T U R İ Z M
Proqnozlar göstərir ki, XXI əsrin 20-ci illərinə beynəlxalq turizm bütün
göstəricilərinə görə I yerə çıxacaq və dünya iqtisadiyyatının aparıcı
qüvvəsinə çevriləcəkdir. Bu prosesi aydın təsəvvür etmək üçün planetin
əhalisinin '/
3
-ni turist kimi görmək kifayətdir. Elə ölkələr var ki, turizm
onların dövlət büdcəsinin 30-40 %-ni təşkil edir. Məsələn,
2000-
ci ildə Fransaya 70 milyon xarici turist gəlmişdir ki, bu da onun öz
əhalisindən çoxdur. 1998-ci ildə Fransa xarici turistlərə göstərdiyi xidmətə
görə 29,7 milyard $ gəlir götürmüşdür. 1995-ci ildə Almaniyanın
vətəndaşlarının 63 milyon nəfəri xaricə getmiş, ABŞ-da bu say 47 milyona
bərabərdir. Yunanıstanda dövlət büdcəsinin '/
2
-i turizmin hesabına
formalaşır. Baqam adaları, Meksika, Sinqapur, Tailand kimi ölkələrin milli
gəlirinin 80 %-i turizmindən gəlir.
2001-ci ildə Türkiyə 13 milyon qonaq qəbul etmişdir. 2000-ci ildə dünya
üzrə beynəlxalq gəlirin miqdarı 476 mlrd olmuşdur. ÜTT-nin verdiyi
proqnozlara görə 2020-ci ildə bu rəqəm 2000 mlrd olacaq. Bu proqnoz onu
göstərir ki. Yer kürəsində adamların aktivliyi 2-3 dəfə artacaq. Bu rəqəmlər
ÜTT-nin hazırladığı rəqəmlərdir. Onların həqiqətə çevrilməsinə heç bir
şübhə yoxdur. Bu rəqəmlər onu göstərir ki, beynəlxalq turizm zəmanəmizin
qlobal bir hadisəsinə çevrilmişdir.
Beynəlxalq turizmin inkişaf təmayüllərinin analizi göstərir ki, turizmin
inkişafı dünya üzrə siyasi və iqtisadi (situasiya) vəziyyətlə sıx bağlıdır. Əgər
2000-ci ildə ümumi xarici turistlərin sayı bir 45 milyon artmış və misli
görünməmiş inkişafa səbəb olmuşsa (700 milyona çatmışdır),
2001-
ci ildə onların sayı bir qədər (0,6%) azalmışdır. 1982-ci ildən 2000- ci
ilə qədər orta hesabla hər il 4.3% artım olmuşdur. 2001-ci il bu 18 ildə birinji
dəfədir ki, gəlmə turistlərin sayı azalmışdır. Bunun səbəbi, ABŞ- da 11
sen-tyabrda baş verən hadisələrdir. Əvvəlcə qeyd etmək lazımdır ki, hələ 11
sentyabr terror hadisəsindən əvvəl ABŞ iqtisadiyyatında artım əvəzinə bir
neçə faiz tənəzzül olmuşdur. 11 sentyabr hadisəsi bu böhranı d .ha da
kəskinləşdirdi. 10 minlərlə əvvəlcədən alınan avia biletlər qaytarıldı. 30 min
işçi aviasiyada öz iş yerini itirdi. ABŞ-da qısa müddətdə turizmin göstəriciləri
20 % aşağı düşdü. Dövlət bu şirkətlərə yardım göstərdi. 11 sentyabr
teraktından sonra əhali avia uçuşlardan istifadə etməyə tərəddüd edirdilər
(qorxurdular). Bir neçə aydan sonra vəziyyət bərpa olmağa başlayırdı ki,
İndoneziyanın Bali şəhərində yeni bir dəhşətli hadisə yüzlərlə turistin
həyatına bais oldu. Bundan bir az sonra İraqda müharibə başlandı.
Müharibə
uzun müddət bu regionda turizmin göstəricilərinə təsir göstərdi. İraqda
müharibə qurtardı, yeni
7 3
YEGANLI S.T.. HACIYFA K.M.
bir, dəhşətli pnevmoniya xəstəliyi Uzaq Şərqdə (Çində) və Okeaniyada yayıldı.
Bu hadisələrin hamısı turizmə mənfi təsir göstərir. Lakin əvvəlki
mühazirələrdə qeyd olunmuşdur ki, turizm artıq insan həyatının ayrılmaz bir
hissəsinə çevrilmişdir.
Ola bilsin ki, başqa bir terror aktı baş versin. Ola bilsin ki, iqtisadiyyat
özünü bir az başqa cür aparsın. Təbiətdə daim gözlənilməyən
hadisələrə rast
gəlmək mümkündür. Beynəlxalq turizmin qanunlarının öyrənilməsi və artıq
dünyada yaranmış sabit turizm sənayesi ümid verir ki, o 2003-cü ildən və
sonrakı illərdə əvvəlki sürətlə inkişaf edəcəkdir.
74