T I R İ Z M
S. Turist sorğusunun formalaşmasına tosir göstərən faktorlar
Turist sorğusuna və onun formalaşmasına təsir göstərən faktorları 2 qrupa
bölmək olar: sosial iqtisadi və psixo-fizioloji faktorlar. I qrupa turist
məhsulunun istehsalı, onun həcmi və strukturu aiddir. Bu qrup sorğunun
formalaşmasının əsas mənbəyidir, onun hesabına şəxsi və ictimai is- tehlak
fondları yaranır. Başqa bir faktor əhalinin illik gəliridir, onun məbləğindən
turizmə sərf olunan xərclərin miqdarı təyin olunur. Vacib faktorlardan biri
turizm mallarına və xidmətlərinə və onların keyfiyyətinə sərf olunan pulların
mütənasibliyidir.
Sosial faktorlar böyük bir qrupu əhatə edir. Bura əhalinin miqdarı, cinsi,
yaşı, sosial inkişaf səviyyəsi, turist xidmətlərindən və mallarından istifadə etmə
xüsusiyyətləri, milli ənənələri, tarixi şəraiti aiddir. Ailənin tərkibi də böyük rol
oynayır.
Psixo-fizioloji faktorların tərkibində əsas rolu ayrı-ayrı turistlərin
psixologiyası. mənəvi-psixoloji faktoru, moda, reklam, onların mədəni inkişaf
səviyyəsi əsas yer tutur.
Turist sorğusunu formalaşdıran və onun dəyişməsinə təsir göstərən
faktorları qarışdırmaq olmaz. Lakin ola bilsin ki. eyni faktor iki formada özünü
göstərsin; birinci formada məhsulun keyfiyyətinə, ikinci formada isə onun
miqdarına təsir göstərsin.
Turist sorğusuna təsir göstərən faktorlar mənfi və müsbət xarakter daşıya
bilərlər. Başqa sözlə desək, onlar sorğunun inkişafına, ya da ki. tənəzzülünə
səbəb ola bilərlər. Bu keyfiyyətdə bəzi faktorlar turist sorğusunun elastikliyinə
səbəb olurlar. Elastiklik turist bazarına məxsus olan kəmiyyətdir. O, turist
sorğusu ilə hər hansı bir faktorun funksional əlaqəsini göstərir. Bu əlaqənin
səviyyəsi elastiklik əmsalı ilə ölçülür. Elastiklik əmsalı turist sorğusunun hər
hansı bir faktorun dəyişməsindən asılı olaraq dəyişməsini göstərir. Elastiklik
əmsalı rəqəmlərlə və qrafıklə göstərilir.
Ədəbiyyatda ən çox turist sorğusunun turist məhsulunun qiymətindən
asılılığı tədqiq olunur. Lakin iqtisadiyyatçılar göstərirlər ki, turist sorğusu
başqa faktorlardan asılı olaraq da dəyişir. Məsələn, başqa malların (ərzaq və s.)
qiymətlərinin dəyişməsindən, turistlərin gəlirinin miqdarından, boş vaxtının
olmasından asılı dəyişir.
Ümumiləşdirərək belə deyə bilərik ki. turist sorğusunun funksiyası üç
qrup dəyişənlərdən - tələbat və istəkdən, məhsulun münasib qiymətlərindən və
müştərinin ödəniş qabiliyyətindən və azad vaxtın strukturundan asılıdır. Turist
xidmətlərinin qiymətləri isə məhsulun maya dəyərindən və keyfiyyətindən asılı
olaraq dəyişir.
151
YEGANLI S.T.. HACIYEV
E. M.
XVffl
FƏSIL
18.1.
TURİST BAZARI
/.
Turist bazanmn xarakteristikası
Turist bazarı turist mallarının alış-verişini təmin edən, sorğu ilə təklifi
tarazlaşdıran ictimai və iqtisadi bir hadisədir. Turist bazarına hər şeydən əvvəl
müxtəlif turist mallarının və xidmətlərinin satışı çıxarılır. Turist bazarı onun
bütün iştirakçılanni təyin edir: turist məhsulunu satanlan, onların rəqiblərini,
alıcıları, vasitəçiləri, turist məhsullarını, bazarın fəaliyyət şərtlərini və s.
Başqa mal bazarları kimi turist bazarı da çox müxtəlifdir. Onun
strukturunda öz masştabına görə xırda bazarlar da olur. Bununla əlaqədar, turist
bazan öz əlamətlərinə görə marketinq üçün vacib olan müxtəlif qruplara
bölünür:
^ Daxili turizm bazarını qeyd elmək olar. Daxili bazar ölkə daxilində
turistlərin bir rayondan başqa rayona olan səyahətləridir;
^ Beynəlxalq turist bazarı özü də iki cür olur, ölkəyə gəlmə turist bazarı və
ölkədən xaricə gedən turist bazarı;
Səyahət məqsədinə görə turist bazarları:
Rekreasiya, işgüzar, elmi, idman, dərketmə, mədəni, dini, etnik və s.
bazarlar;
Nəqliyyat formasına görə:
^ Piyada, dəmiryolu, aviaturist, dəniz və çay turisti, avtoturist, veloturist
vəs.
Marketinq fəaliyyətinə görə:
Məqsədyönlü, məsələn, reklam məqsədi ilə yeni turist marşrutu ilə
tanışlıq və s.
^ Gələcəyi olmayan və ya perspektivli turist bazarı;
Əsas və ya köməkçi istiqamətli turist bazarı.
Turist bazarları keyfiyyət əlamətlərinə görə də bir-birindən fərqlənirlər.
Ümumiyyətlə, turist bazarı böyük və sonsuzdur. Əhalinin 10 %-dən bir az çoxu
bu nəhəng bazardan istifadə edir və turist səfərlərində iştirak edirlər. Ola bilsin
ki, daha çox əhali bu bazardan istifadə etmək istəyir. Lakin tək istəməklə
arzuya çatmaq mümkün olmür. İstəyi olanlann 40%-i səyahət etməyə real
imkana malikdir və onların səfərin qiymətini ödəməyə imkanı var. Ona görə də,
həiTiin 40 % əhali turist bazarının iştirakçısıdır. Mənimsənilmiş turist bazarı o
bazardır ki, müştərilər artıq orada turist xidmətlərindən istifadə edirlər. Onlar
potensial bazarın 5 %-ni təşkil edirlər.
Ümumi bazarın bu cür qruplara bölünməsi turizm marketinqinin
planlaşdırılması üçün çox vacibdir. Satışın miqdarından narazı qalan fır-
152
T U R İ Z M
malar gələcəyi təhlil edir və xidmət göstərdiyi bazann seqmentində öz
fəaliyyətini genişləndirirlər.
Beləliklə, müxtəlif əlamətlərinə görə qruplara bölünməsi, bazann
öyrənilməsini asanlaşdırır və onun iş xüsusiyyətlərini təyin edir.
2.
Bazav konyunkturasının qiymətləndirilməsi
Konyunktura - müxtəlif faktorlann və şəraitin təsiri nəticəsində turist
sorğusu ilə turist təklifi arasında mütənasibliyi və qiymətlərin səviyyəsini və
dəyişmə dinamikasını araşdıran, konkret zamanda iqtisadi vəziyyətdir. Turist
bazarını öyrənəndə, birinci olaraq konyukturanı təyin edirlər. Madam ki,
konyunktura bazarın müəyyən zamandakı vəziyyətini təyin edir, deməli o,
kommersiya məsələlərinin, həlli üçün lazımdır. Lakin belə qərar çıxaran zaman
ümumi iqtisadi əlaqələri nəzərə almaq lazımdır.
Turist bazannın konyunkturası müxtəlif faktorların təsiri nəticəsində
formalaşır və inkişaf edir. Onlardan ən əsası - iqtisadi, siyasi, sosial, elmi-
texniki və sairədir. Konyunkturanı öyrənəndə, onun əsas dəyişmə səbəblərini
təhlil etmək kafi deyil. Hansı faktorun nə dərəcədə təsir göstərməyini və
proqnozlaşdırmasını bacarmaq lazımdır. Hər zamanın öz hökmü var. Ona görə
də, faktorlar müxtəlif zamanlarda necə dəyişə bilər? Bunları təyin etmək
lazımdır. Bu məsələni o zaman düzgün həll etmək olar ki. bazarda baş verən
son hadisələr və proseslər tədqiqat zamam nəzərə alınsın.
Turist bazarımn konyunkturası sorğu ilə təklifin mütənasibliyini,
qiymətlərin səviyyəsini, bazara çıxmaq üçün törənən maneçilikləri, rəqabətin
vəziyyətini, bazarda dövlət tərəfindən gedən tənzimləmə proseslərini, məhsulu
satmaq üçün kommersiya şəraitini, sorğunun mövsüm dəyişmələrini və başqa
parametrlərin dəyişmələrini xarakterizə edir. Bir bazarda olan konyunkturanın
vəziyyətini mexaniki olaraq başqa bazara, onlar nə qədər yaxın olsalar da.
tətbiq etmək olmaz. Əgər turist bazarı qeyri-sabit olarsa, o zaman ardı
kəsilmədən bazarda müşahidələr aparmağa ehtiyac yaranır.
Turist bazannın konyunkturasının öyrənilməsi müəyyən ardıcıllıqla
aparılır; hazırlıq mərhələsi, konyunkturanın inkişafı prosesində müşahidələrin
aparılması, konyunktura haqqında cəmlənən məlumatlann təhlili və nəhayət,
proqnozların verilməsi.
Hazırlıq mərhələsində tədqiqat apanlan obyekt təyin olunur, informasiya
mənbələri dəqiqləşdirilir və konyunkturanın əsas parametrləri öyrənilir.
İkinci mərhələdə konyunkturanın inkişafı istiqamətində müşahidələr
aparılır, məlumatlar toplanır, yoxlanılır, məlumatlarda düzəlişlər aparılır və
obyektin vəziyyəti öyrənilir. Konyunktura haqqında toplanan məlu
1 5 3
Dostları ilə paylaş: |