Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

MJGANLI S. 1.. HACIYB E. M. 
Ellinizm  dövrü  qədim  dövrün  səyahətlərinin  inkişafında  mühüm  rol 
oynadı.  Hərbi  və  elmi  ekspedisiyalar  davam  edirdi,  yeni  ticarət  marşrutları 
yaranırdı, insanların təsəvvürləri dəyişir, yeni səyahət növləri meydana gəlirdi. 
3.2.
 
ROMA İMPERİYASININ TURİZM İNKİŞAFINDA ƏVƏZSİZ ROLU 
Roma  imperiyasının  səyahət  və  turizmin  yaranmasında  və  inkişafında 
əvəzedilməz rolu olmuşdur. Başqa ölkə və şəhərləri işğal edərək o imperiyanın 
ərazisini  ucsuz  bucaqsız  genişləndirmişdir.  Bununla  əlaqədar,  imperiya 
həddindən  artıq  varlanmışdır.  Dəbdəbəli  saraylar,  binalar,  hamamlar  tikilir, 
bağlar salınırdı. İşğal olunan ölkələri əldə saxlamaq üçün hər tərəfə hərbçilər, 
əyanlar,  səfirlər,  məmurlar  və  onların  arxasın-ca  tacirlər,  zəvvarlar.  başqa 
ölkələrdə  təhsil  almaq  istəyənlər  səfərə  çıxırdılar.  Səyahətə  çıxanların  sayı 
gündən-günə çoxalırdı. Bununla əlaqədar, yollar salınırdı. Yollarda tavernalar, 
hər  25  km-dən  bir  qonaq  evləri  tikilirdi.  Bu  taverna  və  qonaq  evlərində 
səyahətçilər dincəlir, yeyib içirdilər, atlarını dəyişir və sonra öz uzun yollarını 
davam  edirdilər. Tavernalar  aşağı  təbəqəyə  xidmət  edirdilər.  Burada  yemək 
içməkdən başqa əyləncə də təşkil olunurdu, hətta yüngül qadınlar da iştirak 
edirdilər.  Bu  yol  tavernalarını  hərbidən  istefaya  çıxmış  legionerlər 
saxlayırdılar. 
Yuxarı təbəqədən olan məmurlar və hərbçilər bu tavernalarda yox. qonaq 
evlərində  istirahət  edirdilər.  Burada  istirahət  daha  komfortlu  olurdu.  Lakin 
bura hər adamı yox. xüsusi vəsiqə ilə buraxırdılar. Çox vaxt belə vəsiqələri 
oğurlayırdılar  və  ya  saxtalaşdırırdılar.  Belə  vəsiqə  ancaq  yüksək  vəzifəli 
məmurlara verilirdi. Yüksək vəzifəli şəxs səfərə çıxan zaman, aşağı təbəqədən 
olan  məmur,  qabaqcadan  yola  düşüb  ona  qalmağa  və  istirahət  etməyə  yer 
hazırlayırdı. Qonaq evlərində yemək-içmək və içki daha bol olardı. 
Səyyahların  yolları  legionerlər  tərəfindən  qorunardı.  Onlar  quldurları 
tutub. yoldakı dar ağacından asırdılar. 
Varlı  romalılar  imperatorun  icazəsi  ilə  başqa  ölkələrə  -  Yunanıstana. 
Misirə. Yaxın Şərq və Aralıq dənizi ölkələrinə səyahət edərdilər. Gənclər isə 
təhsil  almağa  gedərdilər.  Onlar  bu  ölkələrə  dünya  möcüzələri  ilə,  tarixi  və 
memarlıq  abidələri  ilə  tanış  olmağa,  olimpiya  idman  oyunlarında  və 
bayramlarda iştirak etmək üçün gedərdilər. 
Aleksandr Makedonski dövründə (e.ə. 334 ildə) Türkiyənin Efes şəhəri 
antik  dövrün  .səyahətçilərini  özünə  cəlb  edən  ən  məşhur  şəhərlərdən  biri 
olmuşdur. Dünyanın hər tərəfindən bu şəhərə çoxlu səyyahlar gələrdi. Onların 
istirahətini təşkil etmək üçün bağ-bağçadan, isti bulaqlardan, dəbdə- 
.^0 


T U R İ Z M  
bəli saraylardan istifadə olunardı. Eyni zamanda, qədim Efes şəhəri dünyanın 
ən böyük ticarət mərkəzlərindən biri idi. Dünyanın müxtəlif tərəflərindən bu 
şəhərə  səyyahlar,  akrobatlar,  münəccimlər,  sehrbazlar,  kəndirbazlar,  ilan 
oynadanlar,  fala  baxanlar,  tacirlər,  iş  adamları,  zəvvarlar  və  s.  müxtəlif 
məqsədlə gələrdilər. 
Bir-birindən  bir  günlük  məsafədə  olan  tavernaların  adı  o  vaxtlar  pis 
çıxmışdı. Ona görə ki, bu cür bizneslə məşğul olan adamların nüfuzu şübhə 
doğururdu. Lakin orada işləyən aşbazların adı elitaya aid idi. Onları çağıranda 
ad-sanla  çağırırdılar.  Ona  görə  ki,  bu  aşbazlar  imperator  Adri-  anın 
dövründən  (e.ə.  138-117  illər)  Romada  Palatinsk  yüksəkliyində  yerləşən 
Kulinariya Akademiyasını oxuyub bitirmiş, zəmanənin savadlı adamlarından 
hesab olunurdular. 
Qədim  Romada  təbəqələşmə  hökm  sürürdü.  Adi  tavernalarda 
(karvansara  deməkdir)  aristokratlar  nadir  hallarda  yemək  yeyərdilər.  Roma 
şəhərində istirahət və kef çəkmək üçün aristokratlar (varlı, adlı-sanlı adamlar) 
hamamlara gedərdilər. Bu cür hamamlar mərmərdən tikilmiş gözəl sarayları 
xatırladırdılar. Onların daxilində mərmər döşəmələr, çarhovuzlar. mətbəxlər 
və s. var idi. Bu hamamlar gecə-gündüz işləyirdilər. Hamamlarda qadınlarla 
kişilər  birgə  istirahət  edirdilər.  Belə  hamamlarda  zəngin  yemək  içmək  və 
çoxlu  ziyafətlər  təşkil  olunurdu.  Çaxır  su  yerinə  axardı.  Şübhəsiz,  bu 
hamamlara  varlı  adamlar  gələrdilər,  var-dövlət  də  ziyafətlərlə,  bayram  və 
keflə bağlıdır. Hamamlarda ayrıca intim otaqlar da var idi. 
Axırda  imperator  məcbur  olur  qərar  çıxartsın  ki,  varlı  məmurlar  və 
aristokratlar yemək-içmək və əyləncə xərclərini bir az azaltsınlar. 
Roma imperiyasının çiçəklənən bir dövründə varlılarla kasıblar arasında 
böyük uçurum var idi. Bir tərəfdən varlı təbəqənin nümayəndələri dəbdəbəli 
və zəngin saraylarda kef çəkir, digər tərəfdən kasıb səyahətçilər tavernalarda 
soyuq olmasın deyə öz atına arxasını çevirib yatırdı. Başqa ölkələrdə təhsil 
almaq istəyənlər, artistlər, zəvvarlar və s. aşağı təbəqəyə mənsub olanlar çox 
vaxtı öz yeməklərini səfərə çıxanda özləri ilə aparardılar. 
Eramızdan  əvvəl  I  əsrdə  bütün  imperiyalar  kimi  Roma  imperiyası  da 
süquta  uğradı,  bu  da  böyük  bir  ərazidə  beynəlxalq  turizmin  zəifləməsinə 
səbəb oldu. Varlı səyyahların sayı azaldı. Yollar tədricən dağıldı. Quldurların 
sayı  yollarda  çoxaldı.  İmperiya  ayrı-ayrı  ölkələrə  parçalandı,  onun 
iqtisadiyyatı  da  süquta  uğradı.  Əvvəlki  var-dövlətdən  əsər-əlamət  qalmadı. 
Səyahəlçilərin  yollarda  təhlükəsi  artdı.  Artıq  antik  dövrlərdəki  kimi  varlı 
romalılar səyahətə çıxmırdılar. E.ə. axırıncı minillik sona çatırdı. Av 
31 


YEGANLI S.T.. HAC1YE\^ E. M. 
ropanın  tarixində  yeni  era  başlayırdı.  Bu  dövr  xristianlığın  yayılması  və 
xaçpərəstlərin yürüşü dövrü idi. Həmçinin dövr insanların yer dəyişmələri və 
qanlı  mübarizələrlə  bağlı  idi.  Lakin  bu  cür  yaşayış  yerlərinin  dəyişilməsi 
məcburi  xüsusiyyət  daşıyırdı  və  onu  heç  cür  turizm  səfərləri  ilə  müqayisə 
etmək olmazdı. 
XV  əsrə  qədər  Avropada  səyahətlərin  əsas  məqsədi  dini  xarakter 
daşıyırdı. Səyyahlar əsas dini mərkəzlərə üz tutur, dini təbliğ edir və allah 
evləri hesab olunan məbədlərdə, monastırlarda, kilsə və məscidlərdə rahatlıq 
tapır və özlərini təhlükədən qoruyurdular. 
Bəzən  zəvvarların  arasında  səfirlər  və  tacirlər  də  olurdu.  O  vaxtlar 
səyahətə çıxanlara dini məbədlərdə bir qarın yemək  verib, gecələməyə  yer 
verərdilər. 
Roma  imperiyası  süquta  uğrasa  da,  göstərdi  ki,  beynəlxalq  turist 
səfərlərinin  təşkili  çoxlu  sərmayə,  əmin  amanlıq  və  iqtisadi  yüksəliş  tələb 
edir.  O  dövrün  turizmin  inkişafı  təcrübəsi  sonrakı  dövrlərdə  istifadə 
olunmuşdur. Roma imperiyası həqiqətən də turizmin inkişafında əvəzsiz rol 
oynamışdır. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə