Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

~ 186 ~ 
 
Keyfiyyətinə  görə  III  sinfin  tələblərinə  cavab  verməyən  bərk 
buğda dənləri yumşaq buğdadan 10% yüksək qiymətə satılır. 
Əgər  bərk  buğdada  15%-dən  çox  digər  buğda  tipləri  dənləri 
olarsa,  onda  belə  buğda  tiplər  qarışığı  adlanır  və  yumşaq  buğda 
qiymətinə satılır. 
Hesabat  fəaliyyətdə  olan  bazis  kondisiyasına  görə  aparılır. 
Lakin I, II və III sinif dənlərin natura çəkisinə görə pul əlavəsi və 
güzəştləri tətbiq olunmur. 
Nəmliyinə, zibil və dən qarışıqlarına, zərərvericilərlə yoluxma-
sına  görə  bərk  buğda  məhdudiyyət  kondisiyası  həddində  olma-
lıdır. 
Dən qarışıqlarından arpa, çovdar və cücərmiş dənlərin olması-
na yol verilir (cəmi): I və II siniflərdə – 2,2%, o cümlədən, cücər-
miş – 0,5%, III sinifdə isə – 4%, o cümlədən, cücərmiş – 3%. 
Yüksək  sinifin  tələblərini  ödəməyən  bərk  buğda  uyğun  aşağı 
sinfə  keçirilir,  III  sinfə  uyğun  gəlməyənlər  isə  sinifsiz  hesab 
olunur (cədvəl 4.8). 
Cədvəl 4.8 
Bərk büğdanın keyfiyyət 
göstəricisi 
Siniflər üçün norma 

II 
III 
Natura çəkisi azı, q/dm

770 
746 
745 
Başqa tip buğda dənlərinin 
miqdarı, % 
10 
15 
15 
Dəndə kleykovinanın miqdarı, % 
28 
25 
22 
Kleykovinanın keyfiyyəti 
2-ci qrup 
 
III sinfin tələblərinə cavab verməyən digər buğda tipləri qarışı-
ğından ibarət buğda tiplər qarışığı hesab olunur (bərk buğdaya aid 
edilmir). 
Qüvvəli  buğda  sortları  dənləri  yumşaq  buğdanın  qiymətlərini 
aşağıdakı miqdarda üstələyən tədarük qiymətləri ilə satılır: 
 
1-ci qrup nəm kleykovinanın 
miqdarı (%-lə) 
Yüksəlmə miqdarı 
(%-lə) 
28-31 
30 


~ 187 ~ 
32 və yüksək 
50 
 
Daha  qiymətli  və  qüvvəli  buğda  sortları  kleykovinanın  aşağı 
miqdarı  ilə  yumşaq  buğda  üçün  müəyyən  olunmuş  qiymətdən 
10% artıq qiymətə satılır. Lakin bu halda buğda ən azı 25% nəm 
kleykovinaya  və  2-ci  qrupdan  aşağı  olmayan  keyfiyyətə  malik 
olmalıdır. 
Qüvvəli  və  daha  qiymətli  sortların  siyahısı  adətən  aidiyyatı 
yüksək  təşkilatlar  tərəfindən  müəyyənləşdirilir  və  bu  tələblər 
xüsusi standartlarla normalaşdırılır. 
Onlara aşağıdakı tələblər qoyulur: 

 
Şüşəvariliyi - 60%; 

 
Natura  çəkisi  (q/dm
3
)  -  yumşaq  buğda  üçün  müəyyən 
olunmuş bazis kondisiyasından aşağı olmamaqla; 

 
Kleykovinanın miqdarı - azı 28%; 

 
Kleykovinanın keyfiyyəti - azı I qrupa aid; 

 
Cücərən dənlərin miqdarına görə - 1%-ə qədər; 

 
Çətin ayrılan qarışıqlara görə - 2%-dən çox olmamaqla; 

 
Digər  tip  buğda  qarışıqlarına  görə  -  10%-dən  çox  olma-
maqla; 

 
Nəmliyə, zibil və dən qarışıqlarına, həmçinin dən zərərve-
ricilərinə  yoluxmaya  görə  –  məhdudiyyət  kondisiyasından  aşağı 
olmamalıdır. 
 
4.2. Kartof

t
ə
r
ə
v
ə
z
 
v
ə 
meyv
ə
nin
 
saxlanma
 
rejimi
 
4.2.1. Meyvə və tərəvəzlərin soyuducuda saxlanması 
Meyvə  və  tərəvəzlərin  davamlı  saxlanmasında  soyuducuların 
düzgün və öz vaxtında hazırlanması ən vacib şərtlərdəndir. Məh-
sulun  saxlanmaya  qoyulmasından  10-15  gün  əvvəl  profilaktiki 
təmir  işləri  başa  çatdırılmalı,  soyuducu  avadanlıqlar  və  soyutma 
sisteminin  nasazlığı  yoxlanmalı,  kamerada  havanın  ventilyasiya 
və nəmləndirilməsi, avtomat qurğular və nəzarət-ölçü cihazları və 
digər  çoxlu  sayda  hazırlıq  tələb  edən  qurğular  və  məsələlər  yox-


~ 188 ~ 
lanılmalı və sahmana salınmalıdır.  
Meyvə  və  tərəvəzlərin  soyuducu  kameralarda  anbarlaşdırma 
üsullarını seçdikdə soyuducunun sahəsindən (tutumundan) istifa-
dənin  sərfəliliyi,  həmçinin  kameranın  yük  tutumunda  istilik  mü-
badiləsi  və  texnoloji  rejim  parametrlərinin  dəqiq  tənzimlənməsi-
nin səmərəli imkanları nəzərə alınmalıdır.  
Kameranın  tutumundan  səmərəli  istifadə  etmək  üçün  qutular 
bir-birini  bağlama  şəklində,  yastı  yaxud  dayaq  qutu  altlıqlarına 
yığılır (hərəsinə 20-25 qutu №3 yaxud 45-50 ədəd №2) və sonra 
onlardan  davamlı  ştabel  qurulur.  Sonradan  ştabelləşdirilən  kon-
teynerlərdən  istifadə  olunması  daha  məqsədəuyğundur.  Kontey-
nerlərdə saxladıqda kameranın təqribən 1 m
3
 yararlı sahəsinə 400 
kq, qutularda saxladıqda isə 250-300 kq yük düşür. Ştabelləmənin 
hündürlüyü  5,5  m  tövsiyə  edilir,  lakin  kameranın  hündürlüyün-
dən,  mexanikləşdirmə  vasitələrinin  parametrlərindən  və  təhlükə-
sizlik texnikası qaydalarından asılı olaraq bu hündürlük artırıla bi-
lər.  Düzgün  ştabelləmə  üsulu  kameranın  hər  yerində  havanın  və 
bərabər səviyyədə maneəsiz dövr etdirilməsini təmin etməli, key-
fiyyətə nəzarət etmək üçün xidməti heyətə bütün məhsul partiya-
sına  daxil  olmaq  imkanı  verməlidir.  Hər  iki  ştabeldən  bir  60-70 
sm  enində  keçid,  qutu  bağlamaları  (konteynerlər)  arasında  5-10 
sm yer qoyulur. Divarla ştabel arasındakı məsafə 30 sm olmalıdır. 
Meyvə  və  tərəvəzlərin  soyuducuda  işlənmə  texnologiyasına 
əvvəlcədən məhsulun soyudulması, daha doğrusu məhsul yüklən-
dikdən  sonra  onun  qısa  müddətli  (bir  neçə  gündən  1-2  ayadək), 
yaxud  uzun  müddətli  (2-10  ay)  saxlanma  məqsədi  üçün  nəzərdə 
tutulub-tutulmamasından  asılı  olaraq,  dərhal  və  sürətli  soyudul-
ması  aparılır.  Meyvə  və  tərəvəzlərdə  tənəffüs  intensivliyini  və 
onunla  əlaqədar  olan  biokimyəvi  prosesləri  sürətlə  zəiflətmək, 
həmçinin  suyun  buxarlanmasının  və  fitopatogen  mikroorqanizm-
lərin inkişafının qarşısını almaq üçün  əvvəlcədən soyutma vacib-
dir.  Yığımdan  dərhal  sonra  soyutma  meyvə  və  tərəvəzlərin  qida 
və bioloji dəyərinin, dad keyfiyyətinin, əmtəəlik görkəminin sax-
lanmasına təminat olub, son nəticədə onların nəql edilməsinin və 
sonrakı saxlanmasının rentabelliyini yüksəldir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə