Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə3/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   339
em tom

 
Mübariz Əmirov 
Pedaqogika üzrə elmlər doktoru 



I BÖLMƏ. MƏKTƏBDƏ TARĠX TƏLĠMĠ METODĠKASI-PEDAQOJĠ 
FƏNLƏRDƏN BĠRĠ KĠMĠ 
§ 1. Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasətinin 
əsas prinsipləri. Tarix təlimi metodikası pedaqoji fənlərdən biri kimi, onun 
obyekti, predmeti, məqsədləri, təlim-tərbiyəvi vəzifələri. Tarix təliminin 
məqsədlərinin iĢlənib hazırlanmasının ümumi prinsipləri 
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu amalı ilə inkişaf edən 
ölkəmiz təhsil sahəsində də ən sivil ölkələrin yolu ilə gedir. Təhsil islahatının və 
təhsil qanunumuzun məzmunu ilə tanışlıqdan aydın olur ki, təhsil sahəsində 
dövlət siyasətinin əsas prioritetlərini – humanizm, demokratiya, bərabərlik, 
millilik, dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasiləsizlik, varislik və 
inteqarsiya təşkil edir. 
Təhsil sahəsində dövlət siyasətinin prinsiplərini
aĢağıdakı sxemdə ümumiləĢdirilmiĢ Ģəkildə vermiĢik:



Tarixin təlim metodikası pedaqoji fənn olaraq orta məktəbdə tarixin 
təlimi prosesini öyrənir və tarixin təlimini təkmilləĢdirir.
O məktəbin ümumi 
təlim-tərbiyə sistemində tarix təliminin yerini, rolunu, məqsəd və vəzifələrini 
müəyyən edir. Eləcə də, təlimin müxtəlif mərhələlərində tarix təliminin 
məzmununu müəyyən edir. Təlim üçün seçilən materialı və həmin materialın 
hansı yaş mərhələsində verilməsini müəyyən edir. Tarixin təlimi metodikası 
―nəyi, harada, necə təlim etmək‖ sualına cavab verir. 
Metodika nəzəriyyədir, təlim etmək isə işdir – təcrübədir. Nəzəriyyə 
təcrübənin rolunu işıqlandırdığı kimi, tarixin təlimi metodikası da təlim 
prosesini işıqlandırır və ona istiqamət verir. Tarixin təlimi metodikası tarix elmi 
ilə bağlıdır və onun əsasını təşkil edir. Metodika elminin əsas mənbəyi tarix 
elmidir. 
Metodika pedaqoji ədəbiyyatda müxtəlif cür izah edilsə də, mahiyyət 
etibarilə ―Metodika‖ sözü qədim yunan sözü olub, ―tədqiqat yolu‖, ―dərketmə 
qabiliyyəti‖ mənalarını verir. Digər ədəbiyyatlarda göstərilir ki, ―metodika‖ sözü 
tarixin təlim üsullarının məcmusu kimi başa düşülür. 
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri 
Humanizm 
Demokratiklik 
Bərabərlik 
Millilik 
Dünyəvilik 
Keyfiyyətlilik 
Səmərələlilik 
Fasiləsizlik 
Varislik 
İnteqrasiya 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə