~ 205 ~
Misal. Kartof yumrularında nişastanın miqdarı saxlanmanın
əvvəlində - 18,9%, sonunda isə - 16,7% olmuşdur. Kütlə itkiləri
nəzərə alınmadan nişasta itkisi təşkil edir: 18,9-16,7=2,2%.
Saxlanma dövründə kartofun kütlə itkisi 6,8%-ə bərabər olur,
onda nişastanın həqiqi miqdarı saxlanmanın sonuna kütlə itkisi
nəzərə alınmaqla təşkil edir:
.
Buradan nişastanın həqiqi itkisi bərabər olur: 18,9-15,6=3,5%.
Belə hesabat o hallarda özünü doğruldur ki, bu zaman kütlədə-
ki itkilərlə ayrı-ayrı kimyəvi maddələrin məhsulun bütün həcmin-
dəki itkiləri ilə bərabər olur. Bu zaman saxlanma obyektində mü-
rəkkəb çevrilmələr və tumurcuqlanma maddələrin yenidən pay-
lanması baş vermir. Lakin baş kələm saxlandıqda kütlə itkisi nəm-
liyin əsasən kənar yarpaqlardan buxarlanması hesabına (ümumi
itkinin 80-90%-ə qədəri) baş verir ki, bu zaman daxili yarpaqlar
demək olar ki, qurumur. Bundan əlavə onuda nəzərə almaq lazım-
dır ki, kələm saxlandıqda başda maddələrin yenidən paylanması
baş verir: quru maddələr və şəkərlər tədricən yerini dəyişir. Belə
vəziyyətdə kütlə itkisini kələm başlarının daxilindən götürülən
nümunənin təhlili nəticələrinə aid etmək olmaz.
4.2.9. Kartof, meyvə və tərəvəzlərin saxlanmasında təbii itki və
qalıqların təyini
Məqsəd – saxlanmada meyvə və tərəvəzlərin itki növləri və
onların silinməsi ilə tanışlıq.
Tapşırıq: 1. Meyvə və tərəvəzlərin kütləsindən mövcud nor-
malara görə itkilərin hesablanması.
2. Saxlanmanın sonunda nümunənin əmtəə analizini aparmaq
və mütləq qalıq və texnoloji çıxdaşı müəyyən etmək.
3. Məlumatlar əsasında cədvəl tərtib etməli.
Material və avadanlıqlar: təbii itki normaları ilə cədvəl, tap-
şırıq variantları ilə kart.
İşin gedişi. Məhsulun qalma xüsusiyyəti kütlə itkisi, texnoloji
~ 206 ~
çıxdaş və mütləq qalıqla, həmçinin saxlanan kartof, tərəvəz və
meyvənin əmtəəlik və toxumluq keyfiyyətinin dəyişmə dərəcəsi
ilə xarakterizə olunur.
Məhsulun kütləsi quru maddələrin tənəffüsə və suyun buxar-
lanmasına sərf olunması nəticəsində azalması baş verir. Bu itkilər
qaçılmaz olduğundan onları təbii itkilər adlandırırlar.
Kütlədən itki məhsul nümunəsinə nəzarət metodu ilə (fiksasiya
edilmiş) müəyyən olunur. O, nümunənin saxlanmadan əvvəl və
sonra çəkilməsinə əsaslanır. Nümunə kimi ayrı-ayrı nüsxələr (kə-
ləm başları, qarpızlar, yemişlər); torpaqda kisəyə yaxud qutuya
yığılmış 5-10 kq məhsul (kartof, kökümeyvəli, soğan, alma) rol
oynaya bilər.
Fiksasiya edilmiş nümunələr yalnız standart meyvə yaxud tərə-
vəzlərdən götürülür.
Məhsulun kütləsinin nəzarət nümunələrində yerləşdirəndə əsas
qaydalara əməl olunur: imkan daxilində tərəcənin bütün zonası
bərabər səviyyədə əhatə edilməlidir. Belə ki, 3 m hündürlüklü
kartof dolabında torların hündürlüyü döşəmədən 0,5; 1,5 və 2,5 m
yüksəklikdə üç mərtəbədə yerləşdirilir. Hər mərtəbədə dolabın
dioqanalı üzrə 3 nümunə yerləşdirilir. Yekunda bir dolabda 9 tor
yerləşdirilir.
Kütlə itkisi formulla hesablanır, %-lə:
,
burada: A - saxlanmaya qoyulduqda
nümunə kütləsi, kq;
B - saxlanmanın
sonunda məhsul kütləsi, q.
Göstəricinin alınan orta ədədinin hesablanması qeyd etməyə
imkan verir ki, kütlədən itki optimal saxlanma şəraitində sağlam
standart məhsul vahidindən tənəffüs və buxarlananın nəticəsidir.
Əgər nəzarət torlarında ayrı-ayrı nüsxələr saxlanma prosesində
müxtəlif səbəblərdən zədələnmiş olarsa (əzilmiş, xəstələnmiş,
donmuş və s.), o zaman onu hesabata salmırlar.
Əgər saxlanma dövründə məhsulun kütlə itkisini müəyyən et-
mək lazım gələrsə, o halda fiksasiya olunan nümunələrin sayı ara-