,V' I,
T U R İ Z M
~ ictimai turist təşkilatlarının marketinqi;
~ turist xidmətləri istehsalçılarının marketinqi (mehmanxanalar,
nəqliyyat müəssisəsi, kempinq. sanatoriyalar, pansionatlar və s.);
~ ərazi və regionların marketinqi.
I
Turist müəssisələrinin marketinqi istehlakçının imkanı və tələbini uz-
aşdıran prosesdir. Bu uzlaşmanın nəticəsi turist xidmətlərinin göstərilmə-
si. tələbatın ödənilməsi və müəssisənin gəlir əldə etməsidir.
Turist xidmətləri istehsalçılarının marketinqi xidmətlər göstərilməsi-
nin təşkili məqsədi ilə tələb və təklifin kompleks şəkildə öyrənilməsi siste-
mi kimi baxılır.
Növbəti iki səviyyə turizmdə qeyri-kommersial səviyyəni təmsil edir.
Turizm sayəsində istehsalçıların marağını təmsil edən ictimai təşkilatların
marketinqi əlverişli ictimai fikri formalaşdırır və dəstəkləyir. Bu da öz növ-
bəsində marketinqin idarə edilməsi deməkdir.
Beləliklə, turizm tərəfindən marketinqə müxtəlif təşkilatlar inteqrasiya
edilmişlər. Bu halda alıcıların, müəssisələrin və ictimaiyyətin marağından
çıxış edərək bir-birini təkrarlamamaq üçün tədbirlərin vertikal idarə edil-
məsi problemi ortaya çıxır.
Turizm sahəsində dövlət və yerli idarəetmə təşkilatlarının vəzifəsi
məqsədəuyğun bazarın proqnozlaşdırılması və inkişaf etdirilməsi, bazarın
inkişaf təmayüllərinin öyrənilməsi məqsədəuyğun turist qruplannın mü-
əyyənləşdirilməsi və s. təşkil edir.
Turist müəssisələrinin isə öz növbəsində əsas rolu bazar imkanlarının
öyrənilməsində, perspektiv bazarın seçilməsində, turist xidmətlərinin işlə- /
nib hazırlanmasında, milli, regional və yerli səviyyədə turizm marketinqin- /
də iştirak etməkdir. I
\/
D'
16.3.
TURİZM MARKETİNQİNİN MİLLİ SƏVİYYƏDƏ APARILMASI
Beynəlxalq turizmin arenası müxtəlif ölkələrin kəskin rəqabət sferasına
çevrilmişdir. Onların çoxu üçün turizm milli ixracın vacib hissəsidir. Bu
rəqabət mübarizəsinin nəticələri ölkələrin turizm siyasətindən asılıdır.
Ölk.min turist siyas<)ti - turist sənayesinin inkişafına yönəldilntiş-, turist
sərvətlərindən səmərəli istifadə edih turizm fəaliyyətinin iqtisadi effektliyini
təmin edən, dövlət tərəfindən görülən bütün tədbirlərin cəmidir. Turist
siyasəti ölkə .siyasətinin bütün xü.susiyyətlərini özündə əks etdirir. Əgər
dövlət əhalinin gtizaranını ya.xşılaşdırmaq və həyal səviyyəsini qaldırmaq
istəyirsə. deməli onun turist siyasəti də çe\ ik və səmərəli olmalıdır. Belə
dövlət
39
YEGANLI S.T.. HACIYEV E. M.
İmkan tapır və turizmə çoxlu sərmayə qoyur, iş yerləri açır və turizm
sənayesini inkişaf etdirir. Turizm sənayesinin inkişafı turizmin inkişafına
səbəb olur.
Turizm siyasətinin məqsədi, konkret iqtisadi və siyasi şəraitlə və turist
sənayesinin kamilliyi ilə sıx bağlıdır. Bu məqsədlərdən ən vacibi milli turist
məhsulunun beynəlxalq turist bazarlarına çıxarılması və satılmasıdır. Bundan
ötrü, turizm sahəsində marketinq tədbirlərinin görülməsi vacibdir. Milli
səviyyədə aparılan turizmin marketinqinin strategiyası dövlətin beynəlxalq
səviyyədə turist imicini yaratmaq və xarici turistləri ölkəyə cəlb etməkdir. J
^ölkənin imici, ÜTT-a görə - ölkənin bütün xüsusiyyətlərindən, şəxsi
təcrübədən, şaiyələrdən, toplanmış məlumatlardan, ölkə (turist mərkəzi)
haqqında yaranan təsəvvürlərdir. İmicin məqsədi insan təsəvvüründə pis. yaxşı
və ya əla təsəvvür yaratmaqdır. İmic bir neçə səviyyədə yarana bilər:- məişət,
sosial-iqtisadi və işgüzar səviyyələrdə.
Ölkənin sosial-iqtisadi imici. Dünya Bankının nəzərincə, adam başına
düşən milli məhsulun payı, təbii sərvətlərin bolluğu və əhalinin maariflənmə
dərəcəsi ilə təyin olunur.
İşgüzar imic: milli iqtisadiyyatın və maliyyə sisteminin dinamik olması,
insan resurslan, təbii sərvətlərin, infrastrukturun olması, ölkənin sərmayə
qoymaq bacarığı ilə ölçülür. Sadalanan faktorları cəm halında götürdükdə
rəqabət qabiliyyətinə görə işgüzar imicin birinci yerlərini ABŞ. Yaponiya,
Danimarka, Niderland, İsveçrə, Almaniya tuturlar.
Turizm sahəsində ölkənin imicinin yaradılması marketinqin əsas
vəzifəsidir və bu vəzifəni ölkənin Milli Turist Təşkilatı (MTT) yerinə
yetirməlidir. Bu da onun göstərdiyi səylərdən, başqa orqanlara etdiyi
təsirlərdən, qanunvericilikdə, vergi siyasətində, maliyyə, iqtisadi, siyasi, sosial
sahələrdə göstərdiyi təşəbbüslərdən asılıdır. MTT-dan başqa, turizm
siyasətində qanunvericilikdə başqa orqanlarda iştirak edirlər. Lakin MTT-in
əsas vəzifəsi milli turist məhsulunu xarici bazarlarda hərəkətə gətirməkdir. Bu
fəaliyyəti görmək üçün bir çox tədbirlərin həyata tətbiqi nəzərdə tutulur. Bu
tədbirlər reklam-informasiya xüsusiyyətlərini daşıyırlar.
Nümunə üçün bir neçə ölkələrin bu sahədə gördüyü işlərlə tanış olaq.
Məsələn. ABŞ-ın turizm və səyahətlər Baş İdarəsinin tərkibində marketinqlə
məşğul olan xüsusi büro var. Bu büroya aşağıdakı vəzifələrin yerinə yetirilməsi
tapşırılmışdır:
- Turizm sahəsində lazım olan məlumatların toplanması və turist
müəssisələrinə ötürülməsi, turizmin ixracına işləyən müəssisələrin
mükafatlandırılması:
140
T U R İ Z M
-
Müəssisələrə və xarici ölkələrdə reklamla məşğul olan təşkilatlara
yardım göstərilməsi;
-
Marketinq sahəsində olan layihələrin və proqramların
əlaqələndirilməsi;
-
ABŞ-na turist səfərlərinin stimullaşdınlması;
-
Xaricdə ABŞ-nı təbliğ edən turoperatorlara yardımların göstərilməsi;
-
Beynəlxalq nümayəndələrin ABŞ-da konfranslarda, simpozium və
konqreslərdə iştirakına köməklik göstərmək;
-
Potensial turistlərə turist marşrutları haqqında məlumat vermək.
Almaniyada xarici marketinq Alman Turizm Mərkəzi tərəfindən aparılır.
Bu Təşkilat Almaniya hökuməti tərəfindən yaradılmış və xaricdə 14
Nümayəndəliyi və ölkə daxilində 4000 partnyoru var. O, ölkə imicinin
yaradılması və qorunması, ölkəyə xarici turistlərin cəlb olunması və
beynəlxalq turizmdə Almaniyanın payının artırılması ilə məşğuldur.
Fransada bu fəaliyyətlə «Mezon de la France» məşğul olur. Onun
büdcəsi Turizm Nazirliyinin və xaricdə, Fransa turist məhsulunu təbliğ edən və
fəaliyyət göstərən özəl şirkətlərin hesabına formalaşır. Fransa milli turist
təşkilatının dünyanın 27 ölkəsində nümayəndəliyi var. Fransa turizm sahəsində
xaricdə öz nümayəndəliklərinin sayını çoxaltmağa çalışmır, əksinə onların iş
fəaliyyətini təkmilləşdirməyə səy göstərir. Belə olan halda, risk minimaldır,
xərclər də azdır, turizmdən əldə olunan gəlir isə maksimaldır. «Mezon de la
France»in əsas fəaliyyəti başqa ölkələrin dövlət turist təşkilatları ilə əlaqə
yaradılması, xarici nümayəndəliklərə azad və rahat işləmək üçün şərait
yaratmaqdır.
«Mezon de la France»ın marketinqi turist bazarlarında olan yenilikləri
diqqətlə izləyir, aktiv rəqabət siyasəti aparır və bazara keyfiyyətli məhsul
çıxartmaqda rəqibləri olan İspaniya və İtaliyadan heç də geri qalmır. Müxtəlif
qiymətlərlə, cürbəcür və İspaniyada heç olmayan turist məhsullarını baz;;.a
çıxardır. Tələbatı formalaşdırmaq və satışı şirinləşdirmək üçün müxtəlif
ölkələrdə cürbəcür reklam-informasiya kompaniyaları keçirdir.
Bundan başqa, mərkəzin xarici nümayəndəlikləri müstəqil olaraq
kommersiya fəaliyyəti ilə də məşğul olurlar. «Mezon de la France» optimal
qiymət siyasəti aparır və tələb edir ki. onun turoperatorlan turları münasib
qiymətlərlə satsınlar, ona görə ki. turistlər «qiymət və keyfiyyət» probleminə
çox həssasdırlar.
1 4 1
Dostları ilə paylaş: |