7
I BÖLMƏ. MƏKTƏBDƏ TARĠX TƏLĠMĠ METODĠKASI-PEDAQOJĠ
FƏNLƏRDƏN BĠRĠ KĠMĠ
§ 1. Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasətinin
əsas prinsipləri. Tarix təlimi metodikası pedaqoji fənlərdən biri kimi, onun
obyekti, predmeti, məqsədləri, təlim-tərbiyəvi vəzifələri. Tarix təliminin
məqsədlərinin iĢlənib hazırlanmasının ümumi prinsipləri
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu amalı ilə inkişaf edən
ölkəmiz təhsil sahəsində də ən sivil ölkələrin yolu ilə gedir. Təhsil islahatının və
təhsil qanunumuzun məzmunu ilə tanışlıqdan aydın olur ki, təhsil sahəsində
dövlət siyasətinin əsas prioritetlərini –
humanizm, demokratiya, bərabərlik,
millilik, dünyəvilik, keyfiyyətlilik,
səmərəlilik, fasiləsizlik, varislik və
inteqarsiya təşkil edir.
Təhsil sahəsində dövlət siyasətinin prinsiplərini
aĢağıdakı sxemdə ümumiləĢdirilmiĢ Ģəkildə vermiĢik:
8
Tarixin təlim metodikası pedaqoji fənn olaraq orta məktəbdə tarixin
təlimi prosesini öyrənir və tarixin təlimini təkmilləĢdirir.
O məktəbin ümumi
təlim-tərbiyə sistemində tarix təliminin yerini, rolunu, məqsəd və vəzifələrini
müəyyən edir. Eləcə də, təlimin müxtəlif mərhələlərində
tarix təliminin
məzmununu müəyyən edir. Təlim üçün seçilən materialı və həmin materialın
hansı yaş mərhələsində verilməsini müəyyən edir. Tarixin təlimi metodikası
―nəyi, harada, necə təlim etmək‖ sualına cavab verir.
Metodika nəzəriyyədir, təlim etmək isə işdir – təcrübədir. Nəzəriyyə
təcrübənin rolunu işıqlandırdığı kimi, tarixin təlimi metodikası da təlim
prosesini işıqlandırır və ona istiqamət verir. Tarixin təlimi metodikası tarix elmi
ilə bağlıdır və onun əsasını təşkil edir. Metodika
elminin əsas mənbəyi tarix
elmidir.
Metodika pedaqoji ədəbiyyatda müxtəlif cür izah edilsə də, mahiyyət
etibarilə ―Metodika‖ sözü qədim yunan sözü olub, ―tədqiqat yolu‖, ―dərketmə
qabiliyyəti‖ mənalarını verir. Digər ədəbiyyatlarda
göstərilir ki, ―metodika‖ sözü
tarixin təlim üsullarının məcmusu kimi başa düşülür.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
Humanizm
Demokratiklik
Bərabərlik
Millilik
Dünyəvilik
Keyfiyyətlilik
Səmərələlilik
Fasiləsizlik
Varislik
İnteqrasiya