Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.

səhifə1/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   66


 
 
 
HASİL FƏTƏLİYEV 
 
 
 
 
 
 
 
 
 
 
 
BİTKİÇİLİK MƏHSULLARININ SAXLANMASI VƏ  
EMALI TEXNOLOGİYASI FƏNNİNDƏN 
 PRAKTİKUM 
 
 
 
 
DƏRS VƏSAİTİ 
 
 
 
 
 
 
 
 
 
 
BAKI  - 2013 


~ 2 ~ 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 oktyabr 2012-
ci il tarixli 1665 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş və 
qrif verilmişdir. 
 
Elmi redaktor
texnika üzrə elmlər doktoru Vüqar 
Şahbaba oğlu Mikayılov  
 
Rəy verənlər:        
Biologiya üzrə elmlər doktoru, professor  
       
Əhəd Əli oğlu Nəbiyev 
 
  
Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent  
 
Firuddin Nəsrəddin oğlu Cəfərov 
 
 
Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent  
 
Qurban Yusif oğlu Məmmədov 
 
 
Texnika elmləri üzrə fəlsəfə doktoru  
 
Mehman Telman oğlu İsmayılov  
 
Hasil Kamaləddin oğlu Fətəliyev (texnika üzrə elmlər doktoru, 
professor)Bitkiçilik məhsullarının saxlanması və emalı 
texnologiyası fənnindən praktikum. Dərs vəsaiti, Bakı, “Elm”, 
2013, ___ səh. 
 
Dərs vəsaitində dən və dən məhsullarının fiziki-kimyəvi və orqanoleptik 
təhlil metodları və onların aparılma qaydaları əks olunmuşdur. Eyni zamanda 
təzə  və  emal  olunmuş  bitkiçilik  məhsullarının  dəyər  və  keyfiyyətinin  təhlil 
üsulları,  onun  yerinə  yetirilmə  metodikaları  verilmiş,  müxtəlif  bitki  konserv-
lərinin laboratoriya şəraitində hazırlanması və analiz metodları şərh olunmuş-
dur. Bitkiçilik məhsullarının saxlanması və emalı zamanı baş verən proseslər, 
hesabatların  aparılması,  müxtəlif  tip  saxlayıcılarda  saxlanma  rejiminin 
tənzimlənməsi,  saxlayıcıların  tələb  olunan  tutumunun  hesabatı  kimi  praktik 
məsələlərə yer verilmişdir. 
Vəsait “Qida məhsulları mühəndisliyi”, “aqronomluq”, “aqrokimya və 
aqrotorpaqşünaslıq”  ixtisaslarında  təhsil  alan  tələbələr  üçün  nəzərdə 
tutulmuşdur.  Bu  vəsaitdən  həmçinin  magistr  və  doktorantlar,  elmi  işçilər, 
istehsalat nümayəndələri də istifadə edə bilərlər.  


~ 3 ~ 
ÖN SÖZ
 
 
Ölkəmiz 20 ildən çoxdur ki tarixi müstəqilliyinə qovuşmuşdur. 
Bu müddətdə həyatımızda dərin dəyişikliklər baş vermiş, təhsili-
miz yeniləşmiş və indi də islahatlar uğurla davam etdirilməkdədir. 
Belə bir şəraitdə müasir dövrün tələblərinə cavab verən yeni təd-
ris vəsaitlərinin yazılması və istifadəyə verilməsi xüsusi aktuallıq 
kəsb  edir.  Bu  baxımdan  bitkiçilik  məhsullarının  saxlanması  və 
emalı  texnologiyası  fənni  üzrə  tədris  vəsaitlərinin  çatışmazlığı 
hiss olunmaqdadır. Belə ki, sahəyə dair iri həcmli dərslik 2010-cu 
ildə işıq üzü görmüşdür. Lakin burada əsasən nəzəri məsələlər öz 
əksini tapmış, praktik və laborator təhlillər şərh olunmamışdır. Bu 
isə  tələbələrin  praktik  vərdişlərə  yiyələnməsinə  əngəl  olan  amil 
kimi  dəyərləndirilməlidir.  Bu  vəsaitin  yazılması  qeyd  olunan 
zərurətdən qaynaqlanmışdır.  
Praktikum girişdən və dörd fəsildən ibarətdir. Girişdə sahə üz-
rə mövcud olan vəziyyət, mütərəqqi saxlanma, emal üsul və qur-
ğularından bəhs edilmiş və problemlərə toxunulmuşdur. 
Birinci fəsil dən və dən məhsullarının keyfiyyətinin qiymətlən-
dirilməsi  adlanır.  Burada  dən  və  dən  məhsullarından  orta  nümu-
nənin təşkili, fiziki-kimyəvi, orqanoleptik analiz metodları və on-
ların  aparılma  qaydaları  əks  olunmuşdur.  Taxıl,  toxumu  yağlılar, 
yarma, un və çörəyin keyfiyyət göstəricilərinin təyini üsulları ve-
rilmişdir. 
İkinci  fəsildə  təzə  və  emal  olunmuş  bitkiçilik  məhsullarının 
keyfiyyətinin təhlil üsulları və onların yerinə  yetirilmə metodika-
ları şərh olunmuşdur. Bu bölmə bitki məhsullarının dəyər və key-
fiyyətinə  təsir  edən  mühüm  təhlil  metodlarını  aşılamağa  yönəl-
mişdir. 
Üçüncü  fəsil  meyvə-tərəvəz  konservlərinin  hazırlanmasına  və 
keyfiyyətinin qiymətləndirilmə üsul və metodlarına həsr olunmuş-
dur. Bu bölməni mənimsəyən tələbə laboratoriya şəraitində müx-
təlif meyvə və tərəvəzlərdən fərqli çeşiddə emal məhsulları hazır-
lama vərdişlərinə yiyələnəcək və onların tərkibinin təhlilini apara 


~ 4 ~ 
biləcəkdir. 
Dördüncü  fəsil  bitkiçilik  məhsullarının  saxlanması  və  emalı 
zamanı  baş  verən  proseslərin  öyrənilməsinə  və  onlara  dair  hesa-
batların  aparılmasına  həsr  olunmuşdur.  Burada  sadə  və  stasionar 
saxlayıcılar,  onlarda  saxlanma  rejimlərinin  tənzimlənməsi,  saxla-
yıcılara  tələb  olunan  sahənin  və  saxlanma  üçün  tutumların  he-
sabatı və s. kimi praktik məsələlər öz əksini tapmışdır. 
Yuxarıdakılara  əsaslanaraq  qeyd  etmək  olar  ki,  praktikum 
nəinki ixtisas üzrə təhsil alan bakalavr və magistrantlar, həmçinin 
elmi  işçilər  və  bu  sahədə  çalışan  mütəxəssislər    üçün  də  yararlı 
ola bilər. 
Vəsaitdə  yol  verilən  qüsur  və  çatışmazlıqlara  görə  oxucudan 
üzr istəyir və onları göstərənlərə əvvəlcədən öz minnətdarlığımızı 
bildiririk. 
 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə