Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

~ 195 ~ 
sinin yuxarı və aşağı zonasında ən azı 2 termometr qurulması töv-
siyə edilir.  
Böyük həcm və soyuducu aqreqatlara malik fəal havalandırılan 
saxlayıcılarda havanın temperaturuna nəzarət etmək lazımdır:  
1) hava paylayıcı kanalda;  
2) məhsul tərəcəsinin aşağı zonasında, tərəcənin əsasından 0,2 
m yüksəklikdə;  
3) məhsul tərəcəsinin orta zonasında;  
4) tərəcənin yuxarı zonasında, üst qatdan 0,3-0,5 m dərinlikdə;  
5) məhsul tərəcəsinin üzərində.  
Belə saxlayıcılarda sürətli soyuducu termometrlərlə temperatu-
ra  nəzarət  nəinki  mümkündür,  həm  də  səmərəlidir.  Ona  görə  də 
onlarda  müqavimət  termometri  və  termoparlar  tətbiq  olunur. 
Müqavimət  termometrlərinin  fəaliyyət  prinsipi  mühitin  tempera-
turu dəyişdikdə onlardan keçən cərəyanın elektrik hərəkət qüvvə-
lərinin  dəyişməsindən  ibarətdir.  Termoparlarda  elektrik  cərəyanı 
əmələ gəlir ki, onun da qiyməti temperaturlar fərqindən asılı olur.  
Müqavimət  termometri  və  termoparlar  saxlayıcılarda  uzaqdan 
temperatura  nəzarət  imkanı  verir.  Xüsusilə  də  o  vacibdir  ki,  mü-
qavimət  termometrləri  və  termoparlar  havalandırma,  soyutma  və 
qızdırıcı qurğuların işinin avtomat idarəedilmə sisteminin tənzim-
ləyici elementləri ola bilər. Termoparlarla qəbul edilən temperatur 
dəyişkənliyi  elektrosiqnallara  çevrilir,  bunlar  isə  ventilyator  və 
digər  qurğuları  işə  salır və  yaxud  da  işini  dayandırır,  havaverici-
nin klapanlarını açır və bağlayır və s. 
Burt  və  tranşeylərdə  məhsul  saxlandıqda  temperaturu  ölçmək 
üçün ağac borularda termometrlər qoyulur. Sənayedə xüsusi burt 
termometrləri buraxılır.  
Havanın nisbi rütubəti bir çox meyvə və tərəvəz növləri üçün 
saxlayıcılarda  85-95%  həddində  dəyişir.  Soyuducu  elementlərdə 
suyun donması zamanı saxlayıcılarda nəmlik azala bilir. Bu halda 
havanın  nəmləndirilməsi  aparılmalı  və  məhsuldan  nəmliyin  bu-
xarlanmasının  qarşısını  almaq  üçün  onun  polimer  pərdələrlə  bü-
külməsi aparıla bilər.  
Tapşırıq 2. Saxlanma zamanı məhsulun tərləmə şəraitinin təh-


~ 196 ~ 
lili 
Havanın  nisbi  rütubətinə  nəzarət  etmək  üçün  Avqust  və 
Assman  psixrometrləri  tətbiq  olunur.  Onlar  «quru»  və  «yaş»  ter-
mometrlərdən  ibarətdir.  «Yaş»  termometrin  quru  ilə  müqayisədə 
göstəricisi nə qədər az olarsa, deməli havanın nisbi rütubəti bir o 
qədər  azdır.  Assman  psixrometrinə  nəmliyin  buxarlanmasının 
stabilləşdirilməsi  üçün  havanın  daimi  axınını  təmin  edən  kiçik 
yay ventilyator bərkidilmişdir.  
Avqust psixrometri ventilyatorsuz olduğundan onu sərbəst ha-
va axını daxil olan yerdə  yerləşdirmək lazımdır. Hava durğunlu-
ğunda onun göstəricisi dəqiq alınmır, çünki bu zaman  «yaş» ter-
mometrin  diyircəyindən  nəmliyin  buxarlanması  pozulur.  «Quru» 
və  «yaş»  termometrlərin  temperatur  fərqlərinə  əsasən  cədvəldən 
istifadə edərək havanın nisbi rütubəti təyin edilir. Havanın nəmli-
yinə nəzarət etmək üçün həmçinin tük hiqroqrafından istifadə olu-
nur.  Burada  təyin  etmənin  nəticələri  kağız  lentdə  qeyd  olunur. 
Hiqroqrafları müntəzəm şəkildə dəqiq psixrometrə görə yoxlamaq 
lazımdır.  
Meyvə  və  tərəvəzlərin  saxlanma  texnologiyasında  məhsulun 
tərləməsinin qarşısının alınması vacib əhəmiyyət kəsb edir, çünki 
bu, məhsulun tez xarab olmasının əsas səbəblərindəndir.  
Mühitin  qaz  tərkibinə  nəzarət  meyvə  və  tərəvəzlərin  polimer 
pərdələrdə  qablanması  və  nizamlanan  qaz  tərkibli  mühitli  saxla-
yıcılarda  saxlanması  zamanı  aparılan  vacib  əməliyyatlardandır. 
Bu məqsədlə hermetik qablamadan 2 üsulla qaz nümunəsi götürü-
lür (şprislə yaxud qaz pipetkası ilə).  
Tapşırıq 3. Polietilen pərdəli qablamadan qaz nümunəsi götür-
mək  üçün  buna  ştuser  bərkidilməsi.  Saxlanan  meyvə  yaxud  tərə-
vəz  qablamasından  qaz  nümunəsinin  götürülməsi  və  onun  qaz 
tərkibinin təhlili. 
Qaz nümunəsi götürmək üçün tutumu azı 100 ml olan tibb ya-
xud  baytar  şprislərindən  istifadə  etmək  olar.  Şprisin  iynəsi  ilə 
pərdə deşilir və o qablamanın daxilinə salınır. Bu halda porşen iy-
nəyə  yaxın vəziyyətdə olmalıdır. Sonra porşen ehtiyatlı hərəkətlə 
şprisin  silindrinə  qaz  doldurulur.  İynənin  deşiyi  dərhal  lentlə 


~ 197 ~ 
yapışqanlanır yaxud iynə rezin tıxaca salınır. Şprislə qaz numunə-
sinin götürülməsinin çatışmazlığı qablamanın hermetikliyini poz-
masıdır. Ona görə də onun istifadəsi imkan daxilində məhdudlaş-
dırılmalıdır.  
Qaz nümunəsi  götürülməsinin nisbətən mütərəqqi  yolu  qabla-
maya  yerləşdirilən xüsusi ştuserlərdən istifadə olunmasıdır. Qab-
lamaya bərkidilmiş ştuserə zeqers qaz pipetkası birləşdirilir. O isə 
nasos yaxud su aspiratorları ilə əlaqəlidir.  
Oksigen və karbon qazının miqdarına görə qaz analizi müxtəlif 
tipli həcmi qaz analizatorlarında yerinə yetirilir.     
 
4.2.4. Saxlanacaq məhsulin miqdarının, soyuduculara və 
qablara tələbatın hesabatı 
Saxlanmaq  üçün  nəzərdə  tutulan  kartof,  tərəvəz  və  meyvənin 
miqdarını təyin etmək üçün hər hansı təsərrüfat yaxud müəssisə-
nin  ərzaq,  yem  və  əkin  materialı  (anaclıq)  kimi  nə  qədər  şirəli 
məhsula tələbatı olmasını bilmək lazımdır.  
Ərzaq  məqsədli  məhsula  tələbatı  aşağıdakı  formulla  hesabla-
yırıq: 
 
12
2
1
C
K
K
N
Ç
M





 
 
burada: Ç - təsərrüfatda yaşayan əhalinin sayı; 
N - əhalinin hər adambaşına düşən illik fizioloji norma –  
ölçü vahidi; 
K
1
- təbii itkilər nəzərə alınma əmsalı; 
K
2
- çıxdaş və qalıqların nəzərə alınma əmsalı; 
C - uzun müddətli saxlanmaya qoyulan məhsulun istehlak  
olduğu ayların miqdarı. 
Saxlanmaq  üçün  lazım  olan  tutumun  müəyyən  olunması  üzrə 
bütün  hesabatların  əsasında  1  m
3
  məhsulun  orta  kütləsi  durur. 
Məhsul  açıq  (naval)  tökülərək  saxlandıqda  həmin  göstərici  məh-
sulun sıxlığına bərabər olur. Tərəvəzləri konteynerlər yaxud qutu-
larda  saxladıqda  yük  həcmi  adlandırılan  hissə  nəzərdə  saxlanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə