Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


İntellektual təzyiq vericiləri



Yüklə 1,34 Mb.
səhifə31/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
İntellektual müh ılavə

5.4. İntellektual təzyiq vericiləri

DM5007-3151 tipli yüksək dəqiqlikli intellektual vericilər təzyiqlər fərqini, izafi və mütləq təzyiqi ölçmək üçün istifadə edilir. Bu vericilərdə tutum sensorları və siqnalların müasir rəqəmli emal texnologiyalarından istifadə edilir [57].


Təzyiqi ölçən DM5007-3151 tipli vericinin əsas texniki xarakteristikaları belədir:
- partlayışdan mühafizə və qığılcım təhlükəsizliyi qaydalarına əməl edilməsi;
- ölçmə diapazonunun yuxarı həddinin maksimal qiyməti –6,3 kPa, 25 kPa, 160 kPa, 1,6 MPa, 6,3 MPa, 16 MPa, 40 Mpa;
- əsas gətirilmiş xəta – 0,075%; 0,1%;
- qida gərginliyi – 12-45 V;
- ölçülən mühitin temperatur diapazonu: - 40-dən +104C;
- ətraf mühitin temperatur diapazonu: – 40-dən +80C.
Rusiyanın «Metran» istehsal qrupu ilə ABŞ-ın «Emerson Prosess Management» firması birgə «Metran-100» intellektual təzyiqlər fərqi, izafi və mütləq təzyiq vericiləri istehsal edirlər [57].
İntellektual təzyiq vericilərinin yeni kompleksi Metran-100 əvvəllər istehsal edilən vericilərin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirmişdir. Bu vericilər Metran-22(AC), Metran -43, Metran-44, Metran-45, Metran-49, Sapfir-22M (AC), Sapfir-22DD və s. vericilər ailəsini tamamilə əvəz edir və digər xarici firmaların vericilərini də əvəz etmə imkanlarına malikdir. Bütün Metran-100 vericilər ailəsinin sensor bloku sapfir üzərində silisium örtüklü monokristalik strukturdan ibarətdir. Sensor blokunda alınan siqnal vericinin elektron blokuna daxil olur.
Təzyiq vericisinin sensor bloku Sapfir-22Dİ vericisi əsasında yaradılmışdır. Verici iki hissədən – sensor (ölçmə) və elektron blokdan ibarətdir. Müxtəlif parametrlərin vericiləri unifikasiya olunmuş elektron blokdan ibarət olub, yalnız sensor blokunun konstruksiyası ilə fərqlənir. Ölçülən kəmiyyətin təsirindən həssas elementin deformasiyası tenzoçeviricinin tenzomüqavimətlərinin elektrik müqavimətini dəyişir. Elektrik müqavimətlərinin dəyişməsi elektron blokda cərəyana çevrilir.
DM5007-3151Di tipli verici ölçmə blokundan və elektron qurğusundan ibarətdir. Ölçmə blokunun içərisində tenzoçevirici yerləşdirilir. Ölçülən təzyiq ölçmə blokunun kamerasına verilir və membran üzərində yerləşdirilən həssas elementi deformasiyaya uğradır. Bunun nəticəsində tenzoçeviricinin tenzorezistorlarının elektrik müqaviməti dəyişir. Müqavimətin dəyişməsi elektron blokunda sabit cərəyan siqnalına çevrilir. Tenzoçeviricinin həssas elementi silisiumdan hazırlanmış plyonkaşəkilli tenzorezistorlu monokristal sapfir lövhədən ibarətdir.
Membran tenzoçeviricisi gövdənin daxilində yerləşir. Kameraya verilən ölçülən təzyiq tenzovericinin membranına təsir edir, membran əyilir və tenzorezistorun müqaviməti dəyişir. Kamerada olan xüsusi boşluq ətraf atmosferi ilə əlaqələndirilmişdir. Tenzoçeviricinin çıxışında alınan və elektron bloku vasitəsilə unifikasiya edilməli olan siqnal hermetik çıxışından naqillərlə bu bloka verilir.
DM5007-3151Di tipli vericini istismar edərkən aşağıdakılara fikir vermək lazımdır.
Boru kəmərindən təzyiqin götürüldüyü yerdən vericiyə qədər birləşdirici kiçik diametrli boru xətti ən qısa məsafə üzrə aparılır. Lakin bu məsafə təzyiqin götürüldüyü yerlə vericinin yerləşdiyi yerin (mühitin) temperaturunun qiyməti ilə eyni olmasına kifayət etməlidir. Xəttin uzunluğu 15 m-dən çox olmamalıdır. Birləşdirici xəttlər təzyiqin götürüldüyü yerdən 1:10 nisbətindən kiçik olmayan biristiqamətli mailliyə malik olmalıdır. Neftin təzyiqi ölçülərkən maillik aşağıya, qazın təzyiqi ölçülərkən isə – yuxarıya olmalıdır. Birləşdirici xəttin üzərində atmosferlə əlaqələndirmək üçün iki ventil və ya üçgedişli kran qoymaq məsləhət görülür. Bu tədbir ölçülən təzyiqin sıfır qiymətinə uyğun gələn çıxış siqnalının qiymətinin qoyulmasına dövrü nəzarəti və təzyiq vericisinin montajını sadələşdirir.
Metran-100 tipli vericilər radiotezlikli maneələri azaltmaq üçün daxili süzgəclərə malikdir. Bu vericilər rəqəmli indikatorla da təmin edilirlər, ölçülən kəmiyyətin qiyməti öz vahidləri ilə birlikdə rəqəmli indikatorda əks etdirilir.
Sensor blokunun yaddaşında təzyiqin və temperaturun müxtəlif qiymətlərində öncədən aparılmış bütün ölçmələrinin nəticələri saxlanır. Bu nəticələr vericinin işlədiyi zaman çıxış siqnalını təshih etmək üçün mikroprosessor tərəfindən təshih əmsallarını hesablamaq üçün istifadə edilir. Sensor blokundan rəqəmli siqnal təshih əmsalları ilə birlikdə elektron bloka daxil olur və burada mikroprosessor həmin siqnalı temperatura görə korreksiya edir və xəttiləşdirmə məsələsini həll edir. Vericinin icra variantından asılı olaraq elektron blokun çıxışında 0-5 mA, 0-20 mA, 4-20 mA və yaxud 4-20 HART siqnalları formallaşdırılır. Vericinin konstruksiyası istifadəçinin istəyinə uyğun olaraq siqnalın formasını, elektron çap lövhəsini (platasını) əvəz etməklə dəyişdirə bilər. Sensor blokunun enerjidən asılı olmayan yaddaşı vericinin elektron hissəsinin sıradan çıxdığı halda onun təmir edilməsi sadəcə olaraq mikroprosessor platasını əvəz etməklə yerinə yetirilir.
Metran-100 vericilərində HART-protokolunun 25 universal əmrləri realizə olunmuşdur. Buraya ölçmə diapazonunun dəyişdirilməsi, ölçü vahidinin əvəz edilməsi və s., eləcə də üç xüsusi əmrlər: aşağı və yuxarı ölçmə hədlərində iki kalibrləmə əmri və vericinin rəqəmli indikatorunda əks etdirilməsi əmrləri daxildir. Metran-100 vericisinin texniki və metroloji xarakteristikaları aşağıdakı kimidir:
- işçi statik təzyiq – 40 MPa;
- ölçmə diapazonunun dəyişdirilməsi 25:1;
- ölçmə xətası – 0,1%, 0,15%, 0,25%, 0,5% (kalibrləndiyi diapazonda);
- ətraf mühitin temperaturu – - 40 ÷ + 70C;
- çıxış siqnalı – 4-20 mA;
- qida gərginliyi – 12 V-dan 42 V-a qədər.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə