Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
əsərində  nəinki  ölkələrin  tarixi  haqqında,  hətta  etnoqrafiyası  sahəsində 
qiymətli  məlumatlar  vermişdir.  Herodot  e.  ə.  V  əsrə  qədər  olan  coğrafi 
bilikləri haqqında məlumatları özündən sonrakı nəsillərə çatdırmışdır. 
O  dövrün  məşhur  səyyahlarından  biri  də  alim  Strabon  (e.  ə.  64-23) 
olmuşdur.  O,.kiçik  Asiyanın  Amasiya  şəhərində  anadan  olmuşdur.  İlk 
səyahətini  20  yaşında  Romaya  getmiş  və  sonralar  bütün  həyatı  boyu 
səfərlərdə olmuşdur. 
Yunanıstanda  səyahətlər  əsas  dənizlə  həyata  keçirdi.  Ölkə  daxilində 
yaxşı yollar yox idi. Körpülər də çox az idi. Yayda çaylar quruyardı. Quruda 
atla, araba və ya ayaqla səyahət edərdilər. Mehmanxanalar var idi, lakin çox 
vaxt  orada  yemək  vermirdilər.  Ona  görə  də,  səyahətçilər  özləri  ilə  yemək 
gətirirdilər.  Çox  vaxt  onlar  mehmanxanada  yox,  öz  dostları  və  tanışlarının 
yanında  qalırdılar.  Yunanlar  qonaqpərvərlikləri  ilə  fərqlənirdilər.  Bu 
cəhətdən  onlar  azərbaycanlıları  xatırladırlar.  Hər  evdə  xüsusi  qonaq  otağı 
olurdu. Qonağa çox hörmət və ehtiram göstərirdilər. Onların qonaqpərvərliyi 
Zevsin himayəsi altında idi. Məsələn, Homer onu, «Zevs, qonaq qəbul edən» 
adlandırırdı.  Yunanların  bu  qonaqpərvərliyi  indiyə  kimi  qorunub 
saxlanılmışdır.  Şəhərlər  arası  kommunikasiya  zəif  inkişaf  etdiyinə  görə, 
burada  mehmanxanalar  və  qonaq  evləri  çox  az  olmuşdur.  Varlı  evlərdə 
qonaqları pulsuz qəbul edərdilər. Çox vaxtı bu qonaqlar heç də tanış və ya 
qohum olmurdu. Şəhərlərdə «qonaqpərvərlik ittifaqları» yaradardılar. Dövlət 
bu ittifaqların üzvlərinə kömək edərdi, torpaq ayırardı və müəyyən güzəştlər 
verərdi. 
Mehmanxana sənayesi uzun müddət Yunanıstanda inkişaf etməmişdir. 
Ona  görə  ki.  yunanlar  pulla  qonaqlara  sığınacaq  və  yemək  təşkil  etməyi 
ləyaqətsiz iş kimi qəbul edirdilər. Az miqdarda olan mehmanxana və qonaq 
evləri adamların çox olduğu yerlərdə dövlətin hesabına saxlanardı. Məsələn, 
idman  yarışları  olan  yerdə,  kurortlarda,  dini  mərkəzlərdə,  bir  sözlə  ancaq 
xaricilər olan yerlərdə mehmanxanalara rast gəlmək olardı. 
Yunanıstanda səyahətin xüsusi bir növü də öz sakinlərini koloniyalara. 
onları  mənimsəmək  məqsədi  ilə  köçürtmək  idi.  Bunun  səbəbləri  müxtəlif 
olurdu.  Məsələn,  metropoliyada  torpaqların  az  olması,  yeni  sərgüzəştlərlə 
qarşılaşmaq  arzusu,  əhalinin  sıxlığı,  kasıbçılığı  və  s.  Yeni  koloniyalara 
köçürülmə  dövlət  tərəfindən  yaxşı  təşkil  olunurdu,  əvvəlcədən  siyahılar 
tutulurdu.  Yeni  koloniyaların  yeri  əvvəlcədən  təyin  olunurdu.  Dövlət 
xəzinəsindən  bu  tədbirlərə  vəsait  ayrılırdı.  Bəzən  bu siyahılara  siyasi  emi- 
qrantlar məcburi olaraq əla\’ə olunurdu. 
26 


T u R1 Z M 
Səyahətlərin nəqliyyat qiyməti çox ucuz olurdu, xüsusilə də dəniz yolu 
ilə.  Məsələn,  e.  ə.  IV  əsrdə  Eqinodan  Pireyə  (30  km)  2  obola,  Misirdən 
Yunanıstana ailə ilə birlikdə (1000 km) 2 dirhəmə gəlmək olurdu. 
Qədim Yunanıstanda kurortlar yaranır və müalicə turizmi inkişaf edir. 
Məbədlərin divarlarına bu kurortlarda xəstəliklərdən sağalan adamların adlan 
və  bəzən  də  müalicənin  bütün  təsnifatı  yazılırdı.  Yunanlar  müalicə 
əhəmiyyəti  olan  sulara  yüksək  qiymət  verirdilər.  Fermopild  və  Elid 
kurortlarında olan avadanlıq və şərait, xüsusilə dağ kurortu İonni haqqında 
Strabon  və  Pavsaniy  məlumat  vermişdilər.  Burada  dini  turizm  də  geniş 
yayılmışdır.  Dindarlar  ən  çox  Apollon  məbədinə  gələrdilər.  Buradakı 
kahinlər adamların gələcək talelərini əvvəlcədən söyləyirdilər. 
Ticarətlə əlaqədar işgüzar  turizm  e.ə.  VIII  əsrdə  aktivləşməyə  başladı. 
Aralıq  dənizinin  Şərqində  yunanların  ticarət  gəmiləri  üstünlük  təşkil 
edirdilər.  Bu  gəmilər  tez-tez  Azov  dənizində,  Apennin  yarımadasının 
sahillərində görünərdi. Tacirlər ərzaq məhsulları, faydalı qazıntılar alardılar. 
Satdıqları  mallar  isə  hazır  sənətkarlıq  malları  idi.  E.ə.  V  əsrdə  Afina 
Yunanıstanın  böyük  ticarət  mərkəzinə  çevrilmişdir.  Burada  tacirlərə  və 
xaricdən  gələn  vətəndaşlara  hamı  hörmət  edirdi  və  onların  təhlükəsizliyini 
qoruyan qanunlar var idi. 
İdman  turizmi,  demək  olar  ki,  ilk  dəfə  Yunanıstanda  yaranmışdır. 
Olimpiya oyunları hər 4 ildən bir olurdu. Bu oyunların başlanmasını yunanlar 
feorlar vasitəsilə başqa ölkələrə çatdınrdılar. Feorlar Olimpiya oyunları vaxtı 
Müqəddəs Sülh elan edirdilər və bütün müharibələr dayandırıldı. 
Olimpiya  -  oyunlarının  təşkil  olunduğu  yer  -  bütün  iştirakçıların 
müqəddəs yeri hesab olunurdu. Olimpiyaya səyahət edənlər Zevsin qonaqları 
hesab  olunurdu.  Onların  içərisində  çox  hörmətli  qonaqlar  da  olurdu: 
qonaqların arasında dövlət başçıları, səfirlər, məşhur alimlərə də rast gəlmək 
olurdu.  Onları  Elladanın  (qəbul  edən  ölkənin)  hesabına  yaxşı  yerlərdə 
yerləşdirir və yedizdirirdilər. 
Oyunlar zamanı turistlərin sayı olduqca çox olurdu. Stadion 40 min yer 
tuturdu.  Gələnlərin  hamısı  kişilər  olardı.  Ərli  qadınlar  stadiona 
buraxılmırdılar. Oyunlar beş gün davam edirdi. Əyləncə biznesinə çoxlu yer 
verilirdi.  Olimpiya  oyunları  ilə  əlaqədar  yarmarkalar  təşkil  olunurdu. 
Turistlər  məbədlərlə  tanış  olurdular.  Pulu  olanlar  özlərinə  bələdçi 
götürərdilər. Xüsusilə turistləri Əks-səda zalı maraqlandırardı. Orada səs 7 
dəfə  təkrar  olunardı.  Məşhur  fılosofiar.  senatorlar  burada  çıxış  edərdilər. 
Anaksaqor.  Sokrat.  Diaqon  -  çıxışları  zamanı  öz  ətrafiarına  çoxlu  adam 
toplayardılar. Şairlərdən Pindara. Simonidə qulaq asmaq olardı, eləcə də 
27 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə