Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə13/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
mişdir, olduğu şəhərlərin təsvirini vermişdir. Eyni zamanda, «İbn Bətutə- nin 
səyahətləri» adlı ən qiymətli kitabını yazmışdır. 
Beləliklə, o zamanlar ərəb dünyasında çox maraqlı səyahətlər olmuş və 
zəngin biliklər toplanmışdır. Bu biliklər səyahətlərin və beynəlxalq turizmin 
inkişafına  təkan  vermişdir.  Ərəblərin  səyahət  və  turizm  təcrübəsi  Qərbi 
Avropa  elminə  və  mədəniyyətinə  təsir  göstərmiş  və  bu  ölkələr  tərəfindən 
mənimsənilmişdir. Səyahətlər və ərəblərin coğrafi kəşflərinin məzmunu bir 
çox Avropa dillərinə tərcümə edilmiş və öyrənilmişdir. 
4.2.
 
TÜRK XALQLARININ SƏYAHƏTLƏRİ VƏ COĞRAFİ KƏŞFLƏRİ 
«Qədim  zamanlardan  başlayaraq  dünyanın  ən  böyük  materiki  olan 
Avrasiya məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə 
uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə 
coğrafi  adlar  verən  türk  xalqları  olmuşdur.  Onların  formalaşdığı  ərazilər 
qərbdə  Aralıq  dənizindən  başlayaraq  şərqdə  Sakit  Okeana,  şimalda  Buzlu 
Okeandan  cənubda  Kərkük-Həmədan  istiqamətinə  kimi  uzanırdı»*.  Türk 
xalqlarının  səyahətlərinə  və  kəşflərinə  aid  Tapdıq  Həsənov  və  Ə.Hacızadə 
«Coğrafiyanın  tarixi»  kitabında  maraqlı  tədqiqatlar  aparmışlar.  Bu 
tədqiqatların nəticələri oxuculara da çox maraqlı olardı. 
Akademik  B.Ə.  Budaqov  yazır:  «Türkdilli  xalqlann  yayıldığı  10  mln 
km--lərlə  ərazilərdə  yaşayan  xalqlar  arasında  baş  vermiş  miqrasiya  zamanı 
onlar ilk növbədə coğrııfi və eləcə də, şəxsi adlarını özləri ilə apararaq to- 
ponomik  estafeti  nəsildən-nəsilə,  ərazidən  əraziyə  köçürmüş  və  beləliklə, 
yaşatmışlar». 
«Mərkəzi  Asiyanın  tarixinə  dərin  təsir  göstərmiş  qüdrətli  köçəri  türk 
xalqlarından  biri  də  türk  mənşəli  hunlar  olmuşlar»  (B.  Budaqov,  Türk 
uluslarının yer yaddaşı. Bakı. 1994, səh. 87.). 
«Hunlann əsas yaşayış yerləri Mərkəzi Monqolustan və Zabaykal- yedə 
olan hündür  düzənliklərdir.  Onların başçısı Mete  xan hələ  e.ə.  209-cu  ildə 
şərqə  doğru  hərəkət  edərək  Mancuriyanı.  Baykalın  cənubu-nu.  Yenisey 
çayının yuxarı axınlarında yerləşən Tuva çökəkliyini, qərbdə Altay dağlarını. 
İrtış  vadisini,  cənubi  Ural  göllərini  tutmuşdular.  Sonrakı  illərdə  hunlar 
Avropanın  içərilərinə  qədər  gedib  çıxmışlar.  Qərbi  hunlar  Qara  və  Azov 
dənizləri  sahillərində  məskan  salmış  və  Dunay  çayı  boyu  əraziləri 
mənimsəmişlər.  V  əsrin  əvvəllərində  hunlar  Dunay  sahillərində  qüdrətli 
dö\iət yaratmışlar və Alillanm başçıları ilə 452-ci ildə hətta İtaliyaya gəlib 
çıxmışlar. VI əsrin ortalarından başlajaraq A.si> anm siyasi səhnəsində, ye- 
.ı6 


T U R İ Z M  
ni fəal qüvvə kimi Türk xaqanlığı daxil olur. Bu dövrdə türklər xüsusi Or- xon 
yazısı  icad  edirlər.  Daş  üzərində  həkk  olunmuş  belə  yazılardan  görünür  ki, 
türklər  Şimali  Monqolustan,  Yenisey  vadisi,  Baykalətrafı,  Şərqi  Türküstan, 
Orta  Asiya  və  hətta  Dunaya  qədər  olan  ərazilərdə  yaşamışlar.  Şərqdə  Çin 
ərazilərinə  söykənən  Türk  xaqanlığı  qərbə  doğru  gedən  ticarət  yollarını  öz 
nəzarəti altında saxlayırdı. Həmin yollarda türk, ərəb, iran və s. tacirləri sərbəst 
hərəkət edirdilər»*. 
