Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

~ 8 ~ 
BİRİNCİ FƏSİL
 
D
ə
n v
ə
 d
ə
n m
əhsullarının
 keyfiyy
ə
tinin 
qiym
ə
tl
ə
ndirilm
ə
si 
1.1. 
Analiz üçün
 orta 
nümunə
nin 
götürülmə
 
qaydası
 
Dənli bitki  məhsulları öz tərkiblərinə  görə eynicinsli  deyildir. 
Ona görə də təhlil üçün götürülən nümunə bütün məhsulu əks et-
dirməlidir.  Təşkil  olunan  orta  nümunə  2-4  kq  ola  bilər.  Bütün 
dənlər orqanoleptik qiymətə görə eynidirsə (dadı, rəngi, iyi) bun-
lara eyni tipli toxum partiyaları deyilir. Dən kütləsi daimi saxlayı-
cılara tökülməzdən qabaq onların keyfiyyət göstəriciləri yoxlanır. 
Dən saxlayıcılarında dən kütləsi sortuna, kateqoriyasına, sinif, tip, 
rütübət və zibillik dərəcəsinə görə ayrı-ayrı  yerləşdirilir. Labora-
toriyada  götürülmüş  nümunənin  üzərində  təhlil  aparılaraq  bu  və 
ya digər partiya taxılın keyfiyyəti öyrənilir. Bu işlər Dövlət Stan-
dartına  uyğun  yerinə  yetirilir.  Orta  nümunə  bütün  partiya  taxılın 
keyfiyyətini xarakterizə etməlidir. 
Bir ilin məhsulundan olub, eyni sort, reproduksiya və təmizlik 
dərəcəsinə malik olan əkiləcək, saxlanılacaq toxumun  miqdarına 
toxum partiyası deyilir. 
Nümunənin  götürülməsində  müxtəlif  şuplardan  istifadə  edilir. 
Bunlar: vaqon  və ya anbar şupları, silindrik şuplar və kisə şupları 
olmaqla 3 qrupa bölünür. 
Onlardan ən geniş yayılanı vaqon şuplarıdır. Bu şup ilə işlədik-
də o bağlı formada dən kütləsinin içərisinə salınır, qolunu qaldır-
maqla şupun qapağı qalxır və stəkanı dənlə dolur. Şup dən kütlə-
sinin  içərisindən  çıxarılaraq  brezent  üzərinə,  qaba  və  ya  kisəyə 
boşaldılır. 
Silindrik şup biri digərinin içərisinə geydirilmiş iki latun boru-
dan  ibarətdir.  Daxildəki  boru  kameralara  bölünmüşdür.  Hər  iki 
borunun  üzərində  kameranın  sayı  qədər  pəncərələr  vardır.  Daxili 
borunun qurtaracağında taxtadan əl dəstəyi vardır. Şup bağlı for-
mada  dən  kütləsinə  daxil  edilir,  əl  dəstəyini  hərəkət  etdirməklə 


~ 9 ~ 
hər  iki  borunun  üzərindəki  gözcüklər  bir-birinin  üzərinə  salınır. 
Kamera dolduqdan sonra əl dəstəyini hərəkət etdirməklə pəncərə-
lər bağlanır. 
Silindrşəkilli  şup  bir dəfədə toxum  partiyasının hər təbəqəsin-
dən dən götürülməsində olduqca əlverişlidir. Lakin bu halda pən-
cərələr  bağlandıqda  kameralarda  qırıq  dənlərin  miqdarı  artmış 
olur. Bu da süni sürətdə partiyada qırıq dənlərin  miqdarını artırır 
ki, nəticədə qırıq dən zibil qarışığı kimi hesab edilir. 
Kisə şupları kisələrdən nümunə götürülməsi üçün istifadə edi-
lir. İşçi hissəsinin uzunluğu 20-30 sm, əl dəstəyinin uzunluğu 10 
sm-dir. Şup işlədilmədikdə taxta futlyarın içərisində saxlanılır. 
Nümunə hissəciyinin götürülməsi. Şup vasitəsilə toxum parti-
yasından bir dəfədə götürülmüş dənin miqdarına nümunə hissəci-
yi deyilir. 
İlk dəfədə dənin eyni tipli olmasını yoxlamaq lazımdır. Nümu-
nə hissəciyi toxum partiyasının ilk dəfə yuxarı, sonra orta və nə-
hayət aşağı qatından götürülür.Avtomobildən 5 nöqtədən (4 künc-
dən və ortadan) və iki qatdan 10 nümunə hissəciyi götürülür.  
 
Toxumluq dənlərdən 15 nümunə hissəciyi  götürülür (5 nöqtə-
dən və 3 təbəqədən). 16,5 tonluq vaqonlardan (bir qat yük tutan) 5 
nöqtədən və 3 təbəqədən nümunə götürülərək aralarında fərq ol-
madıqda bir  yerə tökülür. 33 tonluq vaqonlardan  (iki qat  yük tu-
tan)  8  nöqtədən  (3  kq-a  yaxın)  nümunə  götürülür.  50  tonluq  va-
qonlardan (üç qat  yük tutan) 11 nöqtədən 4,5 kq nümunə götürü-
lür. 
+                    +  
           + 
+                    + 
+         +         +  
      +        + 
+         +         + 
16,5 tonluq 
   24  n.h. 
33 tonluq 
   15  n.h. 


~ 10 ~ 
Anbardan  nümunə  götürdükdə  dənin  üst  hissəsi  təqribən  100 
m
2
-lik kvadrat seksiyalara bölünür. 
Hər seksiyanın 5 yerindən 3 təbəqədən ibarət nümunə götürü-
lür. Nümunə hissəciklərinin cəmi kütləsi ən azı 2 kq olmalıdır.  
Kisələrdən  nümunə  kisə  şupları  vasitəsilə,  üst,  orta  və  aşağı 
hissələrdən  götürülür.  Kisədən  nümunə  hissəciyi  götürmək  üçün 
kisənin ipləri ehtiyatla aralanaraq şup 40-45
0
 bucaq altında kisəyə 
salınır və nümunə götürülür (kisələrdən nümunə götürüldükdə on-
ları kəsməyə və açmağa icazə verilmir).  
Kisələrin sayından asılı olaraq götürüləcək nümunə hissəciklə-
rinin miqdarı cədvəl 1.1-də verilir. 
Cədvəl 1.1 
Toxum partiyasında kisələrin miqdarından asılı olaraq nümunə 
götürüləcək kisələrin sayı 
Toxum partiyasında kisələrin 
miqdarı 
Nümunə götürüləcək kisələrin 
miqdarı 
1-2 
Hər kisədən 
3-6 
Hər kisədən bir 
7-11 
Hər 3 kisədən bir 
12-19 
Hər 4 kisədən bir 
20-30 
Hər 5 kisədən bir 
31-41 
Hər 6 kisədən bir 
42-56 
Hər 7 kisədən bir 
57-71 
Hər 8 kisədən bir 
72-90 
Hər 9 kisədən bir 
91-100 və 100-dən yuxarı 
Hər 10 kisədən bir 
 
Əsas nümunənin təşkili. Nümunə hissəciklərinin cəminə əsas 
nümunə deyilir. Nümunə hissəciyi brezent və ya faner stol üzərinə 
tökülərək diqqətlə yoxlanır. Dənlər eyni tiplidirsə, onları torbaya 
töküb möhkəm qarışdırmaq lazımdır. Kisənin içərisinə yarlıq qo-
yulur  və  orada  bitkinin  adı,  sortu,  tipi,  yığım  vaxtı,  müəssisənin 
adı, dən saxlayıcılarının, vaqonun nömrəsi, bütün partiyanın çək-
isi,  nümunə  qeyd  olunmalıdır.  Əsas  nümunə  çox  olduqda  bölmə 
yolu ilə ondan orta nümunə ayrılır. 
Orta  nümunənin  təşkili.  Əsas  nümunənin  laboratiyada  təhlili 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə