Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   114

T U R İ Z M  
VIFƏStL 
6.1.
 
XRtSTOFOR KOLUMBUN AMERİKANI KƏŞF ETMƏSİ 
Ərəbistanı və Yaxın Şərq ölkələrini öz təsiri altına aldıqdan sonra Türk 
imperiyası  qüvvətləndi,  Şərqi  Asiya  ilə  Qərbi  Avropa  arasında  olan  bütün 
ticarət  yollarını  öz  nəzarəti  altına  aldı.  Qərbi  Avropa  Hindistan  və  Şərqi 
Asiya ölkələri ilə əlaqə yaratmaq üçün başqa imkanlar axtarırdı. 1469-cu ildə 
Kastiliyanın  kraliçası  İzabella  Araqon  kralının  oğlu  və  krallığın  varisi 
Ferdinanta ərə getdi. 10 ildən sonra Ferdinant Araqonun kralı oldu. Beləliklə, 
Piriney  yarımadasının  iki  böyük  dövlətinin  birləşməsindən  İspaniya 
monarxiyası yarandı. 
1492-ci ilin əvvəlində İspaniya 771-ci ildən ərəblərin başladıqları işğalçı 
siyasətinin  təsirindən  tam  azad  oldu.  Monarxiya  inkişaf  edirdi  və 
genişlənirdi.  Ona  çoxlu  qızıl,  var-dövlət  və  yeni  torpaqlar  lazım  idi.  Yeni 
torpaqları  səyahətlər  və  müharibələr  yolu  ilə  əldə  etmək  olardı.  Bu  cür 
imkanı İspaniyanın kralına Xristofor Kolumb təklif etdi. 
X. Kolumb 1451-ci ildə toxucu ailəsində anadan olmuşdur. Onun xüsusi 
təhsil alması və ya universitet bitirməsi haqqında heç bir məlumat yoxdur. 
Lakin  məlumdur  ki,  o  dörd  xarici  dil  bilirdi  və  çox  diqqətlə  bu  dillərdə 
mütaliə edirdi. 19 yaşından Kolumb Genuya tacirləri ilə dəniz səyahətlərində 
iştirak  edirdi.  O.  Egey  dənizində  üzmüş,  Portuqaliyada,  İngiltərədə, 
İrlandiyada,  İslandiyada,  Qvineyada  olmuş  və  dəniz  səfərlərində  iştirak 
etmişdir.  Kolumb  o  vaxtlar  geniş  yayılmış  kosmoqrafiyaya  həsr  olunmuş 
əsərlərlə  tanış idi.  O,  Rodjer  Bekonun  Yerin  şar  şəklində  olması ideyasını 
bilirdi. Okeanın əks istiqamətinə üzmək ideyasının Kolumbun ağlına haradan 
gəlməsi bizə məlum deyil. Belə bir versiya var ki, guya Flo- rensiya alimi 
Toskonelli  öz  məktubunda  ona  yazmışdır  ki,  Portuqaliyanın  Çinlə  arası 
okeanla 5000 mildir. 
Kolumb qərb istiqamətində üzərək Hindistana yol tapmağı kral sarayına 
təklif  edir.  Kraliça  İzabella,  daha  doğrusu,  onun  təşkil  etdiyi  komissiya 
1490-cı  ildə  Kolumbun  bu  təklifini  rədd  etdi.  Komissiyamn  arqumentləri 
belə idi: 
-
 
Asiyaya səyahət 3 il vaxt aparır; 
-
 
Kraliça belə hesab edir ki. Avropadan qərbə torpaq yoxdur
-
 
Qərb okeanı ucsuz-bucaqsızdır və yəqin ki, orada axıradək üzmək 
qeyri-mümkündür; 
-
 
İnsanlar yaranandan xeyli vaxt keçmişdir, haradasa hələ tapılmamış 
torpaqların olması ağla sığmazdır; 
-
 
Yer kürəsinin beş zonasından ancaq üçündə insanlar yaşayırlar. 
4 9  


YEGANLI S.T.. HACn'EV E. M. 
Nəhayət,  uzun  sürən  süründürmələrdən  sonra,  Kolumba  bu  səyahətə 
çıxmaq  üçün  icazə  verildi.  Kolumbun  sərəncamına  iki  gəmi  -  «Pinta»  və 
«Ninya»  («balaca»  deməkdir)  verildi.  Kolumb  sponsor  tapdı  və  üçüncü 
«Santa-Mariya»  gəmisini  səfərə  hazırladı.  Kolumbun  fikrinə  görə,  «Santa- 
Mariya» yaxşı gəmi deyildi, onunla səyahət edib yeni torpaqlar kəşf etmək 
qeyri-mümkün idi. 
Beləliklə,  İspaniya  krallığı  çalışırdı  ki,  bu  səyahətə  minimal  pul  sərf 
etsin. Səyahət üçün Kolumba verilən icazədə də səfərin məqsədi qeyrimüəy- 
yən  idi.  Bu  sənəddə  deyilirdi:  «Siz  Xristofor  Kolumb,  bizim  əmrimizlə 
okean-dənizdə olan bəzi adalan kəşf edib mənimsəmək üçün göndərilirsiniz». 
Məsələ  burasındadır  ki,  dövlət  sənədlərində  Hindistanın  adını  çəkmək 
olmazdı.  Ona  görə  ki,  orta  əsrlərdə  Cənubi  və  Şərqi  Asiya  torpaqlarının 
birləşməsi Hindistan anlayışını daşıyırdı. Papanın İspaniya tərəfindən 1479- 
cu  ildə  qəbul  olunmuş  sərəncamına  əsasən  Kanar  adalanndan  aşağı  bütün 
torpaqlar Portuqaliyaya məxsus olmalı idi. 
Kolumbun səyahəti 1492-ci il avqustun 3-də başladı. Gəmilərin ekipajı 
dənizçilərdən  başqa,  həm  də  cinayət  törətmiş  məhbuslardan  təşkil 
olunmuşdur.  Kanar  adalarına  kimi  səyahət  sakit  keçdi.  Kanar  adalarından 
gəmilər Qərbə döndü. Üç həftə idi ki, səyahət davam edirdi, ancaq heç bir 
quru  torpaqdan  əsər-əlamət  yox  idi.  Gəmidə  həyəcan  və  iğtişaşlar  artırdı. 
Ekipaj  hesab  edirdi  ki.  onlar  aclığa  və  ölümə  məhkum  olmuşlar  və 
Kolumbdan  tələb  edirdilər  ki,  geri  qayıtsın.  Kolumb  isə  qorxurdu  ki, 
gəmilərdə  üsyan  baş  verə  bilər.  O,  qət  olunacaq  məsafəni  ekipajdan 
gizlədirdi. Axırda o razı oldu ki, əgər üç cündən sonra quruya rast gəlməsələr, 
onda geri qayıdacaqlar. 
12
 
oktyabr  1492-ci  ildə  ilk  dəfə  olaraq  Kolumb  quruya  rast  gəldi.  Bu 
quru Karib dənizində olan Baqam adalarından biri olan San—Salvador adası 
idi.  Sonra  Kuba,  Qaiti  kimi  böyük  adalar  göründü.  Kolumb  Kubam  Çinə 
oxşatdı.  Adalarda  Avropalılar  qeyri-adi  heyvanlara,  bitkiləlrə  və  yaşayış 
tərzinə  rast  gəlirdilər.  Bir  az  sonra  Avropalılar  qarğıdalıya,  kartofa, 
pomidora,  tütünə  və  onlara  tanış  olmayan  meyvələrə  rast  gəldilər.  Yeni 
torpaqların kəşf olunması Avropalıları və xüsusilə, Portuqaliyalılan həyəcana 
gətirdi. İki ölkə - İspaniya və Portuqaliya arasında münaqişə yaranırdı. 
X.  Kolumb  «Yeni  Dünyaya»  ilk  səyahətində  özünü  təcrübəli  dənizçi, 
kapitan, bosrrian və astronom kimi göstərdi. O, gəmisürmə texnologiyasını 
yüksək səviyyəyə qaldırdı. Sonralar. o. yeni torpaqları işğal etməkdən ötrü 
dörd  dəfə  «Yeni  Dünyaya»  səfər  etmişdir.  Xristofor  Kolumb  Karib 
dənizindəki böyük adaların hamısını kəşf elmişdir. O. Cənubi Amerikanın 
50 


T U R İ Z M  
da kəşf olunmasında mühüm rol oynamışdır. Lakin kontinental Amerikanın tam 
öyrənilməsi iki əsr vaxt aparmışdır. 
Bu kontinent Amerika adını başqa bir italiyalı, «fitnəkar Florensiya- lı» 
Ameriqo Mateo Vespuççinin adından götürmüşdür. O, Kolumbun dostu idi, 
öz səyahətlərini hələ uşaq yaşlarından başlamışdır. Dediyinə görə, o, «Yeni 
Dünyaya»  3  dəfə  səyahət  etmişdir.  Bu  səyahətlər  Portuqaliya  tərəfindən 
təşkil  olunmuşdur.  Xristofor  Kolumbun  səyahətləri  çap  olunmurdu,  gizlin 
saxlanılırdı.  Lakin  Ameriqonu  bütün  dünyaya  məşhur  edən  onun  1503  və 
1504-cü  illərdə  çap  olunmuş  məktubları  oldu.  Bu  məktublar  bütün  dillərə 
tərcümə  olunurdu.  Ameriqonun  məktubları  canlı  dildə  və  böyük  ustalıqla 
kəşf olunan torpaqlar haqqında, onların bitki və heyvanlar aləmi, xalqları və 
onların adət və ənənələri haqqında maraqlı məlumatlar verirdi. O, 1503-cü il 
məktubunda  yazırdı:  «Bu  ölkələri  «Yeni  Dünya»  adlandırmaq  lazımdır. 
Qədim müəlliflərdən çoxu yazırdı ki, ekvatordan aşağı quru yoxdur, ancaq 
dənizdir, əgər onlardan bəziləri quru torpaq olmasını güman edirdisə də, elə 
hesab edirdilər ki, o torpaqlarda heç kəs yaşamır. Mənim axırıncı səyahətim 
göstərdi ki, belə fikirlər səhvdir, faktların əksinədir. Mən Cənub dairələrdə 
adamlar  və  heyvanların  sıxlığı  Afrika,  Avropa  və  Asiyadan  çox  olan 
torpaqlara  rast  gəldim.  Bundan  başqa,  orada  bizə  məlum  olan  ölkələrin 
iqlimindən daha mülayim və xoşa gələn iqlim vardır». 
Portuqaliya hesab edirdi ki, İspaniya onların hüquqlarını tapdala-mış və 
Hindistana yol tapmaqda onları qabaqlamışdır. Onlar hətta Kolumbun kəşf 
etdiyi torpaqları ələ keçirtməkdən ötrü hərbi ekspedisiya hazırlayırdılar. Bu 
zaman İspaniya Papaya müraciət edir. Papa İspaniyanın kəşf etdiyi torpaqlara 
razılıq verdi. Bununla da, Portuqaliya ilə İspaniya arasında baş verən iğtişaşa 
son qoyuldu. 
6.2.
 
VASKO DA QAMANIN HİNDİSTANA SƏFƏRİ 
Belə bir şəraitdə, Portuqaliya Hindistana dəniz yolu tapmağa tələsirdi. 
1497-ci  ilin  yayında  cavan  saray  əyanı  Vasko  da  Qama  Hindistana  səfərə 
hazırlanmış  ekspedisiyanın  rəhbəri  təyin  olundu.  Həmin  ilin  iyulun  8-  də 
tərkibində  dörd  gəmi  olan  donanma  Lissabondan  uzun  səfərə  yola  düşdü. 
Gəmilərin su tutumu 100-120 ton idi, anbarları isə ərzaq və hərbi ləvazimatla 
dolu idi. Səfər Afrikanın qərb sahilləri ilə davam edirdi. Gəmilər Mozambikə 
çatan  kimi  Afrikanın  Hindistanla  ticarət  yoluna  çıxdılar.  Burada  qəbul 
olunmuş dil ərəb dili idi. Vasko da Qama bir nəfər ərəbi bələdçi kimi tutdu, o 
da gəmiləri Hindistanın sahilinə gətirdi. 1498-ci ilin yayın- 
5 1  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə