Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

~ 201 ~ 
arasında dəyişir.  
 
4.2.6. Fəal havalandırma şəraitində stasionar saxlayıcılarda 
saxlanmanın hesabatı 
Tapşırıq aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 
-
 
fəal  havalandırma qurğusu  sisteminin təsviri  və onun hər bir 
hissəsinə tələblər qoyulması; 
-
 
fəal  havalandırma  şəraitində  məhsulun  saxlanmasının  əsas 
üstünlüklərinin təsviri, havalandırmanın qayda və rejimləri
-
 
məhsulun  yerləşdirilmə  üsulunun  (dolab,  başdan-başa  tökül-
məklə) seçilməsi,  yüklənmə  həcminin  ölçülərinin müəyyən olun-
ması (bir həcmdə məhsul kütləsi); 
-
 
məhsulun  bir  tonuna  verilən  xüsusi  havanı  m
3
/saat  göstər-
mək; 
-
 
saxlayıcının  qrafiki  ifadəsində  bütün  ölçüləri  göstərilməklə 
kəsikdə verməli. 
 
Təbii havalandırma şəraitində stasionar saxlayıcılarda saxla-
nan məhsulun yerləşdirilməsi və tələb olunan tutumların hesab-
lanması. Bu bölmədə iş aşağıdakı ardıcıllıqla yerinə yetirilir.  
-
 
məhsulun  növü,  qalmaq  xüsusiyyəti,  sortu,  təsərrüfat  istiqa-
məti, keyfiyyəti və saxlanmasının davam etməsini nəzərə almaqla 
məhsulun yerləşdirilmə üsulunun seçilməsi
-
 
qurğular, stellaj, konteyner və digər növ qablara tələblər qoy-
maq; 
-
 
yüklənmə  həcminin  böyüklüyünü  müəyyən  etmək,  onu  xü-
susi havalandırma səthinin ətraflı hesabatı ilə təsdiqləmək (cədvəl 
4.12); 
-
 
Təbii  havalandırma  şəraitində  saxlamaq  üçün  lazım  olan 
məhsulun yüklənmə həcminin xüsusi havalandırma səthi; 
-
 
bir yük həcminin tutumunu və bütün məhsulun yerləşdirilmə-
si (saxlanılan məhsul) üçün lazım olan miqdarını hesablamaq; 
-
 
saxlayıcının ölçülərini müəyyən etmək: saxlayıcının sahəsin-
dən istifadə əmsalını müəyyən etmək
-
 
saxlayıcının  planda  və  kəsikdə  bütün  ölçüləri  göstərilməklə 


~ 202 ~ 
qrafiki təsvirini vermək.  
Cədvəl 4.12 
Saxlayıcının ölçülərinin və onun sahəsindən istifadənin 
hesabatı 
Məhsul 
Kütləsi, 
ton 

kl
ənm
ə 
h
əc
mi
-
n
in
 tu
tu
m
u

to
n
 
Saxlayıcının ölçüləri, 

Sahə, m
2
 
Sah
əd
ən
 is
tifa
d
ə 
əm
salı,
 q
,-

 
uzun-
luğu 
eni 
hündür-
lüyü 
ümumi  yararlı 
 
 
 
 
 
 
 
 
 
 
Xüsusi ventilyasiya səthi əmsalını (k) hesablamaq üçün aşağı-
dakı formuldan istifadə olunur: 
 
)
(
)
(
3
2
m
O
m
K


 
 
burada: O – dolabda (tranşeydə, burtda) məhsulun həcmi, m
3

  
 Π – məhsulun ventiliyasiya təsir edən bütün tərəflərinin  
 sahəsi, m
2

 
4.2.7. Kartof, tərəvəz və meyvələrin spesifik keyfiyyət 
göstəricilərinin təyini 
Zədələnmiş məhsulun xarici görünüşündə özünü biruzə vermə-
yən  gizli  xüsusiyyətləri,  daxili  quruluşu,  yetişkənlik  dərəcəsini 
(qarpızda)  müəyyən  etmək  üçün  məhsulun  keyfiyyətinə  dağıdıcı 
nəzarətə  yol  verilir.  Bu  zaman  götürülmüş  nümunələr  kəsilir. 
Kəsilməyə məruz qoyulan məhsulun miqdarı meyvə və tərəvəzin 
növündən  asılı  olub,  standartla  tənzimlənir.  O  cümlədən  təyin 
etmək üçün: 
-
 
Kartof yumrularında  fitoftora ləkəli dəmirov zədəsinin olma-
sı  birləşdirilmiş  nümunədən  50  yumrunun  kəsilməsi  ilə  təyin 
edilir. Yalnız bircə dənə yumruda zədələnmə tapılırsa əlavə olaraq 
azı 10% nümunə kəsilir


~ 203 ~ 
-
 
Çuğundurda  açıq  həlqə  birləşdirilmiş  nümunə  kütləsinin 
10%-i kəsməklə yoxlanır; 
-
 
Soğan və sarımsağın zərərverici və xəstəliklərlə gizli zədələn-
məsi birləşmiş nümunələr azı 50 soğanağın kəsilməsi ilə müəyyən 
olunur; 
-
 
Xiyarın  daxili  vəziyyətini  öyrənmək  üçün  azı  20  meyvə 
uzununa kəsilir; 
-
 
Badımcanın daxili vəziyyəti birləşdirilmiş nümunə kütləsinin 
3%-i kəsməklə yoxlanır; 
-
 
Qarpız və yemişin yetişmə dərəcəsini birləşdirilmiş nümunə-
dən 20±2% meyvələrin vaqon, avtomobillərdə nəql olunduqda da 
həmin miqdarı barjlarda nəql olunduqda 10±1% kəsilir. 
Alma lətinin, armud və narın çatışmazlığını təyin etmək üçün 
birləşdirilmiş nümunədən 3 kq kəsilə bilər. 
Seçmə nəzarət nəticəsində alınan birləşdirilmiş nümunələr çə-
kilir, baxılır və göstəricilər üzrə fraksiyalara sortlaşdırılır. Bu işlər 
məhsul  növünə  uyğun  müəyyən  olunmuş  standartlarla  yerinə 
yetirilir. 
Təzə meyvə və tərəvəzlərin keyfiyyəti ümumi və spesifik gös-
təricilərə  görə  qiymətləndirilir.  Ümumi  göstəricilərə  xarici  görü-
nüş  və  iriliyi;  spesifik  –  yalnız  həmin  məhsul  növünə  xas  olan 
göstəricilər, məsələn, üzüm salxımının vəziyyəti, kələm başlarının 
sıxlığı və təmizliyi və s. 
Sortlaşdırmada hər bir göstəriciyə görə nöqsansız və həmçinin 
nöqsanlı  nüsxələrin  olması  müəyyən  edilir.  Məhsulun  hər  hansı 
keyfiyyət göstəricisinin standartın yaxud digər normativ sənədlə-
rin  tələblərinə  uyğun  olmaması  nöqsan  sayılır.  Əgər  həmin  nöq-
sanlar məhsulun qala bilməsinə və istifadəsinə təsir göstərməzsə - 
əhəmiyyətsiz;  məhsulun  əmtəəlik  görkəmini  və  qala  bilməsini 
pisləşdirərsə - əhəmiyyətli; əmtəənin məqsədinə uyğun istifadəsi-
nə əsaslı dərəcədə təsir göstərərsə - böhranlı hesab olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə