T U R İ Z M
İqtisadi və inzibati tədbirlərə isə aşağıdakılar aiddir:
*
vergi güzəştləri, kreditlər,
subsidiyalar və dotasiyalar;
*
alıcılann hüquqlarını müdafiə
edən normativ aktlar;
*
pasport və viza məhdudiyyətlərinin gəlmə və ölkədən çıxan
turistlər üçün azalması;
*
sosial turizmin himayə olunması və inkişafı;
*
ətraf mühitin qorunması üçün dövlətin qəbul etdiyi tədbirlər.
Ölkələrin çoxu, o cümlədən, Yunanıstan və İspaniya sərmayəçilərə
güzəştli şərait yaratmış və gəlir vergisinin azalmasını qəbul etmişlər. Bəzi
ölkələrdə bir neçə il turist firmaları gəlir vergisindən azad olur və əlavə dəyər
vergisi aşağı salınır. Məsələn. Fransada başqa sahələrdə ƏDV 20-22 %-dirsə.
turizmdə 10 %-dir. Avropa ölkələrində ƏDV 6 %-dən 25 %-ə qədər dəyişir.
Lüksemburqda - 15 %, Daniya və İsveçdə 25 %-ə qədərdir.
İspaniyada əlavə dəyər vergisi mehmanxanalarda 7 % və mehmanxananın
kateqoriyasından asılıdır. Qidalanma və avtomobilin icarəsi - 16 faizə çatır.
Avstriyada - 10 %-dir.
Bu rəqəmlərdən aydın görünür ki. turizm sahəsində vergi siyasəti olduqca
çevikdir, vergilərin dinamik olaraq dəyişməsi turizmin inkişafına
yönəldilmişdir. Yeni turist mərkəzlərinin tikilməsinə maraq oyatmaqdan ötrü
Avropanın bəzi dövlətləri torpaq sahəsini ucuz qiymətə satır və ya uzun
müddətə icarəyə verir (Kiprdə 99 ilə, Türkiyədə 49 ilə qədər). Avropanın bəzi
ölkələrində turist firmaları kommunal xidmətlərdən güzəştli qiymətlərlə
istifadə edirlər. Əksər hallarda, firmalann qazandığı valyutanın 20 %-i
vergilərdən azad olur. Beləliklə, firmalar müəyyən miqdarda kapital toplayır,
genişlənir və imkanları çoxalır. Bu da turizmin ümumi inkişafına zəmin
yaradır.
Turizmin inkişafının ən mühüm problemlərindən biri ətraf mühitin
çirklənməsi və son zamanlar planetimizdə baş verən qlobal hadisələrdir.
Bununla əlaqədar, dövlətlərin turizm sahəsində siyasəti ətraf mühitin
qorunmasına istiqamətlənmişdir. Dövlət orqanları bu sahədə uzun müddətli
proqramlar tərtib edir və həyata tətbiq edirlər. Artıq belə proqramlar Rusiyada.
Finlandiyada. Avstriyada tərtib olunmuşdular. Bu sahədə Azərbaycanda da çox
işlər görülür. Azərbaycan hökuməti ətraf mühiti qorumaq məqsədi ilə ölkədə
əlavə dörd milli parkların yaranması haqqında qərar qəbul etmişdir. Onlar
«Şahdağ». «Qobustan». «Murovdağ» və «Bu- rovdağ» proqramlarıdır.
Onlardan birinə -- «Şahdağ» proqramının gerçəkləşməsi üçün sərmayə
ayrılmağına Dünya Bankından razılıq alınmışdır. Bəzi ekoloqlar bu
proqramları narahatçılıqla qarşılayırlar, onlar
1 2 . ^