Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

T U R İ Z M  
Tarixi  abidələrin  bərpasına  Misir  hökuməti  külli  miqdarda  sərmayə 
qoyur.  Nəticədə  xarici  turistlərin  sayı  ildən-ilə  artır.  Gələn  turistləri  əsas 
qədim  insan  sivilizasiyasının  tarixi  maraqlandırır.  Eyni  zamanda,  turistlərə 
yüksək səviyyədə xidmət göstərilir. 
Misirin qədim tarixi, orada olan muzeylər haqqında məlumatla tanışlıq, 
onun  turizm  potensialı  2  min  səhifəsi  olan  «İnternet»  jurnalında 
yerləşdirilmiş  və  bütün  dünyaya  yayılmışdır.  Jurnalın  kodu:  http:  interoz. 
com/eqipt. 
Misir muzeyi Qahirənin 4 min illik tarixini əks etdirir. Lakin misirlilər 
Qiza piramidalarının yanında elə bir nəhəng tarixi muzey yaratmaq qərarına 
gəlmişlər ki, orada fironlardan prezidentlərə qədər Misir sivilizasiyasının 5 
min illik tarixi əks olunsun. 
2.3.
 
ŞUMER SİVİLİZASİYASININ YARANMASI VƏ QƏDİM SƏYAHƏTLƏR 
Türk dilli xalqlar olan şumerlər e.ə. VII-VI minilliklərdə Mərkəzi Asiya 
və  Altay  dağlannın  ətəklərindən  Mesopotamiyaya  gələrək  ilk  insan 
sivilizasiyalanndan  ən  maraqlısını  və  təkrarolunmazını  yaratmışlar.  Qədim 
Şumer dövləti Dəclə və Fərat çaylarının arasında meydana gəlmişdir. Qədim 
yunanlar bu çaylar arasındakı düzənliyi Mesopotamiya - yəni «iki çay arası» 
adlandırmışdılar. Buradakı Dəclə və Fərat çayları cənubda biri-birinə qovuşur 
və İran körfəzinə tökülür. 
Şumer dövlətinin ən böyük şəhəri Fərat çayının üstündə yerləşən Babil 
şəhəridir.  Bu  şəhəri  sonralar  yunanlar  Vavilion,  yəni  allahın  qapısı 
adlandırmışlar.  Onun  müasir  adı  isə  Baqdaddır.  Şəhərdə  hələ  qədim 
zamanlardan  tikilən  dəbdəbəli  saraylar  əsrlərdən  bəri  turistləri  özünə  çəİb' 
idthiiş-  dir.  Bu  saraylardan  biri  e.ə.  VIII-VII  illərdə  II  Kral  Novuxodonsor 
tərəfindən  tikilmiş  və  Kraliça  Sammi-Ramata  həsr  edilmişdir.  «Asılan 
bağlan>  sarayı  olduqca  gözəl  memarlıq  abidəsinin  sarayın  tavanlarından 
sallanan bağlarla birgə vəhdətini təşkil edirdi. 
«Asılan  bağlar»  klassiklər  tərəfindən  ətraflı  yazılmışdır,  hətta  onu 
cənnətə  bənzətmişlər,  şəkilləri  və  sxemləri  də  izah  olunmuşdur.  Lakin  bu 
sənədlərin heç biri bizə gəlib çatmamışdır. 
Mesopotamiya  dövləti  bütün  qonşuları  ilə  ticarət  əlaqələri  saxlayırdı. 
Şumerlərə nəinki İranın yarım səhraları, hətta Hindistanın zəngin təbiəti də 
yaxşı  məlum  idi.  E.ə.  III  minillikdə  Mesopotamiya  memarlığına  xas  olan 
çoxmərtəbəli  məbədlər  tikilməyə  başlandı.  Eyni  memarlıq  abidələri 
bişməmiş çiy kərpicdən Orta Asiyada n’i^rkmənlsıanda). Ərəbisian yafım- 
1 7  


VEGANLI S.T.. HACIYEV E. M. 
adasında  və  hətta  Hind  okeanının  Sokotra  adasında  da  tikilmişdir.  Tarixi 
məlumatlara  görə,  şumerlərin  Hindistanla  əlaqələri  var  idi.  Oradan  şumer 
şəhərlərinə  düyü,  pambıq,  meşə  ləvazimatı,  zinyət  əşyaları  daxil  olurdu. 
Şumerlərin  silindrə  bənzər  möhürləri  Hindistanda  tapılmışdır  (M.B.  So- 
kolova.  Turizmin  tarixi,  M.  2002).  Şumerlərin  möhürlərində  Hindistanda 
yaşayan  heyvanların  şəkillərinə  rast  gəlmək  olurdu.  Hind  alimi  Ş.R.  Rao 
təsdiq edir ki, bu vaxta kimi Hindistanın Xal gölündə şumerlərə məxsus olan 
qayıqlar üzməkdə davam edir. 
Ərəbistan  yarımadasından  (Omandan)  Mesopotamiyaya  mis  və  inşaat 
materialları daxil olurdu. Şumerlərin gəmiləri Omana yaxınlaşırdı. Omanda 
mis yataqları olan hündür və uzaqdan görünən bir dağ vardı. Şumer gəmiləri 
Omana yaxınlaşanda bu dağdan orientir kimi istifadə edirdilər. 
Mesopotamiyada  ilk  vahid  dövlət  e.ə.  XXIV  əsrdə  «Dahi»  Saraqon 
tərəfindən yaranmışdır. O, qədim dövrün ən məşhur işğalçılarından biri idi. 
O, şəxsən 34 müharibədə iştirak etmişdir. Onu tarixdə «döyüşlər padşahı» 
adlandırırdılar.  Saraqon  Aralıq  dənizindən  Kaspiy  dənizinə  qədər  uzanan 
yollara  nəzarət  edən  Şumer  dövləti  yaratmışdır.  Onun  böyük  məkanda 
yaratdığı  qüdrətli  dövlət  ticarət  'yollarına  nəzarət  edirdi  və  bu  yolların 
təhlükəsizliyinin zəmanətçisi idi. Saraqon dövründə tərtib olunmuş xəritələr 
və  planlar  Yaxın  Şərqin  coğrafiyasını  öyrənən ilk  materiallar  idi.  Saraqon 
özü daim hərbi səfərlətdə iştirak edərdi. Sonralar şumerlərin yaratdığı dövlət 
farslara qarşı müharibədə məğlub oldu. 
Qədim Mesopotamiyanın tarixi ilk insan sivilizasiyasının başlanması ilə 
bağlıdır. İlk yazılı sənədlər şumerlərə məxsusdur. Bu yazılar 6 min il bundan 
əvvəl yaranmışdır. 
Qədim Mesopotamiya - çox gözəl və unikal bir ölkə olmuşdur. İlk insan 
sivilizasiyası  Yaxın  Şərqdə,  məhz  burada  yaranmışdır.  100  illər  sonra 
yaranan  Misir  sivilizasiyası  çox  şeyi  -  mədəniy>'əti,  arxitekturanı, 
texnologiyanı. yazmağı, hətta allaha itaəti də şumerlərdən öyrənmişdilər. 
Mesopotamiyada metalqayırma geniş inkişaf etmişdir. Burada ilk dəfə 
şəhər salma mədəniyyəti əmələ gəlmiş və monumental memarlıq abidələri 
tikilmişdir. Bu ölkədə ilk dəfə olaraq sənətkarlıq meydana gəlmiş və təqvim 
tərtib olunmuşdur. İlk dəfə bitkiçilik və çöl heyvanlarının əhliləşdirilməsi və 
onlardan istifadə olunması yaranmışdır. Şumer dövlətinin strukturu yaranmış 
və ilk səyahətlərin təməl daşı qoyulmuşdur. İlk əlifba 6 min il bundan əvvəl 
yaranmış və tarixi əsər - «Qilgames» əfsanəsi yazılmışdır. Burada >azılan ilk 
əsərlərin nümunələri Yunanıstana və Misirə gəlib çalmışdır. 
18 


T U R İ Z M  
Sivilizasiyaların  yaranması  ilə  əlaqədar  Karvansaralar  tikilirdi,  yollar 
salınırdı. Yollarda tacirlərin təhlükəsizliyi qorunurdu. Diplomatiya və səfirlik 
məktəbi  yaranırdı.  İmperatorların  və  padşahların  səfirləri  müxtəlif  ölkələrə 
göndərilirdi.  Misirin.  Çinin  və  Şumer-Akkad  dövlətinin  qədim 
kitabxanalarında bu haqda çoxlu qeydlər var. 
İlk  səyahətçilərin  səfərləri  qədim  eposlarda  qəhrəmanlıq  kimi 
qiymətləndirilərdi.  Bu  «qəhrəmanlardan»  biri  şumerlərin  «Qilgames» 
eposunda  təsvir  olunan  Qilqamesdir.  «Qilqames  eşitmişdi  ki.  uzaq  okean 
sahillərində yaşayan Utnapiştimə nə vaxtsa allahlar əbədi həyat bəxş etmişlər. 
O istəyir ki. Utnapiştimi tapsın və həyatın əbədiliyinin sirrini öyrənsin. Çox 
gedir,  dağı-daşı  aşır,  okeanı  keçir,  Utnapiştimi  tapır.  Utnapiştim  arvadının 
təkidi ilə sirri açmalı olur. Qilqames onun məsləhəti ilə okeanın dibinə enir, 
orada cavanlıq otunu üzür. Bu otu qaynadıb suyunu içmək lazımmış. Yolda 
Qilqames  soyunub  göldə  çimir  ki,  bir  az  sərinləşin.  Bu  anda  ilan  cavanlıq 
otunu aparır. Qilqames pərişan halda Uruka qayıdır. O, insanların ölümə qarşı 
aciz olduqlarını dərk edİD> (V.H. Əliyev və başqaları. Qədim dünya tarixi. 
Maarif. Bakı, 2001). Qalqamesin səyahəti 2 həftə davam edir. 
Qədim  əfsanələrdə  səyahət  edənlər  müqəddəs  allahlara  bənzədilir  və 
onlar daim allahın himayəsi altında olurlar. Belə adamların bütün günahlarını 
allah  bağışlayır.  Ona  görə ki.  səyahət  zamanı  onların  topladığı  məlumatlar 
insanlar  üçün  son  dərəcə  vacib  idi.  Səyahət  dövründə  onlar  öz  həyatlarını 
təhlükə qarşısında qoyaraq min bir çətinliyə dözürdü ki. insanlara lazım olan 
məlumatları toplasınlar. 
İlk ədəb qaydaları da məhz burada. Mesopotamiyada yaranmış və sonra 
başqa  ölkələrə  yayılmışdır.  Allaha  inam  ideyası,  kitabların  yazılması 
Vavilionda  yaranmış  və  sonra  Şərqə  və  Qərbə  yayılmışdır.  Bu  qədim  və 
müqəddəs torpaq nəinki Şərq, eyni zamanda. Qərb sivilizasiyasının əsasını 
qoymuşdur.  Bibliya  rəvayətlərinə  görə  cənnət  bağı  -  Edem  (Adəmlə 
Həvvanın ilk dəfə görüşdüyü yer) burada olmuşdur. 
Mesopotamiya  25  əsrlik,  yəni  yaranandan  farslar  tərəfindən  işğal 
olunana  qədər  parlaq  ömür  sürmüşdür.  Onun  çiçəklənən  dövrü  e.ə.  1792- 
1750-ci  illərdə  qəhraman  Xammurapi  padşahının  vaxtına  düşmüşdür.  O. 
bacarıqlı  və  çox  ağıllı  padşah  kimi  torpaqları  birləşdirib  qüdrətli  bir  uzun 
ömür sürən dövlət yaratmışdır. O. ailə, şəxsi mülkiyyət, boşanmaq haqqında 
qanunlar  yaratmışdır.  Məharətli  siyasətçi  olmuş  və  başqa  şəhərlərlə  sıx 
əlaqələr yaratmışdır. Qanunlar qayaların və şalbanların üstündə yazılardı ki. 
bütün əhali onlarla tanış olsun və riayət elsin. Eyni zamanda, padşahların da 
üstündə allahın qanunlan çox ciddi və ədalətli idi. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə