95
2. Biçmə sexində parçanın hazırlıq sexindən qəbul edil-
məsi, parçanın döşəməyə sərilməsi, ölçmə, ölçmənin keyfiyyə-
tinə nəzarət, biçmə detallarının nömrələnməsi, komplektləşdir-
məsi
və tikiş sexinə verilməsi;
3. Tikmə sexində - qəbul, furniturların yoxlanılması, biç-
mənin komplektləşdirilməsi və markirovkası (maskalama), mə-
mulatın tikilməsi, məhsulun yaş – istilik emalı sexinə verilmə-
si;
4. Yaş – istilik emalı sexində, texniki nəzarət, məmulatın
markirovkası, bükülməsi və hazır məhsul anbarına təhvil veril-
məsi.
Tikiş müəssisələrində istehsalın təşkili və texnoloji ema-
lından asılı olaraq məsrəflərin uçotu və məhsulun maya dəyəri
kalkulyasiyasının mərhələ və sifariş metodlarından istifadə edi-
lir.
Tikiş müəssisələrində istehsal məsrəfləri 202 N-li “İsteh-
salat məsrəfləri”, satışla bağlı olan xərclər isə 711 N-li “Kom-
mersiya xərcləri” sintetik hesablarında uçota alınır.
Tikiş məhsulları maya dəyərinin tərkibinə aşağıdakı xərc
maddələri daxil edilir:
1. Əsas material;
2. Qaytarılmış tullantılar (çıxılır):
3.
Köməkçi materiallar;
4. Texnoloji məqsəd üçün yanacaq və enerji;
5. İstehsalat fəhlələrinə əmək haqqı xərci;
6. Sosial ehtiyaclara ayırmalar;
7. İstehsalat maşın və avadanlığının
istismar xərcləri;
8. Ümumistehsalat (ümumsex) xərcləri;
9. Sair istehsalat xərcləri;
10. Sex istehsalat
maya dəyərinin yekunu;
11. Ümumtəsərrüfat xərcləri;
12. Ümumzavod
istehsal maya dəyərinin yekunu;
13. Satış xərcləri;
96
14. Tam maya dəyərinin cəmi.
Tikiş müəssisələrində “Əsas materiallar” maddəsində is-
tehsal edilən məhsulun əsasını təşkil edən və maddi cəhətdən
onun tərkibinə daxil olan materiallar əks etdirilir. Malsatan təş-
kilatlardan daxil olan materiallar hazırlıq sexinin müdiri tərə-
findən qəbul edilir və qəbul aktı və yaxud qaimə ilə rəsmiləşdi-
rilir.
Biçmə sexində materialların üzərində nəzarət etmək və
uçotunu aparmaq üçün “biçmə kartından” istifadə edilir.
Biçmə kartında biçmə sexinə buraxılan parçanın miqdarı,
anbara qaytarılan qırıqların, biçmə sexinin işçilərinə əmək haq-
qı hesablanması, hazır biçmənin hazır biçmə anbarına və yaxud
tikiş sexinə təhvil verilməsinin uçotu və s. göstəricilər əks etdi-
rilir.
Biçmə kartının məlumatlarına əsasən sərf edilmiş faktiki
parçanın, müəyyən edilmiş normadan kənarlaşmalar aşkara çı-
xarılır.
Normadan kənarlaşma faktiki buraxılan parça ilə norma
arasındakı fərq kimi hesablanır.
Əsas materialların dəyəri tikiş məhsullarının ayrı-ayrı
növlərinin maya dəyərini uçot qiyməti ilə birbaşa daxil edilir.
Ayın sonunda əsas materialların uçot dəyəri ilə onların faktiki
maya dəyəri arasındakı fərq silinir.
“Qaytarılan tullantılar” maddəsində tikiş məhsullarının
istehsalına sərf edilən faktiki məsrəflərini azaldan tullantıların
dəyəri əks etdirilir. Bura istehsal prosesində qalıq kimi qalmış
və özünün istehlak keyfiyyətini qismən və yaxud tam itirmiş
materiallar daxildir. Qaytarılan tullantılar aşağıdakı kimi qiy-
mətləndirilir:
1. Materialın aşağı salınmış
qiyməti ilə;
2. Mümkün istifadə qiyməti ilə;
3. Tullantılar üçün
müəyyən edilmiş qiyməti ilə;
4. Satış qiyməti ilə.