Şərqdə isə Çin hunlarla iqtisadi əlaqələri yaratmaq üçün e.ə. 159-cu ildə 
ticarət  bazarları  açırdı.  Beləliklə,  hunlar  e.ə.  II-I  əsrlərdə  böyük  ərazidə  bir 
imperiya yaratmışdılar. 
VI  əsrin  II  yansında  böyük  məsafəni  fəth  edərək  türklər  Anqara  çayı 
sahillərində  məskunlaşmış  və  özləri  ilə  yüksək  əkinçilik  mədəniyyətini  bu 
yerlərə  yaymışlar.  Onlar  Anqara  və  Yenisey  çayları  vasitəsi  ilə  şimalda 
yerləşən  İqarka  şəhərinə  kimi  gəlib  çıxmışlar.  Mərkəzi  Asiyanın  müxtəlif 
cənub  malları  bu  yolla  şimala  kimi  aparılırdı.  Beləliklə,  «Mərkəzi  Asiyanın 
türk  tacirləri  belə  böyük  əraziləri  əhatə  edən  şimal-cənub  ticarətinin  ilkin 
əsasını qoyanlardan olmuşlar»*. 
«Artıq  XIII  əsrin  I  yarısında  monqol  -  tatar  feodal  imperiyası  geniş 
əraziləri:  Monqolustanı,  Şimali  Çini,  Koreyanı,  Tanqutu,  Mərkəzi  və  Orta 
Asiyanı,  Zaqafqaziyanı,  İranı,  Əfqanıstanı  əhatə  edirdi»*.  Bu  imperiyanın 
paytaxtı  Səmərqənddə  yerləşirdi.  Bu  böyük  imperiyanı  yaradan  Çingiz  xan 
olmuşdur. O, məşhur alimləri və səyyahları öz iqamətgahına dəvət edərdi. O 
cümlədən  iqamətgaha  Çin  səyyahı  Can  Cunva  da  dəvət  olunmuş  və  o  turk 
xalqlarının həyatından zəngin materiallar toplamışdır. 
«Pekindən  səyahətə  başlayan  Çan  Çunya  Xalxin  Qol  çayını.  Şimali 
Monqolustanı, Altay dağlarını. Şərqi Tyan-Şanı seyr edir. O, Tyan-Şan dağlan 
haqqında  yazırdı:  «buludlar  qədər  hündür,  qum  dənələri  qədər  ağdır». 
Tyan-Şanm  Cunqariya  düzənliyinə  baxan  şimal  yamacından  keçərək  qərb 
istiqamətində hərəkət edən Çan Sayram-Nur duzlu gölün ətrafına fırlanaraq İli. 
Talas çaylarının vadisinə enir və 1221-ci ildə gəlib Səmərqənd şəhərinə çatır. 
Çan  Çunya  keçdiyi  ərazilərdəki  yayla  və  dağlar,  çaylar.  göllər,  səhralar 
haqqında  qiymətli  məlumatlar  verir.  Onun  sadaladığı  adların  çoxu  türk 
mənşəlidir.  Bu  da  Mərkəzi  Asiyanın  məskunlaşmasında  türk  .xalqlarının 
böyük rolu olmasını göstərir. Mərkəzi Asiyanın ticarətinin inkişafında, onun 
yollarının  salınması  və  qorunmasında,  əsrlər  boyu  bu  yerlərin  hökmranlan 
olmuş türk xalqlarının rolu danılmazdır»*. O za 
* Tapdıq ll.''s.'>no\. »)bdülr.''lıim Hacızad.*». Coğrafiya tarixi, 
(.aşıoğlıı. Bakı. 2001. ‘ 'Tapdıq 1 l.xs.'nox . Obdıilr.^hım I 
laaxado. Coğrafiya tarixi. (.'.ışıoğlu. Bakı. 2001. 
'37
 '
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə