99
Çörəkbişirmə istehsalının ən mühüm xüsusiyyətlərindən
biri də hazır məhsulun çəkisinin ona sərf edilən xammala (una)
nisbətən çox olmasıdır. Soyumuş hazır məhsulun çəkisi ilə
onun istehsalına sərf edilmiş unun çəkisi arasındakı fərqə hazır
məhsul “çıxımı” deyilir.
Çörək, bulka çıxımı norması unun bazis nəmliyinə
(14.5%) əsasən təyin edilir. Hazır məhsul çıxımı aşağıdakı
düsturla təyin edilir:
M
c
- məhsul çıxımı, kq
H
c
- hazır məhsulun çəkisi, kq.
Əgər unun nəmliyi dəyişilirsə, məhsul çıxımı norması da
dəyişilir. Bu halda unun bazis nəmliyinə əsasən təyin edilmiş
un normasını onun faktiki nəmliyinə təshih (korrektə) edirlər.
M
təs
– unun faktiki nəmliyinə təshih edilmiş məhsul
çıxımı.
M
baz
– unun bazis nəmliyində məhsul çıxımı, %.
M – sərf edilmiş unun faktiki nəmliyi %.
Çörəkbişirmə müəssisələrində məhsulun maya dəyəri
aşağıdakı məsrəf maddələrindən əmələ gəlir:
1. Əsas materiallar:
a) un və maya;
b) boyat çörək və çıxdaş edilmiş məmulat;
c) sair əsas material;
ç) əsas materiallar üzrə nəqliyyat xərcləri.
2. Öz istehsalının yarımfabrikatları (xəmir);
3. Qaytarılmış tullantılar (çıxılır);
4. Bükücü materiallar;
M
c
=
;
100
5. Texnoloji məqsəd üçün yanacaq və enerji;
6. İstehsal fəhlələrinin əmək haqqı;
7. Sosial ehtiyaclara ayırmalar;
8. İstehsalat maşın və avadanlıqlarının istismarı xərcləri;
9. Ümumistehsalat xərcləri;
10. Sair istehsal xərcləri;
11. Sex istehsalat maya dəyərinin yekunu;
12. Ümumtəsərrüfat xərcləri;
13. Ümumzavod istehsalat maya dəyəri;
14. Satış xərcləri;
15. Cəmi, tam maya dəyəri.
İstehsalat fəhlələrinin əmək haqqı məmulat növləri
arasında istehsal edilən məhsulun çəkisinə mütənasib olaraq
bölüşdürülür. Əlavə əmək haqqı çörək bulka məmulatları
arasında əsas əmək haqqına mütənasib olaraq bölüşdürülür.
Ümumi istehsalat (sex) xərcləri maddəsinə sexin idarə
heyətinin əmək haqqı və xidmət xərcləri aid edilir. Bu maddə
sex quruluşlu çörəkbişirmə müəssisəsində tətbiq edilir.
Ümumistehsalat xərcləri çörək, bulka məmulatları
arasında aşağıdakı qaydada bölüşdürülür:
1. Şərti məhsula çevirmə əmsalını tətbiq etməklə hazır
məhsulun həcminə mütənasib olaraq;
2. İstehsal fəhlələrinin əsas əmək haqqına mütənasib
olaraq;
3. Plan normalarına mütənasib olaraq.
Ümumtəsərrüfat
xərcləri
maddəsində
bütövlükdə
müəssisə miqyasında idarəetmə və xidmətlə bağlı olan xərclər
əks
etdirilir.
Ümumtəsərrüfat
xərclərinin
nümunəvi
nomenklaturası dörd bölmədən ibarətdir:
a) müəssisənin idarəedilməsi xərcləri;
b) ümumistehsalat xərcləri;
c) vergi, rüsum, ayırmalar;
ç) sair xərclər.
101
Ümumtəsərrüfat xərcləri çörək bulka məmulatları
arasında, ümumistehsalat xərcləri bölüşdürüldüyü kimi aparılır.
“Satış xərcləri” maddəsində çörək – bulka məhsullarının
satışı ilə bağlı xərclər uçota alınır. Satışla bağlı xərclərin
sintetik uçotu 711 N-li “Kommersiya xərcləri” hesabında
aparılır və ayın sonunda satış, satışın maya dəyəri (701) hesabı
ilə bağlanır.
Çörəkbişirmə müəssisəsi hər ay məsrəflər haqqında
məlumatlara əsasən buraxılan çörək – bulka məmulatlarının
növləri üzrə məhsulun maya dəyərinin faktiki kalkulyasiyasını
tərtib edir. Buraxılan məhsulun hər 1 sentneri kalkulyasiya
vahidi hesab olunur. 1 sentner məhsulun maya dəyərini təyin
etmək üçün hər bir məsrəf maddəsi üzrə və cəmi hesabat
dövrünün faktiki məsrəflərini həmin dövrdə buraxılan
məhsulun miqdarına bölmək lazımdır. Faktiki kalkulyasiya
məlumatlarını plan (normativ) məlumatları ilə müqayisə edilir
və çörəkbişirmə müəssisəsinin texniki-iqtisadi göstəricilərinin
yaxşılaşdırılmasını təmin edə bilən tədbirlər işlənib hazırlanır.
MÖVZU 8. KƏND TƏSƏRRÜFATINDA
MƏSRƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN MAYA
DƏYƏRİ KALKULYASİYASININ XÜSUSİYYƏTLƏRİ
8.1. Kənd təsərrüfatında məsrəflərin uçotunun ümumi
xüsusiyyətləri
Kənd
təsərrüfatı
milli iqtisadiyyatın ən aparıcı
sahələrindən biri olmaqla ölkəmizin əhalisini yeyinti
məhsulları, sənayesini isə kənd təsərrüfatı xammalı ilə təmin
edir. Kənd təsərrüfatında məsrəflərin uçotunun bitkiçilik və
heyvandarlıq məhsullarının maya dəyərinin formalaşması və
məhsul vahidinin kalkulyasiyasının fərqli xüsusiyyətləri bu
sahənin özünəməxsus xüsusiyyətləri ilə bağlıdır. Kənd
102
təsərrüfatının özünəməxsus xüsusiyyətlərindən biri istehsal
prosesinin uzunluğu, istehsalın mövsümi xarakter daşıması və
nəhayət istehsal vaxtı ilə iş vaxtının üst-üstə düşməməsidir.
Bəzən istehsal bu il başlayır, lakin gələn il başa çatır. Bunlar
hamısı mühasibat uçotunun təşkilinə, aparılmasına və ən əsası,
məhsulun maya dəyərinin hesablanması, kalkulyasiyası və
maliyyə nəticələrinin hesablanmasına öz təsirini göstərir. İl
ərzində bitməmiş istehsal və qalığı hazır məhsul, istehsal
ehtiyatları artıqlığına səbəb olur. Bunun nəticəsidir ki, il
ərzində istehsal edilən və satılan məhsullar yalnız plan maya
dəyəri ilə qiymətləndirilir. İlin sonunda faktiki maya dəyəri ilə
müqayisə edilərək mənfəət və zərər aşkara çıxarılır.
Kənd təsərrüfatı müəssisələrində mühasibat uçotu
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 aprel 2006-
cı il tarixli, 38 saylı əmri ilə təsdiq edilmiş “Kommersiya
təşkilatları üçün mühasibat uçotunun hesablar planına” əsasən
aparılır. İstehsal məsrəflərinin uçotu və kənd təsərrüfatı
məhsullarının
maya
dəyərinin
kalkulyasiyasının
planlaşdırılması, uçotu və maya dəyərinin kalkulyasiyasına dair
qüvvədə olan əsasnaməyə uyğun olaraq təşkil edilir. Kənd
təsərrüfatında məsrəflərin uçotunun aparılması və məhsulun
maya dəyərinin kalkulyasiyası üçün ilkin sənədlərin unifikasiya
edilmiş (eyniləşdirilmiş) uçotun jurnal – order formasının
vahid uçot registrlərindən və Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin təsdiq etmiş olduğu hesabat formalarından istifadə
edilir.
Kənd təsərrüfatı müəssisələrində məsrəflərin uçotu və
məhsulun maya dəyəri kalkulyasiyasının əsas vəzifəsi
aşağıdakılardır:
1. Məsrəflərin uçotunu və məhsulun maya dəyəri
kalkulyasiyasını tənzimləyən normativ – hüquqi sənədlərin
tələblərinə ciddi riayət edilməsi;
Dostları ilə paylaş: |