Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

~ 214 ~ 
Zonanın adı 
Orta tempe-
ratur 
0

Ölçülər, m 
burtlar 
tranşeylər 
eni 
Xəndəyin 
dərinliyi 
eni 
Dərinliyi 
Cənub 
+9-4 
1,2-1,4 
0-0,2 
0,6-1,0 
0,5-0,6 
Qərb 
-5-8 
1,5-2,0 
0-0,2 
0,8-1,2 
0,6-0,8 
Orta 
-9-12 
2,0-2,2 
0,2-0,4 
0,8-1,2 
0,9-1,2 
Ural, 
Volqaboyu 
-13-17 
2,3-2,5 
0,3-0,6 
1,0-1,5 
1,0-1,5 
Qərbi Sibir 
-18-20 
2,5-2,3 
0,3-0,6 
1,0-2,0 
1,0-1,5 
 
Tranşey üçün lazım olan sahə də belə hesablanır. Lakin bu za-
man yolun eni 6 m, keçidin eni 4 m götürülür.  
Burt  və  tranşeyə  uzun  müddətli  saxlanmaq  üçün  yalnız  tam 
sağlam  və  sahədə  yığılarkən  sortlaşdırılmış  kartof  və  tərəvəzlər 
qoyulur. Kök, digər kökümeyvəlilər, həmçinin də kələm xəndəyin 
divarları 6
0
C-yə qədər soyuduqda tranşeyə yerləşdirilir.  
Burt  və  tranşeydə  kartof  və  digər  tərəvəzləri  yerləşdirdikdən 
sonra onların  temperaturunun ölçülməsi  əhəmiyyət  kəsb  edir.  Bu 
məqsədlə  burt  termometri,  yaxud  içərisində  termometr  yerləşdir-
mək  imkanı  olan taxta  borudan  istifadə  olunur.  Hər  burta  30-40
0
 
bucaq  altında 2 termometr  yerləşdirilir:  1-ci  məhsulda daha  yük-
sək temperaturu ölçmək üçün ortada; 2-ci daha aşağı temperaturu 
müəyyən etmək üçün burtun oturacağında 30 sm məsafədə qoyu-
lur. Tranşeydə yalnız onun orta hissəsində yerləşdirilməklə 1 ter-
mometr qoyulur.  
 
4.2.12. Daimi meyvə-tərəvəz saxlayıcıların tutumunun təyin 
olunması 
Məqsəd – daimi saxlayıcıların faktiki tutumunun təyin edilmə-
sini öyrənmək. 
Tapşırıq. Konkret məhsul növü üçün saxlayıcıların tutumunun 
təyini. İlkin məlumatlar müəllim tərəfindən verilir. 
Material və avadanlıqlar: tapşırıq variantları olan kartlar. 
İşin izahı və gedişi.
 
Əsaslı (daimi) saxlayıcılarda saxlanma da-
ha müasir saxlanma metodudur. 


~ 215 ~ 
Daimi  saxlayıcıların  tutumuna,  planlaşdırılma  xüsusiyyətinə, 
saxlanma  rejiminin  tənzimlənmə  sisteminə,  mexanikləşdirmə  və 
məhsulun  yerləşdirilməsinə  görə  fərqlənən  çoxsaylı  tipləri  möv-
cuddur. 
Şirəli  məhsullar  üçün  saxlayıcılar  birmərtəbəli  yeraltı  yaxud 
yerüstü  binalardır.  Komplekslər  özlərini  qəbul,  yığımdan  sonra 
yetişmə  və  realizədən  qabaq  işlənmə  və  məhsulun  saxlanması 
üçün olan binalar kimi göstərir (şəkil 4.2). 
Daimi  saxlayıcıların  bütün  layihələri  inşaat  binaları  yaxud 
binalarda  bölmələr  kimi  olub,  planda  ölçüləri  6x36,  12x36, 
18x36, 24x36 yaxud 6x12 və 6x18 m təşkil edir. 
 
  Şəkil 4.2. Saxlayıcıların planlaşdırılma sxemi 
a) ilə yarımdərinləşdirilmiş mərkəzi yol ilə;  
b) yerüstü – məhsulu başdan-başa tərəcələrə yükləməklə; 
v) yerüstü – məhsulu konteyner yaxud qutu altlıqlarında  
yerləşdirməklə; 
q) soyuducu – məhsulun əmtəəlik  
işlənməsi üçün bina ilə 
 
Bölmə və binaların hündürlüyü 3,6; 4,8 və 6,0 m, saxlayıcıla-
rın tutumu – 100, 200, 300, 500, 1000, 1500 t olub, həm bölmənin 
ölçülərindən, həm də məhsul yığımının yüksəkliyindən asılıdır. 
Bölmələr komplekslərin tutumundan asılı olaraq koridorun bir 


~ 216 ~ 
yaxud hər iki tərəfində yerləşir. 
Daimi  saxlayıcılarda kartof və tərəvəzlər dolabda tökülməklə, 
tərəcə  yaxud  qablarda  (konteyner  və  qutularda,  qutu  altlıqlarına 
və  tərəcələrə  yığılmaqla)  saxlanır.  Yüklənmədə  açıq  topalar  böl-
mənin bütün sahəsinə bərabər səviyyədə formalaşdırılır ki, sıxlığı-
na görə fərqli sahədə əmələ gəlməsin. Əks halda havanın bərabər 
sürətdə  keçməsi  pozulur.  Yığımlar  (topalar)  formalaşdırıldıqda 
onun 0,4-0,6 m dərinliyində termotənzimləyicilər və termometrlər 
qoyulur. Temperatura nəzarət etmək üçün məhsulun yuxarı hissə-
sinə lövhədən şit qoyulur. Belə üsulla saxlanmada temperatur-rü-
tubət rejimi fəal havalandırılmaqla tənzimlənir. 
Topalarla  açıq  tökülməklə  kartof,  kökümeyvəlilər,  soğan,  kə-
ləm  saxlayırlar.  600  kq  tutuma  malik  konteyner  və  qutu  altlıqla-
rında  kartof,  kökümeyvəlilər,  soğan,  kələm;  25-30  kq  tutumlu 
qutularda  –  soğan,  yerkökü  saxlanır.  Texnoloji  layihələndirmə 
normalarında  kartof  və  çuğundurun  2,5-5,0  m  hündürlükdə,  kök 
və soğan 2-3 m, kələm: bərk başlar – 2,5-3,0 m, yumşaq – 2,0-2,5 
m, baş soğan – 0,7-1,5 m hündürlükdə açıq şəkildə tökülərək sax-
lana bilər. 
Əgər saxlayıcı təbii havalandırılandırsa, onda dolabı 3x3, 3x6 
m  və  yüklənmə  yüksəkliyini  0,8x2,2  m,  fəal  havalandırılan 
olarasa isə 6x6 m və 3,5-4,0 m hündürlükdə götürürlər. 
Dolablar divarların və nəqliyyat keçidlərinin uzunu boyu quru-
lur.  Məhsulla  tərəcələr  uzununa  mərkəzi  keçiddən  divara  qədər 
yerləşdirilir.  Bu  zaman  arada  0,6-1,0  m  keçid  qoyulur,  kartof  və 
saxlanan tərəvəzlərlə tərəcələrin hündürlüyü 4-6 konteyner olur. 
Qutu altlıqlarında qutu paketləri 3-4 mərtəbədə yığılır. Bu za-
man  tərəcənin  yuxarı  hissəsi  ilə  saxlayıcının  aşağı  konstruksiya-
ları arasında 0,5-0,8 m, tərəcənin  yuxarı hissəsi ilə havalandırma 
axınları – 2 sm, qutu altlıqları, konteynerlər – 5-10 sm, tərəcələr 
arasındakı künc keçidlər – 0,6-0,7 m məsafə qoyulur. 
Yüklənmə işlərini yerinə yetirmək üçün arabacıq yaxud nəqlet-
diricilər üçün – 1,5-2,0 m, yükləyicilər üçün – 3,5-4,0 m, avtomo-
bilin girməsi üçün – 4,5-6,0 m keçidlər qoyulur. 
Kartof, tərəvəz və meyvələr uzun müddətli saxlanmaya sortuna 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə