Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

VEGANLI S. T.. MAaVE\ E. M. 
məşhur natiq Demosfen, Qorqiy, Lisiy burada çıxış edərdilər. Rəssamlar açıq 
havada sərgi düzəldərdilər. 
Bütün  gələn  qonaqlar  dövlət  xəzinəsinə  xüsusi  vergi  verməli  və  dini 
turistlər isə əlavə qurban kəsməli idilər. 
Səyahətlərin  inkişafı  coğrafi  xəritələrin  də  yaranmasına  səbəb  olurdu. 
Avropada  belə  xəritələrin  tərtib  olunmasında  birincilik  qədim  yunan 
alimlərinə məxsusdur. Qədim Milet alimləri öz xəritələrini Yerin qütblərinə 
(Şimal-Cənub-Şərq-Qərb)  uyğun  tərtib  edirdilər.  Məsələn,  Avropa  ilə 
Asiyanın  sərhədini  Don  çayı  boyunca  götürürdülər.  Yunan  alimlərinin  ən 
böyük  qələbəsi  Yerin şar  şəklində  qəbul edilməsi (Parmenid,  Evdoks  Kni- 
dskiy) və Dünya okeanının vahid və bölünməzliyinin təsdiqi (Aristotel) oldu. 
Yunanların səyahətləri və coğrafi ixtiraları çox olmuşdur. Bu səyahətlər 
və ixtiralar yunan alimlərinin əsərlərində öz əksini tapmışlar. Ümumiyyətlə, 
Ellinizm sivilizasiyası dünya mədəniyyətinə, o cümlədən turizm tarixinə çox 
yeniliklər  gətirmişdir.  Qısa  proqram  çərçivəsində  onların  hamısını 
açıqlamağa  imkan  yoxdur.  Lakin  yunanların  iki  vacib  səyahətini  burada 
göstərmək  yerinə  düşərdi.  Onlardan  biri  Makedoniyalı  İsgəndərin  10  illik 
Şərqə yürüşü, ikincisi isə Pifeyin şimal ölkələrinə tarbci səyahətidir. Atası II 
Filipp  öldürüldükdən  sonra  20  yaşlı  İsgəndər  hökmdar  elan  olunur  (e.  ə. 
336-323).  İsgəndərin  Şərq  ölkələrinə  yürüşü  Plutarx.  Appion,  Strabon  və 
başqaları  tərəfindən  ətraflı  işıqlandırılmışdır.  Şəxsən  İsgəndər  Asiya  ilə 
çoxdan  maraqlanırdı  və  onunla  yaxından  tanış  olmaq  istəyirdi.  Bu  səfərdə 
İsgəndəri  məşhur  alimlər  və  mədəniyyət  xadimləri  müşaiyət  edirdilər.  O 
dövrün məşhur alimi Aristotel İsgəndərin müəllimi olmuşdur. Bu 10 il sürən 
səfərdən yunanlar və makedoniyalılar çox şey öyrəndilər. 
İ.sgəndər 80 minlik qoşunu ilə İran ordusunu (e.ə. 334-cü ildə) məğlub 
edərək  Aralıq  dənizi  sahilləri  ilə  Misirə  doğru  hərəkət  etdi.  Ona  ancaq 
Finikiyanın Tir şəhəri ciddi müqavimət göstərdi. Uzun müddətli mühasirədən 
sonra  İsgəndər  şəhəri  ələ  keçirib  dağıtdı.  Digər  Misir  şəhərləri  və  Misir 
İsgəndərə  döyüşsüz  tabe  oldu.  Misir  kahinləri  İsgəndəri  firon  və  allah 
adlandırdılar.  İsgəndər  Misirdən  qayıdıb  Mesopotamiyaya  doğru  hərəkət 
etdi. 
İran padşahı III Dara İsgəndərə qarşı böyük ordu toplamışdı. E.ə. 334-cü 
ildə İss, 333-cü ildə isə Qranik döyüşlərində III Daranın muzdlu döyüşçüləri 
məğlub oldu. Həlledici döyüş e.ə. 331-ci ildə Qavqamela şəhərində oldu. Bu 
döyüşdə İran ordusu tərəfində Şimali Azərbaycandan olan alban hərbi dəstəsi 
vuruşurdu. Həmin dəstədə vuruşan adamların adları artıq tarixə məlumdur. 
Bu tarixdə albanlar haqqında verilən ilk dəqiq məlumatdır. 
28 


T U R İ Z M  
Qavqamela  döyüşündə də İsgəndər qalib gəldi. İran şahı III Dara qaçdı. 
Yunanlar  Daram  təqib  edərək  iranlıların  əsas  şəhərlərini  tutdular.  İran 
xəzinələrindəki qızıl, gümüş və başqa var-dövləti daşımaq üçün İsgəndər bir 
neçə  min  dəvədən  istifadə  etdi.  İran  şahı  III  Dara  qaçarkən,  330-cu  ildə  öz 
satrapı Bess tərəfindən öldürüldü. Beləliklə, o dövrün ən böyük dövləti olan 
Əhəmənilər imperiyası 220 ildən sonra süquta uğradı. 
İsgəndər  Mərkəzi  Asiyanı  keçərək  Hindistana  getdi.  Orada  böyük 
müqavimətə  rast  gəldi  və  qayıtmağa  məcbur  oldu.  İsgəndərin  bu  səfəri 
yunanların bu ölkə haqqında olan təsəvvürlərini dəyişdi, elmin və müharibə 
texnologiyasının inkişafına səbəb oldu. Səyahətlər üçün yeni gəmilər tikilirdi. 
Bütün işğal olunan ölkələrdə İsgəndər qoşun hissələri saxlayır və yeni tikintilər 
aparırdı. 
Eramızdan əvvəl Şimal qütbünə dənizlə yol tapmaq istəyən çox olmuşdur. 
Lakin ilk dəfə bu cür təşəbbüsü irəli sürən, bizə məlum olduğuna görə, yunan 
taciri Pifey olmuşdur. Pifey eyni zamanda yaxşı astronom olmuşdur. O, dəniz 
qabarmalarına Ayın təsirini öyrənmiş, Massiliyanın dəqiq koordinatlarını təyin 
etmişdir. Pifey yunan koloniyası olan Massiliya (Marsel) şəhərinin sakini idi. 
E.ə. 320-ci ildə o ilk dəfə uzaq şimala, Britan adalarına səyahət etmişdir. Bu 
Ellinizm dövrünün Şimala, «ağ gecələr» ölkələrinə ilk səyahəti idi. 
Finikiyalılar  başqa  ölkələrin  tacirlərini  Qibraltar  boğazından 
buraxmırdılar.  Kadisdə  onların  xüsusi  hərbi  düşərgəsi  var  idi.  Onlar  şimal 
ölkələrindəki  mallar  (qalay,  xəz  dəri,  yantar  və  b.)  üzərində  öz 
monopoliyalarını saxlayırdılar. 
Pifeyin məqsədi şimal ölkələri ilə tanışlıq və ticarət əlaqələrini yaratmaq 
idi. Yunanlarla finikiyalılar arasında ticarət sahəsində rəqabətin kəskinləşməsi 
müharibələrə  səbəb  olurdu.  Pifey  səyahətə  Massiliya  şəhərindən  başladı. 
Qibraltar  boğazından  sonra  Piriney  yanmadasından  şimali  şərqə  istiqamət 
götürdü.  Sonra  o,  Lamanşı  keçərək  Britaniya  adalarına  çatdı.  Bundan  sonra 
Şotlandiya adalarına gəldi və burada onun polyar səyahəti sona yetdi. O dövrdə 
Britaniyanı «Qalay ölkəsi» adlandırırdılar. Ona görə ki, orada qalay istehsal 
olunurdu. Britan adalarının şimalında yerli sakinlər danışırdılar ki, onlardan 6 
günlük  yol  uzaqlığında  Tile  adası  var.  Onlar  bu  ada  ilə  ticarət  əlaqələri 
saxlayırlar.  Görünür  bu  ada  İslandiya  adası  və  ya  Skandinaviya  yarımadası 
olmuşdur.  Pifey  bu  sehrli  adaya  getmək  üçün  imkan  tapmadı.  Pifey  şimala 
doğru  səyahəti  davam  edərək  Farer  adalarına  çatmışdır.  Bu  enlikdə  gecə  2 
saatdan çox olmur. Pifey birinci adam idi ki. qədim zamanlarda ən uzaq şimala 
gəlib çalmışdır. Bu səyahəti 1 il davam etmiş və ona artıq məlum olan yolla 
geri qayıtmışdır. 
2 9  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə