Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

~ 171 ~ 
olunmaqla  qiymətləndirərək  dequstasiya  vərəqi  doldurulur.  Tələ-
bələrdən  biri  komissiya  rəhbəri  funksiyasını  yerinə  yetirərək 
ümumi protokol tərtib edir. 
Qiymətləndirmənin əsasında aşağıdakı prinsip durur: keyfiyyə-
tin hər göstəricisi 5 balla qiymətləndirilir.  Bu qiymət  göstəricilə-
rin  əmsal  ədədinə  vurulur,  onun  keyfiyyətin  yekun  qiymətində 
rolu nəzərə alınır. Bu zaman yekun qiymət 10 balı keçməməlidir.  
10-9 bal  arasında  əla keyfiyyətli  məhsul, 8-9 bal  yaxşı  və  7-8 
bal  kafi  qiymətləndirilir.  Qeyri-kafi  məhsul  kənar,  xas  olmayan 
dad, ətir fitopatogen və fizioloji nöqsanlarla xarakterizə olunur. 
Hər tələbə dequstasiya vərəqi doldurur. 
 
Dequstasiya vərəqi nümunəsi 
Göstərici  
İr
iliy
i  
Fo
rm
asın
ın
 d
üzlü

 
Xar
ici
 cə
lb
ed
iciliy

R
ən

in
ten
siv
liy

R
ən
glili
yin
 bə
rab
ər
 
yay
ılm
ası
 
Dad
  
Ətir
  
Ör


 to
x
u
m
an
ın
 
ko
ns
is
ten
siy
ası
 
L
ətin
 k
on
sis
ten
siy
ası
 
Üm
um
i q
iy
m
ət
 
Əhəmiyyətlilik əmsalı  0,15  0,1  0,2  0,15  0,1  0,6  0,4  0,1  0,2 
 
Nümunə №1 
Qiymət 









 
Cəmi 
qiymət 
0,6 
0,5 
0,8 
0,6 
0,5 
2,4 
2,0 
0,4 
1,0 
8,8 
Nümunə №2 
Qiymət 
 
 
 
 
 
 
 
 
 
 
Cəmi 
qiymət 
 
 
 
 
 
 
 
 
 
 
 
Hər  hansı  «qeyri-kafi»  qiymət  verilən  keyfiyyət  göstəricisinin 
qiyməti  verən  komissiya  üzvü  tərəfindən  izah  olunması  arzu 
olunandır. 
Sonda  komissiya  sədri  iclasın  təqdim  olunan  formada  yekun 
protokolunu tərtib edir. 
 


~ 172 ~ 
 
Məhsulun  keyfiyyətinin  orqanoleptik  qiymətləndirilməsi  xam-
mal  və  hazır  məhsulun  yeyilməsinə  dair  tez  və  tam  etibarlı 
məlumat  verir.  Təcrübədə  analitik  metodlar  da  tətbiq  olunur. 
Onlar kimyəvi, fiziki və fiziki-kimyəvi olmaqla fərqləndirilir. 
 
 
 
Protokol nümunəsi 
 
Dequstasiya  komissiyasının  ________  201__-ci  il  tarixli 
iclasının protokolu 
İştirak  edir:  (komissiya  üzvlərinin  siyahısı).  Qapalı 
dequstasiya  qiymətləri  nəticəsində  (məhsul  növü)  miqdarında 
(göstərilir) nümunələr aşağıdakı şəkildə qiymətləndirilmişlər. 
 
№ 
Nümunənin adı 
Orta qiymət (hər bir 
dequstatorun qiymətinin 
cəminin onların sayına 
bölünməklə tapılır) 
Qeyd  

 
 
 

 
 
 

 
 
 
 
Qiymtələndirmədən  aşağıdakı  nümunələr  çıxdaş  hesab 
olunaraq (səbəbi göstərilməklə) kənar edilmişdir. 
 
İmzalar  
 


~ 173 ~ 
DÖRDÜNCÜ FƏSIL
 
Bitkiçilik məhsullarının saxlanması zamanı baş 
ver
ə
n prosesl
ə
r v
ə
 
aparılan hesabatlar
 
4.1. D
ə
nli bitki m
əhsullarının saxlanması
 
4.1.1. Xırman təsərrüfatı, meydançanın ölçülərinin hesabatı 
Bu məqsədlə  əvvəlcə  bu  və  ya  digər  bitki  dənlərinin gündəlik 
daxil olmasının maksimum mümkünlüyü müəyyən edilir: 
 
C
K
Y




,  
 
burada: Π – dənin xırmana gündəlik daxil olması, tonla; 
Y – məhsuldarlıq, t/ha; 
K – yığım texnikasının miqdarı, ədəd; 
C – yığım texnikasının orta gündəlik məhsuldarlığı, ha. 
Dənin  xırmana  daxil  olma  qrafikini  qurmalı.  Bu  halda  absis 
oxunda  təqvim  günləri  (ilk  döyülmə  günündən  başlayaraq),  or-
dinat  oxunda  isə  eyni  vaxtda  yığılan  hər  dənli  bitkinin  gündəlik 
xırmana daxil olan dəninin miqdarı əks olunur. 
Misal:  təsərrüfatda  ümumi  sahəsi  4400  ha  olan  növbəli  əkin 
tarlası  aşağıdakı  növbələşmə  ilə  mövcuddur:  qara  herik    (1100 
ha), payızlıq buğda (1100 ha), darı (300 ha), dənlik qarğıdalı (800 
ha), vələmir (1100 ha). Əkinlərin orta çoxillik məhsuldarlığı: yaz-
lıq buğda – 3,0; darı  - 2,0; dənlik qarğıdalı 3,5 və vələmir – 1,8 
ton/ha. 
Orta  çoxillik  dən  yığımı  uyğun  olaraq  belə  olur:  3300,  600, 
2500, 1980 ton.  
Aqreqatın sutkalıq məhsuldarlığını müəyyən edərək, dənin xır-
mana  daxil  olmasının  toplayıcı  –  paylayıcı  hərəkət  qrafikinin 
tərtibinə  başlanır.  Bu  zaman  nəzərdə  saxlanılır  ki,  istənilən  dən 
kütləsinin yığımdan sonra işlənməsinə toxum materialından başla-
nır. Təsərrüfatın toxuma tələbatı – payızlıq buğda – 120 ton, vələ-
mir – 80 t, darı 5 t. 
Dənin  xırmanda  maksimum  yığılması  göstəricisinə  əsaslana-
raq, qeyd edə bilərik ki, baxılan misalda bu 15 iyula 2487 ton təş-


~ 174 ~ 
kil  edir.  Orada  payızlıq  buğdanın  payı  368  ton,  vələmirinki  isə 
2129  t  olur  ki,  bunun  əsasında  dən  yığımının  ümumi  uzunluğu 
hesablanır. O təmiz halda payızlıq buğda üçün 100, vələmir üçün 
556 m təşkil edir. Buntların optimal uzunluğu üçün edilən məkan 
izolyasiyası,  həmçinin  hərəkət  keçidlərinin  cəmi  uzunluğu  720 
mm-dək artır. Əsas xırmanın sahəsi 7200 metrə (xırman sahəsinin 
10 metr enliyində) bərabər olur.  
Dənin  daxil  olması  ilə  paralel  şəkildə  onun  işlənməsi  (emalı), 
dövlətə satışı və saxlanmaya qoyulması (sərfiyyatı) prosesi gedir.  
Sərfiyyatı təyin etdikdə vacib parametr kimi təsərrüfatda möv-
cud olan bütün  dən təmizləyən və qurudan mexanizimlərin istis-
mar  məhsuldarlığı  götürülür.  O,  ilk  növbədə  yığım  nəmliyindən 
və  xırmana  daxil  olan  dən  kütləsindəki  qarışıqların  miqdarından 
asılıdır. Odur ki, dən kütləsinin vəziyyətinin göstəricilərinin təyin 
olunması və cədvəldə (cədvəl 4.1) əks etdirilməsi lazımdır.                                                                    
Cədvəl 4.1 
Kombayndan xırmana daxil olan (5 –ilə) müxtəlif kənd 
təsərrüfatı bitkilərinin dən kütləsinin vəziyyətinin orta çoxillik 
göstəriciləri 
Bitki 
Yığımın təqvim 
günləri 
Dən kütləsinin vəziyyəti 
Xırmana daxil 
olan dən kütləsi, 
ton 
nəmliyi, % 
zibil qarışığı, % 
 
 
 
 
 
 
Dən  kütləsinin  vəziyyətinin  orta  çoxillik  göstəriciləri  nəzərə 
alınmaqla, maşınların istismar (faktiki) məhsuldarlığı və müxtəlif 
maşınlarda bir sutkaya işlənən dənin (toxumun) miqdarı müəyyən 
olunur. 
 
4.1.2. Saxlayıcılara tələbatın hesabatı və saxlanan dən 
məhsulunun keyfiyyətinə nəzarət 
Toxuma (əsas fond, sığorta və keçici fondlar), bitkiyə və sorta 
uyğun tələbat aşağıdakı formulla hesablanır: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə