Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   66

~ 5 ~ 
GİRİŞ
 
 
Statistik məlumatlara görə respublikamızda ildə adambaşına 71 
kq meyvə və tərəvəz istehlak edilir. Dünyanın əksər inkişaf etmiş 
ölkələrində bu göstərici 190 kq-a çatır. Ekspertlər bunu həmin öl-
kələrdə kifayət qədər saxlayıcıların olması və əhalinin ilboyu bə-
rabər səviyyədə təmin edilə bilməsi ilə izah edirlər. 
 Bitkiçilik  məhsullarının  bir  çoxunun  yetişmə  mövsümü  eyni 
vaxta təsadüf  etdiyindən bazarlarda həmin məhsullar üzrə  bolluq 
yaranır. İstehsalçılar məhsulu ya dəyər-dəyməzinə satır, ya da zay 
edərək atmaq məcburiyyətində qalırlar. Bu gün tərəvəz, meyvə və 
kartofun səmərəli saxlanması əhalinin həmin məhsullarla təmina-
tının  yaxşılaşdırılmasında  vacib  mənbəə  olub,  bu  yolla  15-20% 
əlavə  məhsul  əldə  etmək  olar.  Odur  ki,  tarixən  məhsulların  sax-
lanmasının düzgün təşkili üçün əmək sərf edilmiş və müəyyən nə-
ticələr əldə olunmuşdur. 
Hazırda  bitkiçilik  məhsullarının  saxlanması  üçün  ənənəvi 
(klassik)  və  müasir  üsullardan  istifadə  olunmaqdadır.  Ənənəvi 
üsullardan  quyuda,  xəndəkdə,  kəpəkdə,  qarda,  buzda,  bandaqda 
saxlanmanı  və  s.  göstərmək  olar.  Eyni  zamanda  anbarlarda  və 
xüsusi  təchiz  olunmuş  soyuducu  anbar  kompleksləri  olan  stasio-
nar saxlayıcılarda da məhsul saxlanır. 
Bölgələrdə  mövcud  olan  müasir  dən  saxlayan  və  emal  edən 
müəssisələr - elevatorlar çox böyük məhsuldarlığa (25-40 min ton 
və  daha  çox)  malik  olub,  yalnız  iri  təsərrüfatların  istifadə  etməsi 
üçün əlverişli ola bilər. Bu baxımdan kooperasiya haqqında qanu-
nun qəbul edilməsi müsbət hal kimi dəyərləndirilə bilər. 
Ənənəvi üsullarla saxlanma zamanı rejimi tənzimləmək olmur, 
xəstəlik və zərərvericilərlə yoluxma ehtimalı və son nəticədə itki-
lər çox olur.  
Müasir  saxlanma  üsullarında  ilk  növbədə  saxlanma  rejiminin 
tənzimlənməsinə və saxlayıcılar daxilində hermetikliyə nail olun-
malıdır (yəni, hava daxil olması və çıxmasını istisna edən şəraitə). 
Saxlayıcılar daxilində temperatur, nisbi rütubət və havalanma baş-


~ 6 ~ 
qa sözlə, saxlanma rejimi tənzimlənməlidir. 
Azərbaycanda  regionlarin  sosial-iqtisadi  inkişafına  dair  qəbul 
olunmuş Dövlət Proqramlarında emal və saxlanma sahələrinin ya-
radılması və inkişafı prioritet kimi müəyyən olunmuşdur. 
Bunun  nəticəsidir  ki,  son  illərdə  regionlarda  onlarla  soyuducu 
anbar  tikilmiş  və  bu  işlər  indi  də  davam  etdirilməkdədir.  Yalnız 
onu qeyd  etmək lazımdır ki,  son  bir neçə il  ərzində Sahibkarlığa 
Kömək  Milli  Fondu  tərəfindən  soyuducu  anbar  komplekslərinin 
tikintisinə milyonlarla manat güzəştli kredit ayrılıb. Fondla yanaşı 
Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  «Aqrolizinq»  ASC  də  bu  sa-
həyə  xeyli  vəsait  qoyulmuşdur.  Belə  ki,  ASC  tərəfindən  2005-ci 
ildən bəri dövlət vəsaiti hesabına xaricdən çoxlu sayda soyuducu 
kamera  dəstləri  gətirilmişdir.  Belə  soyuducu-saxlayıcılarda  hər 
məhsula  uyğun  mikroiqlimin  formalaşdırılması  və  nizamlanan 
qaz mühitinin yaradılması ilə məhsulun uzun müddətli və keyfiy-
yətli  saxlanması  mümkün  olur.  Lakin  təəssüflə  qeyd  olunmalıdır 
ki,  bu  sahədə  də  bir  sıra  çatışmazlıqlar    vardır.  Belə  saxlayıcılar 
artıq MDB ölkələrindən deyil, qərbdən gətirilən avadanlıq və tex-
nologiya ilə işləməlidir. Həmin saxlayıcılarda bəzən saxlanma re-
jiminin təmin oluna bilməməsi, nizamlanan qaz mühitinə və her-
metikliyə  nail  olunmaması  üzündən  tonlarla  məhsul  xarab  olub 
sıradan  çıxır.  Çox  vaxt  belə  qurğuların  qurulması  və  istismarı 
üçün mütəxəssislər xaricdən gətirilir. 
Ən geniş yayılmış mütərəqqi saxlanma üsul və rejiminə soyuq 
şəraitdə  və  nizamlanan  qaz  mühitində  (NQM)  saxlama  aiddır. 
Bunların birgə tətbiqi, yəni soyuducularda nizamlanan qaz mühi-
tində saxlanma daha yaxşı nəticə verir. 
Adətən  NQM-də  temperatur  0-4
0
C, nisbi rütubət 90-95% ara-
sında tənzimlənir. Bu zaman normal (burada O
2
 qatılığı  11-16%, 
CO
2
-5-10%, azotun qatılığı 79%), subnormal (azot 92-97%, O
2
-3-
5%, CO
2
-0-5%) mühitlər istifadə olunur. 
Son  vaxtlar  NQM-də  saxlanmanın  daha  müasir  texnologiyası 
işlənib hazırlanmışdır. Burada oksigenin ultra aşağı miqdarı ULO 
(Ultra  Low  Oxygen)  yaradılan  mühitdən  geniş  istifadə  olunur. 
Müəyyən olunmuşdur ki, oksigenin aşağı miqdarı şəraitində (O
2
-


~ 7 ~ 
1,0-1,5%; CO
2
-0-2%) meyvənin bərkliyi, təzəliyi, turşuluğu daha 
yaxşı  saxlanır,  yanıq  ehtimalı  aradan  qalxır.  Digər  üsul  mövcud 
texnologiyadır  ki,  (Traditional  Controlled  Atmosphere)  burada  
O
2
-3-4% və CO
2
-3-5% miqdarında dəyişir. 
CO
2
  ilə  şok  işlənmə  (CO
2
  Shosk  treatment)  texnologiyası  da 
mövcuddur.  Bu  halda  saxlanmadan  əvvəl  meyvələr  müəyyən 
müddət yüksək CO
2
 atmosferində (30%-ə qədər) təsirə məruz qo-
yulur.  Belə  işlənmə  yetişməni  ləngidir,  təzəlik  saxlanır,  çürümə 
prosesi ləngiyir və yanıq əmələ gəlməsi azalır. 
Məhsulun  saxlanmasının  müxtəlif  üsullarını  birləşdirmək  iqti-
sadi baxımdan daha sərfəlidir.  İlk 3-4 ay ərzində almanın adi so-
yuducuda  saxlanması  məqsədə  uyğundur.  Realizəyə  veriləcək 
məhsul  3-6  ay  normal  qaz  mühitində  müvəffəqiyyətlə  saxlanır. 
Realizəyə  çox  vaxt  qaldıqda  məhsulu  subnormal  qaz  mühitində 
saxlamaq daha səmərəlidir.  
Meyvə və tərəvəzlər üçün kameranın NQM ilə tutumu soyudu-
cuların  ümumi  tutumunun  10-20%-ni  təşkil  edə  bilər.  Bəzən  bü-
tün kameraları NQM ilə saxlamağa imkan verən qurğularla təchiz 
olunmuş  soyuducuların  tikilməsi  məqsədə  uyğun  sayılır.  Adətən 
onları iri meyvə-tərəvəz bazalarında tikirlər. 
Bu kirab, bitkiçilik məhsullarının saxlanması və emalı zamanı 
keyfiyyətin qiymətləndirilmə metodlarının mənimsənilməsinə, sa-
hə üzrə mövcud olan boşluqların aradan qaldırılması və yeniliklə-
rin  aşılanmasına  və  ümumilikdə  müasir  səviyyəli  mütəxəssislər 
hazırlığında müəyyən rol oynaya bilər. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə