eyni zamanda, dövrümüzdə «vəhşi» manipulyator üsulu da özünə yol
tapmışdır. Bu üsulun vasitəsi ilə alıcıya təzyiq göstərilir və hər hansı bir
məhsula qarşı süni tələbat yaradılır. Məsələn, götürək son zamanlar
Azərbaycanda çörəyə yaradılmış süni tələbatı. Bəzi iş adamları buğdanı
anbarlara toplayıb satışını dayandırmış, nəticədə taxıl qıtlığı əmələ gəlmiş və
qiymətlər qalxmışdır. Çörək hazırlayanların çoxu müflisləşmiş, hazırlanan
çörəklərin çəkisi 2 dəfə azalmışdır. Deməli, kimsə çörək qıtlığından istifadə
edib varlanır.
Belə hallar baş verməməsi üçün bazara sərbəstlik vermək, onun ehtiyacını
və marağını əvvəlcədən öyrənib bazarda tarazlıq yaratmaq və bununla da.
ədalətli sosial-əxlaqi marketinq formalaşdırmaq lazımdır.
2.
Tuıizmdə marketinqin yaranma tarixindən
Marketinqin meydana gəlməsi bazar münasibətlərinin formalaşması və
rəqabətin kəskinləşməsi ilə əlaqədardır. Bu faktorlar formalaşmış bazar
münasibətləri sisteminin təkmilləşdirilməsini irəli sürürdü. Marketinq zaman
keçdikcə öz simasını dəyişirdi. İlk mərhələdə marketinq istehlak fəaliyyətini
nəzərdə tuturdu. 1910-1930-cu illərdə marketinqin həqiqi mahiyyətini
fundamental surətdə açmağa təşəbbüs göstərildi və ilk elmi əsərlər nəşr olundu.
1926-cı ildə ABŞ-da Marketinq və Reklamın ilk Milli Assosiasiyası təşkil
olundu. Sonralar belə təşkilatlar Avropada və Yaponiyada yaradıldı.
1929-1932-ci illərin böhranı marketinqin inkişafında böyük rol oynadı. Böhran
göstərdi ki. dünyada iqtisadiyyatın güclü inkişaf etdiyi dövrdə marketinqin
ilkin təsviri məqbul sayıla bilməz. Beləliklə, marketinq malların bazara
yönəldilməsi, alıcılar üçün əlverişli şərait yaradılması və idarə etmə işində
fəaliyyətin tərkib hissəsinə çevrilir. Bu isə öz növbəsində marketinqin müasir
konsepsiyasının formalaşmasına imkan yaratdı.
L“??
YEGANLI S.T.. HACIYEV E. M.
Marketinqin konsepsiyasına müvafiq olaraq firmanın bütün fəaliyyəti
bazann vəziyyətini mütəmadi nəzarətdə saxlamaq, potensial alıcılann təklif və
tələblərini daim öyrənmək və gələcəkdə mümkün ola biləcək dəyişiklikləri
nəzərə almaqdır.
Hal-hazırda mütəxəssislər marketinqə idarəetmənin bazara istiqa-
mətləndirilməsini təmin edən dinamik sistem kimi baxırlar.
Turizmdə isə marketinq müxtəlif ölkələrin iş adamlarının kollektiv
yaradıcılığının məhsuludur. Marketinq, həm də zaman çərçivəsində inkişaf
edir. Bazar münasibətlərinin hər mərhələsində turizmdə kommersiya
fəaliyyətinə özünəməxsus xüsusi münasibət formalaşmışdır. Əvvəlcə turist
məhsulunun istehsal konsepsiyası meydana gəlmişdir.
İstehsal konsepsiyası turist müəssisələri tərəfindən 50-ci illərdə geniş
istifadə olunurdu. Bu dövrdə turist xidmətlərinə tələbat, xidmətlərin özündən
çox idi. Xidmətin keyfiyyətinə isə az diqqət yetirilirdi.
Altmışıncı illərdə tələb və təklif münasibətlərində dəyişmələrin
əlamətləri görünməyə başladı. Bu dövr reklam və stimullaşdırılma vasitəsi ilə
xidmətin satışının maksimum həcminə çatması ilə xarakterizə olunur.
70-ci illərin ortalarında turizm sahəsində tamamilə başqa «oyun
qaydaları» nəzərdə tutan alıcı bazarı formalaşdı. Bu şəraitdə alıcılara az tanış
olan və ya tanış olmayan bazarla işləmək turist müəssisəsinə turist məhsulunu
satmağa heç bir təminat vermirdi. Bu zamanlar turist müəssisələri nəinki
bazarın tələblərinə uyğunlaşır, həm də öz alıcılarının tələblərini
formalaşdırırdı. «Tələbatı tapın və onu təmin edin» - bu ifadə turizmdə
marketinq konsepsiyasının mahiyyətini kifayət qədər dolğun xarakterizə edir.
i. Turizmdə marketinqin səviyyəsi və koordinasiyası
Turizm sisteminə ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar və idarələr
daxildir. Praktiki olaraq onların hamısı bu və ya digər dərəcədə marketinqlə
məşğul olurlar. Həm də qeyd etmək lazımdır ki, səyahətlər bürosu, restoran,
nəqliyyat müəssisəsi və ya turizmi idarə edən təşkilatların həyata keçirdikləri
marketinqin məzmunu eyni deyildir. Belə ki, turist firması alıcılarını təmin
etmək yolu ilə öz gəlirini artırmağa çalışır, milli, regional və munisipial
təşkilatlar isə mümkün qədər çox turist cəlb etməyə çalışırlar. İctimai
təşkilatlar (assosiasiyalar, turist klubları və s. təşkilatlar) isə özlərini qiymətə
mindirmək və peşələrinin yararlığını qabarıq şəkildə göstərməyə çalışırlar.
Bütün bunlar turizm sahəsində marketinqin aşağıdakı amillərini seçməyə
imkan verir.
-- turist müəssisələrinin marketinqi (turoperator və luragenllər);
1.^8
Dostları ilə paylaş: |