Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

~ 11 ~ 
üçün  ayrılmış  hissəsinə  orta  nümunə  deyilir.  Əgər  əsas  nümunə 
kiçik partiya taxıldan götürülüb, cəmi 2-4 kq olarsa, özü orta nü-
munədir. Əsas nümunə 4 kq-dan artıq olarsa, onu qarışdırıb ondan 
orta nümunə ayrılır. Bu məqsədlə əsas nümunə hamar səthə tökü-
lüb qarışdırılır. Sonra xırda toxumlu dənlər 1,5 sm, nisbətən irilər 
5  sm  qalınlığında  kvadrat  formasında  düzlənir.  Dioqanal  xətlər 
keçirməklə 4 üçbucağa bölünür. Hər iki üçbucaq götürülür, qalan-
lar  isə  kənar  edilir.  Bu  əməliyyat  2  kq  miqdarında  orta  nümunə 
qalanadək davam etdirilir.  
2  kq  orta  nümunədən  dənin  keyfiyyət  göstəricilərini  təhlil  et-
mək üçün çəkili hissələr ayrılır (şəkil 1.1). 
 
1.2. D
ənin texnoloji xüsusiyyə
tl
ə
rinin 
qiym
ə
tl
ə
ndirilm
ə
si 
Buğda və arpanın texnoloji xassələrini əks etdirən göstəricilər 
şərti olaraq 3 qrupa bölünür: dənin ümumi vəziyyətini əks etdirən 
göstəricilər, un üyünmə və çörək bişirmə göstəriciləri. 
Dənin ümumi vəziyyəti. Dənin rəngi, iyi, nəmliyi, zibillənmə-
si,  yoluxması  və  s.  göstəricilərlə  qiymətləndirilir.  Bunlar  dövlət 
standartına daxil olub, tədarük kondisiyasını (bazis və məhdudiy-
yət) müəyyən edir. Bu göstəricilər nəzərə alınmaqla, dən partiya-
sının dövlətə satışı hazırlanır.  
Dənin rəngi və parlaqlığı. Dənin xarici görünüşünün, o cümlə-
dən,  rənginin  və  parlaqlığının  dəyişməsində  mikroorqanizmlər 
fəal  rol  oynayır.  Bu  zaman  rəngdə  qara  xallar  (qara  bakterioz), 
çəhrayı rəng (fuzarium konidilərinin yaranması ilə), ruşeymin qa-
ralması (gelmintosporiumun inkişafı nəticəsində) kimi dəyişiklik-
lər müşahidə olunur. Bəzən dən partiyasında göbələklərin sporları 
ilə dolu kisəciklər olur və onların dağılmasından yaranan sporlar, 
dənə çirkli forma verir. 
 


~ 12 ~ 
 
 
Şəkil 1.1. Dənin analiz üçün çəkili hissələrə ayrılması 
 
Dən  yüksək  nəmli  şəraitdə  saxlandıqda,  saprofit  mikroorqa-
nizmlərin bir çox nümayəndələri üçün əlverişli şərait  yaranır. Bu 
vaxt bəzi dənlərin üzərində bakteriyaların,  yaxud kif göbələkləri-
nin koloniyaları yaranır və nəticədə dən parlaqlığını itirərək xallı 
forma  alır.  Öz-özünə  qızışmada,  düzgün  qurudulmadıqda  və  s. 
hallarda da dənin tutqunlaşması baş verir.  
Dənin və toxumun rəngi, gündüz işığında tədqiq olunan nümu-
nənin  etalonla müqayisəsi  ilə  müəyyən olunur.  Yuxarıda göstəri-
lənlərlə əlaqədar, normal rəngdən kənara çıxmalar müşahidə olu-


~ 13 ~ 
nan dənləri dən, yaxud zibil qarışıqlarına aid edirlər. 
Dənin  iyi.  Hər  bitki  dəninin  özünəməxsus  iyi  vardır.  Normal 
iyin dəyişmə səbəblərini iki qrupa bölmək olar: 1.Dənin sorbsiya 
xüsusiyyəti;  2.Dənin  kimyəvi  tərkib  komponentlərinin  parçalan-
masına səbəb olan proseslər. 
Birinci  qrupa  -  efir  yağlarının  iyləri,  dən  kütləsinin  işlənməsi 
zamanı əmələ gələn iyləri və dənlə davranma qaydaları pozulduq-
da yaranın təsadüfi iyləri aid etmək olar. Üyünmək üçün asanlıqla 
kənar  olunan  iylərə  (efir  yağları)  malik  dənlər,  xüsusi  icazə  ilə 
qəbul  oluna bilər. Neft  məhsullarının  təmizlənməyən iyinə  malik 
dənlərin qəbuluna icazə verilmir. 
İkinci qrup iylər, dən kütləsində baş verən bioloji proseslər nə-
ticəsində  yaranır.  Bu  qrupa  -  anbar  iyi,  səməni  iyi,  boğunuq  iyi, 
zərərvericilərlə  əlaqədar  yaranan iylər  aiddir. Anbar iyi,  dən küt-
ləsini uzun müddət qarışdırmadan saxladıqda yaranır. Bu iyin ya-
ranmasının əsasında anaerob tənəffüsün aralıq məhsullarının sorb-
siyası  durur.  Havalandırıldıqda  asanlıqla  kənar  olunduğundan  bu 
iy dənin keyfiyyətinə təsir etmir. 
Səməni iyi kəskin ətirli olub, dəndə yüksək nəmlikdə baş verən 
fizioloji-biokimyəvi  və  mikrobioloji  proseslər  nəticəsində  əmələ 
gəlir. Bu iylə əlaqədar, dəndə amin birləşmələrinin və asan oksid-
ləşən maddələrin miqdarının yüksəldiyi müşahidə olunmuşdur. 
Boğunuq  və  kifli-boğunuq  iy  davamlı  və  xoşa  gəlməyəndir. 
Dənin düzgün saxlanmaması zamanı mikroorqanizmlərin, xüsusi-
lə də kiflərin inkişafı nəticəsində əmələ  gəlir. Göbələklərin həyat 
fəaliyyəti  və  həmçinin  dənin  azotlu  maddələrinin  parçalanmasın-
dan yaranan məhsullar xoşagəlməz iyə malik olub, dəndə və hətta 
ondan alınan un və çörəkdə saxlanmış olurlar.  
Dən  ehtiyatındakı  zərərvericilərin  inkişafı  nəticəsində  yaranan 
iylər, çürüntü iyi verirlər. Zərərvericilərin məhsulları və cəsədləri 
ilə dən çirkləndikdə, eləcə də öz-özünə qızışmada bu iylərə təsa-
düf olunur. 
Səməni, boğunuq və kifli-boğunuq iyə malik olan dənlər yalnız 
xüsusi icazə ilə qəbul olunurlar. 
İylər bütöv və ya üyüdülmüş dəndə təyin olunur. Dəni nəfəslə 


~ 14 ~ 
isidib iyləməklə iyi təyin etmək mümkündür. İyin hiss olunmasını 
gücləndirmək məqsədilə, 100 q dəni tor üzərinə töküb isti buxarın 
üzərində  2-3  dəqiqə  saxlayırlar.  Bəzən  dənin  üzərinə  60-70
0

temperatura  malik  isti  su  tökür,  2-3  dəqiqə  saxlayıb,  suyu  axıdır 
və dəni iyləyirlər. Hər iki halda dəndən çıxan buxar, özü ilə bəra-
bər kənar iyləri də çıxarır və onların təyin olunması asanlaşır. 
Dənin  dadı.  Dənin  xarici  görünüşü  və  iyi  -  dən  partiyasının 
«təzəliyi»  haqqında  kifayət  qədər  anlayış  verir.  İyin  təyinində 
şübhələr qaldıqda dənin dadı təyin olunur. Normal dənin dadı zəif 
bilinməklə, o çox vaxt şirin, efir yağlılarda isə ətirli olur. Normal 
daddan  kənara  çıxmalar  orqanoleptik  üsulla  təyin  olunur.  Bu 
məqsədlə qarışıqlardan təmizlənmiş və əzilmiş 2 q dən götürülüb, 
ağızda çeynənilir. Tam yetişməmiş, şaxta vurmuş, eləcə də cücər-
miş dənlər normal daddan fərqlənən şirin dada malik olurlar. 
Absintin  qlikozidinə  malik  yovşan  bitkisinin  hissəcikləri  ilə 
çirklənən dən acı dad verir. Belə dənlər yalnız xüsusi icazə ilə də-
yirmanlara  qəbul  olunub,  ciddi  təmizləndikdən  və  yuyulduqdan 
sonra emal olunurlar. 
Kiflər  inkişaf  etmiş  dənlər  turş  dada  malik  olub,  həmin  dad 
adətən boğunuq iylə müşayət olunur.  
Dənin zibillənməsi (qarışıqların miqdarı),  ərzaq, yem və bota-
niki məqsədli dəndəki qarışıqların, onun kütləsinə görə faizlə ifa-
də olunan miqdarıdır.  
Dən  partiyasının  gözlə  görünən  bütün  kütləsi  (canlı  zərərve-
ricilər  buraya  daxil  edilmir)  üç  əsas  qrupa  bölünür:  əsas  dənlər 
(toxumlar), dən qarışığı və zibil qarışığı. Əsas dənlərə - əsas bitki-
nin  normal  dənləri;  yüngülcə  zədələnmiş  və  qırılmış  (endosper-
masının çox hissəsini saxlamış) dənlər, əsas bitki dənlərindən də-
yərinə görə aşağı olmayan digər mədəni bitki dənləri aiddir. 
Dən  qarışığı  fraksiyasına  deformasiyaya  uğramış,  yetişməmiş, 
qurutma  və  qızışmada  zədələnmiş,  endospermanın  az  yarısı  qal-
mış dənlər və həmçinin digər mədəni bitki dənləri daxildir. 
Zibil  qarışığı  fraksiyasına  üzvi  və  mineral  qarışıqlar,  xarab 
olmuş dənlər, zərərli qarışıqlar; əsas dənə dən və zərərli qarışıqla-
ra aid edilməyən mədəni və yabanı bitki toxumları daxildir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə