73
malarının dəyişilməsinin ilkin şərtləri formalaşdırılmışdırsa və
hələ ayın axırına çox qalmışdırsa, onda normaların tələbat baş
verdikcə dəyişdirilməsi məqsədəuyğun hesab edilir.
Normaların dəyişdirilməsinin uçotunu sistemləşdirmək
üçün bu dəyişilmələrin səbəbləri haqqında təsnifat klassifikia-
toru tərtib edilir.
Normalarda baş verən dəyişiliklərin səbəblərini aşağıdakı
kimi qruplaşdırmaq olar:
1. mütərəqqi texnologiyanın tətbiqi və istehsalın mexa-
nikləşdirilməsi və avtomatlaşdırılması;
2. məmulatın konstruksiyasının təkmilləşdirilməsi və de-
tal və qovşaqların unifikasiyası;
3. əmək vəsaitlərinin
təkmilləşdirilməsi;
4. əmək əşyalarından istifadənin yaxşılaşdırılması;
5. məhsulun keyfiyyətinin yaxşılaşdırılması;
6. idarəetmə sisteminin, istehsalın və əməyin təşkilinin
təkmilləşdirilməsi.
Yuxarıda sadalanan hər bir qrup, istehsal şəraitindən asılı
olaraq konkret səbələrə ayrılır. Onların hər birinə ayrıca kod
verilir və həmin nömrələr normaların dəyişilməsi haqqındakı
sənədlərdə də əks etdirilir. Normaların dəyişilməsi haqqında
bildiriş bütün əlamətlər üzrə kodlaşdırıldıqdan sonra hesablama
mərkəzinə verilir. Bu məlumatlara əsasən xüsusi proqram üzrə
məlumat bankındakı cari normalarda dəyişiklik aparırlar. Eyni
zamanda hər bir məmulat üzrə detala tətbiq edilməsinə uyğun
olaraq ayın əvvəlindən normalarda olan dəyişikliklər haqqında
məlumat toplayırlar. Ayın sonunda dəyişilmələrin yekun məlu-
matları üzrə normativ kalkulyasiya korrektə (təshih) edilir və
nəzarət üçün dəyişikliklər hesablama mərkəzinə verilir.
Əgər normaların dəyişilməsini normadan kənarlaşmalarla
birləşdirilməsi məqsədəuyğun hesab edilirsə normativ kalkul-
yasiyanı korrektə etmirlər, normativ kalkulyasiyanı nəzərdən
keçirənədək aşkara çıxarılmış dəyişiklikləri normadan kənar-
74
laşmalarla (bunu adətən istehsalın texnologiyasında və təşkilin-
də əhəmiyyətli dərəcədə dəyişikliklər olan vaxt edirlər) birgə
uçota alırlar.
Hesabat dövrü üçün aparılan hesablamalarda hər bir sə-
bəb üzrə tətbiq edilən tədbirlərin faktiki nömrəsi norma dəyişil-
mələrinin məbləğini buraxılan məmulatın həcminə vurmaqla
alınır.
6.4. Normalardan kənarlaşmaların uçotu
Kalkulyasiyanın istənilən maddələri üzrə faktiki məsrəf-
lərin qüvvədə olan normalardan kənarlaşmasına “normadan kə-
narlaşma” kimi baxılır. Bu yanaşma nəinki məsrəflərin uçotu-
nun və məhsulun maya dəyərinin düzgün təşkilinə imkan verir,
eləcə də maya dəyərinin formalaşması prosesinə operativ təsir
etmə üzrə qərar qəbul etmək üçün normalardan kənarlaşmala-
rın mütəmadi olaraq təhlil olunmasına da köməklik göstərir.
Xüsusilə operativ uçotun operativliyini və uçot işçilərinin is-
tehsalın idarə olunmasında iştiraklarını təmin edən bu hal uço-
tun normativ metodunu digər metodlardan əhəmiyyətli dərəcə-
də fərqləndirir və mühaisblərin nüfuz və hörmətlərinin bir daha
artması ilə nəticələnir.
Məzmununa görə normadan kənarlaşmaları üç qrupa böl-
mək olar:
1.
Mənfi kənarlaşmalar;
2.
Müsbət kənarlaşmalar;
3. Şərti kənarlaşmalar.
Mənfi kənarlaşmalar özündə məhsulun maya dəyəri üzrə
artıq xərcə yol verilməsini ehtiva edir və istehsalın texnologi-
yasında, təşkilində və idarəedilməsində müəyyən pozulmalara
yol verildiyini göstərir. Bunlara, xüsusilə avadanlığın xarab ol-
ması nəticəsində materialların, xammalın, yanacağın, yarımfab-
rikatların artıq sərf edilməsini göstərmək olar.