Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
rində  yaşayan  qəbilələr  qayıqlarla  dənizdə  başdan-başa  səyahət  edir,  balıq 
tuturlar, ov ovlayır və əkinçiliklə məşğul olurdular». 
Əcdadları  normanlar  olan  müasir  norveçlər  əvvəlki  kimi  cəsarətli  və 
qəhrəman  xalqdır.  Onlar  dənizin  dibindən  ildə  100  mln  ton  neft  çıxarır  və 
Avropa ölkələrinin çoxunu yanacaqla təmin edirlər. Bütün dünya ölkələri ilə 
beynəlxalq əlaqələr yaradan Norveç xalqı yüksək iqtisadi dirçəlişə malikdir. 
Ölkədə neftlə yanaşı iqtisadiyyatın başqa sahələri də inkişaf etmişdir. Əhalisi 
3,5  mln  olan  Norveç  ildə 5  mln-a  yaxın  xarici turist  qəbul  edir.  İl  ərzində 
Norveç əhalisinin təxminən yansı səyahətdə olur. Norveçin beynəlxalq turist 
əlaqələri  fəal  inkişaf  edir.  1999-cu  ildə  1  mln-dan  artıq  Norveç  vətəndaşı 
xarici  səfərlərdə  olmuşlar.  Onlar  səfər  etdikləri  ölkələrdə  4,7  mlrd  dollar 
həcmində  pul  xərcləmişlər.  Dövlət  büdcəsinin  çox  hissəsi  beynəlxalq 
turizmin  hesabına  formalaşır.  Norveçdə  turizmin  infrastrukturu  artıq 
dərəcədə inkişaf etmişdir. Gələn turistləri ən çox maraqlandıran norveç qədim 
səyahətlərinin tarixi ilə sıx əlaqədar olan Vikinq gəmiləri muzeyidir. 
40 


T U R İ Z
M  

FƏStL 
5.1.
 
ORTA ƏSRLƏRDƏ RUSLARIN SƏYAHƏTLƏRİ, AFANASİY 
NİKİTİNİN HİNDİSTANA VƏ AZƏRBAYCANA İLK SƏFƏRİ 
Kiyev  Rusiyasının  salnaməsi  olan  «İqor  polku  haqqında  dastan»dan 
görünür  ki.  ruslar  artıq  XII  əsrdə  geniş  coğrafi  anlayışlara  malik  idilər. 
Salnamədə  Baltik  dənizindən  Karpata,  Qafqaza,  Qara  və  Xəzər  dənizlərinə 
ruslar səyahətlər edərdilər. Bu əsərdə «Varyaqlardan yunanlara» və Volqadan 
Xəzərə gedən qədim Rusiya ticarət yollan haqqında ətraflı danışılırdı. Hələ o 
zamanlardan Volqa və Orta Asiya, Hindistan və Ərəbistan, Atlantika və Aralıq 
dənizi sahilləri. Böyük Britaniya və Skandinaviyanın cənubu, Afrika və Kiçik 
Asiyanın dəniz sahilləri ruslara artıq məlum idi. 
Tver taciri Afanasiy Nikitin (1466-1472-ci illər) Hindistanda olmuş ilk rus 
səyyahıdır. Bu səfərə o, Azərbaycandan keçib getmiş və o vaxtkı Azərbaycan 
haqqında çox vacib tarixi məlumatlar vermişdir. Ona görə də bu səfəri bütün 
təfərrüratı  ilə  göstərmək  çox  vacib  olardı  (Afanasiy  Nikitinin  Azərbaycana 
səfəri  Yaqub  Məmmədovun  «Səyyahlar  Azərbaycana  gəlir»  əsəri  əsasında 
təsvir olunur). 
XV əsrin əvvəllərində Rusiyanın Qafqaza və xüsusi ilə odlar ölkəsi olan 
Azərbaycana marağı həddən artıq artmışdır. Böyük İpək yolunda yerləşən və 
Qərblə Şərqi birləşdirən Azərbaycan rus tacirləri üçün böjnik maraq oyadırdı. 
Belə tacirlərdən biri də Afanasiy Nikitin olmuşdur. Səfərdən qabaq Afanasiy 
öz  gündəliyində  Hindistana  yox,  Şirvana  gəlməyi  öz  qarşısına  qoyduğunu 
qeyd etmişdir. Bundan ötrü o. fürsət axtanrdı. Belə bir fürsət Şirvanşah Yaşar 
Fərruxun (1462-1500) səfiri Həsən bəyin Moskvaya, Böyük knyaz III İvanın 
yanına danışıqlara gəldiyi vaxtda düşür. Bu danışıqlar 2 həftə uzandı. Afanasiy 
gündəliyində yazırdı: «... mən Həsən bəyi 2 həftə gözlədim. O, Böyük knyazın 
yanında danışıqlar aparırdı»*. Afanasiy istəyirdi ki. Həsən bəy. III İvanın səfiri 
Raminlə Azərbaycana bir vaxtda səfərə çıxsınlar. Afanasiy yazırdı: «... Vasiliy 
Ramin artıq Azərbaycana yola düşmüşdür. Mən isə Həsən bəyi gözləyirdim. 
Nəhayət, mən onunla birlikdə Volqa ilə aşağı endim». Afanasiy lək deyildi. 
Onunla  başqa  rus  tacirləri  də  səfərə  çıxmışdılar.  Volqa  çayı  ilə  aşağı  enən 
Afanasiy  və  başqa  rus  tacirləri  yolda  tatarlar  tərəfindən  qarət  olundular. 
Tacirlərin  bir  qismi  Qaytaq  hakimi  tərəfindən  əsir  alındı.  Lakin  Şirvanşah 
Yaşar  Fərrux  işə  qarışandan  sonra  azad  olundular  və  Şirvana  qayıtdılar. 
Malları 
Y. M;ıhımıdov. S.M \aIılat A/.ıtbavcatuı c.ılir. Bakı. 19X6. 


41
 


YEGANLI S.T.. HACIYEV E. M. 
əlindən  alınan  rus  tacirləri  Rusiyaya  qayıtmaq  istəyirdilər.  Bundan  ötrü 
onların əlində heç nə yox idi. Ona görə də Afanasinin yazdığı kimi hərə bir 
tərəfə dağıldı. «Mən isə Dərbəndə, sonra da alov yanan Bakıya getdim». 
Bakıdan  Mazandarana  Afanasiy  dəniz  yolu  ilə  getmiş,  oradan  qarlı 
dağlan  aşaraq  Hörmüzə  çatmış  və  oradan  da  Hindistana  yola  düşmüşdür. 
Beləliklə,  Afanasiy  Nikitin  portuqaliyalı  Vasko  da  Qamadan  30  il  əvvəl 
Hindistanın  qərb  sahillərini  başdan-başa  gəzmiş.  Dekan  yaylasının  lap 
içərilərinə doğru girmiş və bu ölkə haqqında doğru, dürüst məlumat verən ilk 
avropalı olmuşdur. Afanasiy Hindistanda 3 ilə yaxın yaşamışdır. Hindistanda 
yaşadığı  dövrdə  öz  gündəliyində  o  yazırdı:  «...  əvvəllər  mənim  Hindistana 
gəlmək  fikrim  olmamışdır.  Məni  Azərbaycanda  müsəlmanlar  aldatdılar. 
Onlar  deyirdilər  ki,  burada  çoxlu  mal  var.  Ancaq  məlum  oldu  ki,  bizim 
ölkəmiz  üçün  burada  heç  nə  yoxdur».  Afanasiy  3  ilə  yaxın  Azərbaycanda 
yaşamış  və  Azərbaycan  dilini  öyrənmişdir.  Hindistandan  Azərbaycana 
qayıdan zaman, o Azərbaycanda çox dəyişikliklər olduğunu öz gündəliyində 
qeyd  edir.  Ona  görə  də  bu  dəfə  Şirvanşahlar  dövlətinə  deyil,  Ağqoyunlu 
dövləti ərazisinə daxil olur. Sultaniyyə və Təbriz şəhərləri ilə tanış olur. Onlar 
haqqında  çox  maraqlı  məlumatlar  verir.  Afanasiy  Ağqoyunlu  dövləti 
haqqında və xüsusi ilə Uzun Həsənin apardığı müharibələrdən ətraflı yazır. O, 
hələ  Hindistandan  evə  qayıtmaq  istədiyi  zaman  yazırdı:  «...  mən 
Hindistandan hansı tərəfə gedim?! Hər yerdə qiyamdır. Knyazları hər yerdə 
təqib edirlər. Mirzə Cahan şahı Uzun Həsən bəy öldürüb, Soltan Əbu Səidi 
zəhərləmişlər.  Yadigar  Məhəmməd  bəy  isə  Uzun  Həsənin  yanma  getmir, 
qorxur.  Başqa  yol  isə  yoxdun>.  Bu  qısa  sətirlərdə  Azərbaycanda  1467-ci 
illərdə  olan  tarixi  hadisələrdən  söhbət  gedir.  Ağ-  qoyunluların  sərkərdəsi 
Uzun Həsən 1467-ci ildə müharibədə qaraqoyunluların hökmdarı Cahan şahı 
məğlub edir. Təbrizi ələ keçirdir. Bununla da. Kürdən aşağı olan torpaqlar 
Uzun Həsən sülaləsinin əlinə keçir. Uzun Həsənin bu qələbəsindən narahat 
olan Abu-Seid 1468-ci ildə Azərbaycana hücum etmişdir. Lakin Uzun Həsən 
Abu-Seidi  də  məğlub  etmiş,  onu  əsir  alıb  taxtı  tac  rəqibi  olan  Yadigar 
Məhəmmədə «hədiyyə» göndərmişdir. 
«Səyyahın  hələ  Hindistanda  olarkən  bu  hadisələr  haqqında  dəqiq 
məlumatlar alması çox maraqlıdır. O. Təbrizə çatanda Uzun Həsən paytaxtda 
deyildi. Bu vaxtı Uzun Həsən Türkiyə ilə müharibəyə başlamışdır. O, özü isə 
Ərzincan  yaxınlığında  hərbi  düşərgədə  idi.  Osmanlı  Sultanı  II  Mehmerlə 
hərbi  toqquşmaya  hazırlaşırdı.  Afanasiy  Təbrizdən  həmin  düşərgəyə  gəlir. 
Uzun  Həsənlə  görüşür  və  10  gün  burada  qalır.  Azərbaycan  dilini  bilən 
Afanasiy bu müharibənin gedişini gündəliyində əks etdirir. 
42 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə