Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

~ 207 ~ 
lıq çəkilmələrin sayı qədər artırılmalıdır.  
Hər  çəkilmədən sonra nəzarət  torlarının bir hissəsi  də saxlan-
madan çıxarılır.  
Texnoloji  çıxdaş  – saxlanmada xəstəlik və zərərvericilərlə bir 
qədər zədələnmiş, donmuş və s. məhsullardır. Lakin uyğun hazır-
lanmalardan sonra həmin məhsul hissəsi istifadə oluna bilər.  
Mütləq qalıq o məhsul hesab olunur ki,  tamamilə xəstəliklərə 
yoluxmaqla  (kartof  yumrularının  cücərtiləri,  kökümeyvəlilər,  so-
ğan,  saxlanmadan  sonra  kələm  başının  yarpaqlarının  bir  hissəsi 
təmizlənir) istifadə üçün yararsız olur. 
Texnoloji çıxdaş və mütləq qalıq nümunənin standartda nəzər-
də tutulan əmtəəlik təhlil metodları ilə yerinə yetirilir. Analizlərin 
nəticəsində təsərrüfat daxili akt tərtib olunur. Bu akta uyğun ola-
raq göstərilən növ itkilər silinir. Normadan yüksək itkiləri törədən 
səbəblər göstərilir.  
Müxtəlif  saxlanma  üsullarında  kartof,  tərəvəz  və  meyvələrdə 
kütlə  itkisi  yalnız  standart  məhsul  üçün  nəzərdə  tutulan  təsdiq 
olunmuş normalara uyğun silinir.  
Toxumluq  materialın  saxlanmasında  kütlə  itkisi  hər  ay  üçün 
ayrıca silinir,  yaxud ərzaq məqsədli meyvə və tərəvəzlərin  möv-
sümün sonunadək realizə olunması halında silinmənin bütün sax-
lanma dövrü üçün aparılmasına icazə verilir. 
Normadan yüksək hədlərdə silinməyə icazə verilmir.  
Kütlə  itkisi  həmin  ay  saxlanan  məhsulun  orta  miqdarına  görə 
müəyyən  olunur.  Məhsulun  orta  miqdarı  cəmi  aşağıdakı  şəkildə 
təyin  etməklə  müəyyən  olunur:  həmin  ayın  1-nə  olan  məhsulun 
miqdarının  yarısı,  11-nə  olan məhsulun hamısı,  21-nə olan məh-
sulun hamısı və növbəti ayın 1-nə olan məhsulun yarısı cəmlənə-
rək üçə bölünür və həmin ay üçün məhsulun orta miqdarı tapılır. 
Məsələn süni soyudulmayan saxlayıcılarda aprelin 1-də 400 t yer-
kökü,  11-də-350,  21-də-280,  mayın  1-də-200  ton  olmuşdur.  Ap-
reldə yerkökünün orta miqdarı belə olacaqdır: 
 
(400:2+350+280+200:2):3=310 ton. 
 


~ 208 ~ 
Norma üzrə aprel ayı üçün 1,2% yaxud 3,72 ton kütlə itkisi si-
linə bilər. 
Saxlanma  prosesində  qida  maddələrinin  tənəffüsə  və  meyvə-
tərəvəzin  xəstəliklərlə  yoluxmasında  sərf  olduğundan  məhsulun 
əmtəəlik keyfiyyəti aşağı düşür, lakin bu dövrdə bəzi məhsul növ-
lərinin keyfiyyətinin yaxşılaşması müşahidə olunur. Belə ki, alma 
və armudun qışlıq sortları saxlanmada yetişir, bu isə konsistensi-
yasının,  dadın,  rəngin  yaxşılaşması  və  əmtəəlik  keyfiyyətinin 
yüksəlməsi ilə müşayiət olunur.  
 
4.2.10. Texnoloji göstərcilərə görə tərəvəz saxlayıcılarının 
qiymətləndirilməsi (kənarda keçirilən dərs) 
Məqsəd – müxtəlif tip saxlayıcılarla tanışlıq. 
Tapşırıq.  Saxlayıcıların  təsviri,  aşağıdakı  sxem  üzrə  onların 
qiymətləndirilməsi. 
1)
 
Saxlayıcıların ümumi səciyyəsi
2)
 
Saxlayıcıların yerləşməsinin səciyyəsi
3)
 
İnşaat – konstruksiya göstəriciləri; 
4)
 
Havalandırma sistemi; 
5)
 
Məhsulun yüklənmə, boşaltma və əmtəəlik işlənməsi işlə-
rinin mexanikləşdirilməsi
6)
 
Saxlanma rejiminə nəzarət. 
İşin  izahı  və  gedişi.  1.  Saxlayıcıların  ümumi  təsviri  özündə 
saxlanan  məhsulun  növünə  saxlayıcının  tutumuna,  binanın  sahə-
sindən  istifadə  əmsalına  və  yerləşdiyi  yerə  qiymətləndirilməsini 
əhatə edir. Burada layihə təşkilatının adı, tipik layihənin nömrəsi, 
saxlayıcının tikinti ili göstərilir. Saxlanmanın vacib iqtisadi göstə-
ricilərindən biri də saxlayıcının tutumundan istifadə əmsalıdır. O, 
binanın  həcminin  yük  tutumuna  (m
3
/t)  nisbətini  göstərir.  Əmsal 
nə qədər aşağı olarsa, saxlayıcının həcmindən bir o qədər səmərəli 
istifadə olunur. Belə ki, saxlanmada həcmdən istifadə əmsalı kon-
teynerdə  saxlanan  kartofla  8-10,  dolabda  5-7,  arakəsməsiz  açıq 
topalarla dolabda 3-4 olur.  
2. Saxlayıcının  yerləşmə yerinin səciyyəsində onun işığa tərəf 
meyilli,  istehsal  və  realizə  yerinə  yaxınlığı,  yeraltı  yolların  möv-


~ 209 ~ 
cudluğu və vəziyyəti göstərilir. 
3. Daha vacib konstruktor – tikinti göstəricilərinə saxlayıcının 
planlaşdırılması  aiddir.  Çox  vaxt  dolab  saxlayıcı  divarı  boyunca 
yerləşdirilir,  mərkəzdə  yol  yaxud  keçid  qoyulur.  Bu  məhsulun 
yüklənib, boşaldılması və nəql etdirilməsi üçün nəqliyyatdan isti-
fadə etməyə imkan verir. 
Dərinlik  dərəcəsinə  görə  saxlayıcılar  yerüsütü,  yeraltı  və  ya-
rımyeraltı olmaqla qruplaşdırılır. Saxlayıcıların xüsusi bir qrupu-
nu birmərtəbəli zirzəmili saxlayıcılar təşkil edir.  
Saxlayıcının  konstruktor  –  tikinti  xüsusiyyətlərinə  baxılması 
özündə divar, arakəsmə, çardaq, döşəmənin qurulmasının təsvirini 
əks etdirir. Bu halda onların tikildiyi material, isti izoleedici qatı, 
onun markası, arakəsmə tipi göstərilir. 
4.  Havalandırma  sistemini  səciyyələndirdikdə  onun  fəaliyyət 
prinsipi  göstərilir.  Təbii  havalandırmanı  səciyyələndirərkən  daxil 
olan və çıxan hava borularının ölçüləri və ara məsafələri müəyyən 
edilməlidir.  Bu  göstəricilər  bir  tipli  saxlayıcılarda  təbii  havalan-
dırma sisteminin səmərəliliyini müqayisə etməyə imkan verir. 
Məcburi  havalandırmanın  əsas  səciyyəsi  hava  mübadiləsinin 
qısalığı,  başqa  sözlə  saxlayıcıdakı  havanın  xaricdəki  ilə  tam  də-
yişməsi 1 saat müddətindədir. Müasir saxlayıcılarda ventilyatorla-
rı elə məhsuldarlıqda qoyurlar ki, onlar 20-30 qat hava mübadiləsi 
təmin etsin.  
Bu  halda  saxlayıcıya  hava  ventilyatorunun  köməyilə  verilir, 
təbii havalandırma prinsipi ilə kənar olunur. 
Fəal havalandırmada hava məhsul kütləsindən aşağıdan yuxarı-
ya  əsdirilir.  Saxlanan  kartof  yaxud  tərəvəzlərin  bütün  kütləsində 
eyni  optimal şərait  yaradılır ki,  bu üsulda hava tərəcədə olan hər 
məhsul  nüsxəsini  ayrıca  vura  bilir.  Fəal  havalandırmanın  əsas 
göstəricisi  hava  ötürməsinin  xüsusi  çəkisi,  başqa  sözlə  1  saatda 
saxlanan məhsulun hər fonundan keçən məhsulun miqdarıdır. Ha-
valandırmanın  bərabər  səviyyədə  verilməsinə  hava  paylayıcının 
yerləşməsi  və  konstruksiyası,  topa  qatının  yüksəkliyi,  tərəcələrin 
məsaməliyi, məhsulda qarışıqların miqdarı təsir göstərir. 
Fəal havalandırma sistemini təsvir etdikdə havalandırma kanal-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə