Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə42/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   339
em tom

2.Yeni biliklərin, baĢa düĢülməsi.
Təfəkkür hadisələrin mahiyyətini üzə 
çıxarmağa, gerçəkliyin daha dərin, taraz və düzgün inikasını təmin etməyə 
qadirdir. Yeninin dərk olunması qavrama prosesi ilə üzvi surətdə birləşir. 
Qavrama həmişə şüurlu olur. İnformasiyanın başa düşülməsi onun hansı kanalla 
daxil olmasmdan çox asılıdır. Başa düşmə prosesinin ilkin həlqəsi şagirdin 
müəllimin dediyini və göstərdiyini, kitabdan oxuduğunu, tədris filminə baxan 
zaman gördüyünü anlamasıdır, 


117 
Mənimsəmə prosesində anlama həlledici rol oynayır. Psixoloqlar sübut 
ediblərki, yaxşı anlanılan, başa düşülən şey çox asan mənimsənilir və yadda 
saxlanılır. Çoxsaylı təkrarlar ancaq pis başa düşülən, yaxşı mənimsənilməyən 
materialı yada salmaq lazım gəlir. 
Anlama yeni təsəvvürlərin əvvəl mənimsənilmiş biliklər sistemi ilə 
əlaqəsinə əsaslanır. Bu həmişə şəxsi təcrübə ilə bağlı olur. Müəllim şagirdləri 
əsas fikri əməliyyatları analizə, sintezə, müqayisəyə və s. cəlb edərsə, anlama 
daha tam və düşünülmüş olar. Bu zaman həm öyrənilən hadisə, həm də ehtiyat 
bilikləri təhlil olunur. Məqsəd onlar arasında oxşar, yaxın və ya əks əlamətləri 
axtarıb tapmaqdır. 
Anlama prosesində şagirdin təcrübəsinə və biliklərinə uyğun olaraq alınan 
informasiyanın elə bil fikrən yenidən qurulması və qaydaya salınması prosesi 
baş verir. Bu, yaddasaxlama prosesində birinci pilləni təşkil edir. 
Analiz, sintez, müqayisə və tutuşdurma yeni materialla öyrənilmiş material 
arasında əlaqə yaratmağa imkan verir. Analiz, sintez və müqayisə ümumi və 
fərqli cəhətləri başa düşmənin ən birinci mərhələsi olan anlama ilə bağlıdır. 
Onlar daha çox xarici oxşarlığı və fərqi üzə çıxarır, amma daxili əlaqələri və 
münasibətləri açmır. 
Yalnız mücərrədləşdirmə ümumi xassələri və əlamətləri tapmağa, şeylərin 
mahiyyətinə nüfuz etməyə kömək edir. Amma mücərrədləşdirmə və 
ümumiləşdirmə yalnız hadisənin bütün tərkib hissələrinin və əlamətlərinin ilkin 
təhlili əsasında (hadisənin tam sintetik qavranılması şərtilə) mümkündür. 
Anlayışların yaranması və formalaşmasının əsasında mücərrədləşdirmə və 
ümumiləşdirmə prosesləri durur. Anlayış hadisənin və ya predmetin mahiyyəti 
haqqında ümumiləşmiş təsəvvürü əks etdirir. Bütün hadisələrə və ya predmetlərə 
xas olan ümumi və əhəmiyyətli xassələr anlayışların əsasında durur.
Anlayışlarla işi xarakterizə edən başqa bir məntiqi əməliyyat əqli nəticədir. 
Əgər şagirdlər yazı işində qrammatik xarakterli çoxlu səhvlər buraxıblarsa, 
deməli, onlar həmin qrammatik qaydanı yaxşı mənimsəməmişlər. Əqli nəticə 
müxtəlif növlərdə olur. Onların içərisində induksiya və deduksiya əsasdır. 


118 
İnduktiv əqli nəticədə fikir xüsusidən ümumiyə, ayrı-ayri müşahidələrdən 
ümumi nəzəri nəticələrə doğru gedir (məsələn, Azərbacanda elm, təhsil, səhiyyə, 
iqtisadiyyat inkişaf edib, deməli, ölkədə əhalinin rifahı yüksəlib mədəniyyətin 
inkişaf etməsi nəticəsinə gəlmək olar). 
Deduktiv əqli nəticədə isə əksinə, fikir ümumi nəzəri nəticədən xüsusiyə 
gedir. Məsələn,iqtisadiyyat inkişaf edirsə, deməli bütün sahələr inkişaf edəcək. 
Əqli nəticələr səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və 
predmetlərin əlamətlərinə görə bu və ya digər qrupa daxil edilməsi zamanı geniş 
tətbiq olunur. Əlamətlərinə görə təsnif etmə və qruplaşdırma hadisələrin 
yaddaşda saxlanılmasına və onlar arasında möhkəm məntiqi əlaqələrin 
yaranmasına kömək edir. 
Anlayışlar, mühakimələr və əqli nəticələr mücərrəd təfəkkürün əsas 
formalarıdır. Predmetlər və hadisələr haqqında hisslərimizlə əldə olunan 
məlumatlar ancaq başa düşüləndən və sözlərlə ifadə olunandan sonra tam 
əhəmiyyət kəsb edir. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə