Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə50/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   339
em tom

4. Biliklərin möhkəmləndirilməsi.
Bacarıq və vərdişlərə yiyələnməkdə 
insanın hafizəsi böyük imkanlara malikdir. Bununla belə, insan beyni konkret 
məlumatı tez itirmək xassəsinə malikdir. Təlimin vəzifəsi alınmış məlumatın 
insan hafizəsində uzun müddət yadda qalmasını təmin etməkdən ibarətdir. 
Məlumatın yaddasaxlama dərəcəsinə bir çox amillər: şagirdin fərdi 
xüsusiyyətləri, öyrənilən materialın vacibliyini dərketmə dərəcəsi, verilən 
məlumatın qavranılma səviyyəsi, qavramanın ilkin dərinliyi, pedaqoqun 
emosional priyomları, maneə törədən amillərin səviyyəsi, yeni təəssüratların 
gücü və b. daxildir. 
Məlumdur ki, qavramanın dərinliyi nə qədər zəifdirsə, məlumatı 
möhkəmlətmək prosesində əngəllər bir o qədər çox olur. Məlumat az həcmdə 
verilirsə, beyində az iz buraxır. Az həcmli məlumat pis, çox həcmli məlumat isə 


131 
daha yaxşı yadda saxlanılır. Psixoloqlar bunu belə izah edirlər ki, az həcmli 
məlumatı yadda saxlamaq üçün şagirdlər iradi səy göstərmirlər. 
Məlumatı qavradıqdan sonra güclü yayınma baş verərsə, bu yaddançıxma 
prosesini gücləndirir. Onun unudulmasına əsas səbəb yeni məlumatın daha güclü 
təsir göstərməsidir. Eyni bir məlumat dəfələrlə təkrar edilərsə, o çox gec yaddan 
çıxar. Deməli, yeni məlumat təkrar edilmiş köhnə məlumata nisbətən tez 
unudulur. 
Məktəbdə təlim materialının təkrarı böyük yer tutur. Lakin təkrar adicə 
öyrənmədən ibarət olmamalıdır. Şagird öyrəndiyi bilikləri praktiki vəzifələrin 
həllində istifadə etməyi bacarmalıdır. Təkrar o zaman səmərəli olur ki, şagird öz 
işinin nəticələrinə özü nəzarət edə bilsin. Əks
təqdirdə şagirddə öz biliklərinə 
inamsızlıq yaranar. Tapşırığın həllinin düzgünlüyünü yoxlamaq buna misal ola 
bilər. Şagird evə verilmiş tapşırığın həllini onun cavabı ilə yoxlaya bilərsə, o 
özünü daha inamlı hiss edər. 
Şüurlu mənimsənilmiş məlumat möhkəm biliklərə çevrilir. Bu biliklər 
şagirdlərin təfəkkür və fəaliyyət silahı olur. Bacarıqlar da vərdişlərə çevrilə 
bilər. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə