Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

~ 204 ~ 
 
 
4.2.8. Başlanğıc kütləyə görə analizlərin nəticələrinin 
verilməsi 
Meyvə  və  tərəvəzlər  saxlandıqda  bu  və  ya  digər  kimyəvi 
maddələrin  itkisini  müəyyən  etdikdə  onu  nəzərə  almaq  lazımdır 
ki,  onların  kütləsi  sabit  qalmayıb  əsasən  nəmliyin  buxarlanması 
hesabına  azalır.  Ona  görə  də  saxlanmanın  əvvəli  və  sonunda  şə-
kərlər, turşular, nişasta və digər maddələrin faizlə miqdarları ara-
sındakı fərq təyin edildikdə onların həqiqi itkisindən az olacaqdır.  
Saxlanmanın sonunda məhsulun ümumi kütləsindən itkilər (x) 
nəzərə  alınmaqla  maddələrin  həqiqi  miqdarı  hesablandıqda  (ilk 
kütləyə görə %-lə) aşağıdakı formuldan istifadə olunur: 
 
   
        
   

 
burada: B – saxlanmanın sonuna maddələrin miqdarı (saxlanma- 
nın sonuna %-lə); 
  
N – kütlə itkisi, %. 
 
AKT 
 
Nümunə götürülməsi                                           “____” _____” 20 ___  il 
Hazırlayanın adı______________________________________________ 
Məhsulun növünün adı _________________________________________ 
Partiyanın miqdarı_____________________________________________ 
Məhsula xarici baxışın nəticələri uyğundur _______ QOST_____________ 
Işlənmə tarixi_________________________________________________ 
Nümunə QOST-a uyğun görülmüşdür_____________________________ 
____________________________________________________________ 
Götürülən nümunənin keyfiyyəti (sınaq üçün________________________) 
(nəzarət üçün nümunələr________________________________________) 
Nümunə götürülməsində məqsəd: məhsulun təhlükəsizlik göstəricilərinə   görə 
QOST-a və digər normativlərə uyğunluğu yoxlanması 
Nümunənin götürülmə yeri və tarixi_______________________________ 
Imzalar 
Istehsalından _________________________________________________ 
Laboratoriyadan yaxud sertifikasiya orqanından______________________ 
 
 


~ 205 ~ 
Misal.  Kartof  yumrularında  nişastanın  miqdarı  saxlanmanın 
əvvəlində - 18,9%, sonunda isə - 16,7% olmuşdur. Kütlə itkiləri 
nəzərə  alınmadan  nişasta  itkisi  təşkil  edir:  18,9-16,7=2,2%. 
Saxlanma  dövründə  kartofun  kütlə  itkisi  6,8%-ə  bərabər  olur, 
onda  nişastanın  həqiqi  miqdarı  saxlanmanın  sonuna  kütlə  itkisi 
nəzərə alınmaqla təşkil edir: 
 
             
   
       . 
 
Buradan nişastanın həqiqi itkisi bərabər olur: 18,9-15,6=3,5%. 
Belə hesabat o hallarda özünü doğruldur ki, bu zaman kütlədə-
ki itkilərlə ayrı-ayrı kimyəvi maddələrin məhsulun bütün həcmin-
dəki itkiləri ilə bərabər olur. Bu zaman saxlanma obyektində mü-
rəkkəb  çevrilmələr  və  tumurcuqlanma  maddələrin  yenidən  pay-
lanması baş vermir. Lakin baş kələm saxlandıqda kütlə itkisi nəm-
liyin  əsasən  kənar  yarpaqlardan  buxarlanması  hesabına  (ümumi 
itkinin  80-90%-ə  qədəri)  baş  verir  ki,  bu  zaman  daxili  yarpaqlar 
demək olar ki, qurumur. Bundan əlavə onuda nəzərə almaq lazım-
dır  ki,  kələm  saxlandıqda  başda  maddələrin  yenidən  paylanması 
baş verir: quru maddələr və şəkərlər tədricən yerini dəyişir. Belə 
vəziyyətdə  kütlə  itkisini  kələm  başlarının  daxilindən  götürülən 
nümunənin təhlili nəticələrinə aid etmək olmaz.  
 
4.2.9. Kartof, meyvə və tərəvəzlərin saxlanmasında təbii itki və 
qalıqların təyini 
Məqsəd  –  saxlanmada  meyvə  və  tərəvəzlərin  itki  növləri  və 
onların silinməsi ilə tanışlıq. 
Tapşırıq:  1.  Meyvə  və  tərəvəzlərin  kütləsindən  mövcud  nor-
malara görə itkilərin hesablanması. 
2.  Saxlanmanın  sonunda  nümunənin  əmtəə  analizini  aparmaq 
və mütləq qalıq və texnoloji çıxdaşı müəyyən etmək. 
3. Məlumatlar əsasında cədvəl tərtib etməli.
 
Material və avadanlıqlar: təbii itki normaları ilə cədvəl, tap-
şırıq variantları ilə kart. 
İşin gedişi. Məhsulun qalma xüsusiyyəti kütlə itkisi, texnoloji 


~ 206 ~ 
çıxdaş  və  mütləq  qalıqla,  həmçinin  saxlanan  kartof,  tərəvəz  və 
meyvənin  əmtəəlik  və  toxumluq  keyfiyyətinin  dəyişmə  dərəcəsi 
ilə xarakterizə olunur.  
Məhsulun  kütləsi  quru  maddələrin  tənəffüsə  və  suyun  buxar-
lanmasına sərf olunması nəticəsində azalması baş verir. Bu itkilər 
qaçılmaz olduğundan onları təbii itkilər adlandırırlar. 
Kütlədən itki məhsul nümunəsinə nəzarət metodu ilə (fiksasiya 
edilmiş)  müəyyən  olunur.  O,  nümunənin  saxlanmadan  əvvəl  və 
sonra çəkilməsinə əsaslanır. Nümunə kimi ayrı-ayrı nüsxələr (kə-
ləm  başları,  qarpızlar,  yemişlər);  torpaqda  kisəyə  yaxud  qutuya 
yığılmış  5-10  kq  məhsul  (kartof,  kökümeyvəli,  soğan,  alma)  rol 
oynaya bilər.  
Fiksasiya edilmiş nümunələr yalnız standart meyvə yaxud tərə-
vəzlərdən götürülür. 
Məhsulun kütləsinin nəzarət nümunələrində yerləşdirəndə əsas 
qaydalara  əməl  olunur:  imkan  daxilində  tərəcənin  bütün  zonası 
bərabər  səviyyədə  əhatə  edilməlidir.  Belə  ki,  3  m  hündürlüklü 
kartof dolabında torların hündürlüyü döşəmədən 0,5; 1,5 və 2,5 m 
yüksəklikdə  üç  mərtəbədə  yerləşdirilir.  Hər  mərtəbədə  dolabın 
dioqanalı üzrə 3 nümunə yerləşdirilir. Yekunda bir  dolabda 9 tor 
yerləşdirilir. 
Kütlə itkisi formulla hesablanır, %-lə: 
 
                  , 
 
burada: A - saxlanmaya qoyulduqda nümunə kütləsi, kq; 
      B - saxlanmanın sonunda məhsul kütləsi, q. 
Göstəricinin  alınan  orta  ədədinin  hesablanması  qeyd  etməyə 
imkan verir ki, kütlədən itki optimal saxlanma  şəraitində sağlam 
standart  məhsul  vahidindən  tənəffüs  və  buxarlananın  nəticəsidir. 
Əgər  nəzarət  torlarında  ayrı-ayrı  nüsxələr  saxlanma  prosesində 
müxtəlif  səbəblərdən  zədələnmiş  olarsa  (əzilmiş,  xəstələnmiş, 
donmuş və s.), o zaman onu hesabata salmırlar. 
Əgər saxlanma dövründə məhsulun kütlə itkisini müəyyən et-
mək lazım gələrsə, o halda fiksasiya olunan nümunələrin sayı ara-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə