Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,34 Mb.
səhifə28/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
İntellektual müh ılavə

5. İNTELLEKTUAL VERİCİLƏR
5.1. İntellektual temperatur vericiləri
Yüksək texnologiyalı müasir istehsal sahələri ölçmə sistemlərinin göstəricilərinə, məs. dəqiqliyinə, cəldişləməsinə, etibarlılığına, təhlükəsiz istismarına ciddi tələblər qoyur. Belə tələblərə mikroprosessorlu elektronika əsasında yaradılmış ölçmə vasitələri cavab verir. Mikroprosessorlu ölçmə sistemləri idarəedici qurğularla informasiya mübadiləsi əməliyyatlarını icra edirr, bəzi hallarda isə müstəqil olaraq idarəetmə funksiyasını öz üzərinə götürə bilir. Bu xüsusiyyətlərə malik olan ölçmə sistemləri intellektual sistemlər sayılır. O cümlədən, intellektual sistemlər ölçmə obyektlərinin texniki imkanlarını və təhlükəsiz istismar səviyyəsini yüksəltməyə, mürəkkəb texnoloji proseslərin idarəedilməsində yeni və yüksək nəticələr əldə etməyə imkan verir. Belə sənaye sahələrinə misal olaraq neft, qaz, kimya, metallurgiya, atom energetikası kimi sahələri göstərmək olar.
Hazırda Emerson Prosess Management (ABŞ) şirkəti, “Metran” İstehsal Qrupu (Rusiya) və s. müəssisələrdə müxtəlif fiziki kəmiyyətləri ölçmək üçün intellektual vericilər, o cümlədən intellektual temperatur vericiləri istehsal edir [57].
Metran-280, Metran-281, Metran-286 və s. tipli intellektual temperatur çeviriciləri texnoloji proseslərin avtomatlaşdırılmış idarə-etmə sistemlərinin tərkibində temperaturun dəqiq ölçülmələri üçün nəzərdə tutulmuşdur.
Metran-280 tipli intellektual temperatur vericiləri ilkin çeviricidən və birləşdirici başlıqda yerləşdirilən elektron çeviricidən (EÇ) ibarətdir.
Metran-280 tipli intellektual temperatur vericisinin xarici görünüşü və qabarit ölçüləri şək. 5.1-də göstərilmişdir.

Metran-281 tipli temperatur vericisində həssas element


KTMC (XA) tipli termocüt kabelindən, Metran-286 vericisində isə platin termomüqavimətdən hazırlanmışdır.
Elektron çevirici həssas elementdən alınan siqnalı unifikasiya olunmuş 4-20 mA sabit cərəyan siqnalına çevirir.
Çıxış siqnalı ikinaqilli cərəyan xətti ilə məsafəyə ötürülür. Metran-280 tipli vericilər İstifadə edilən elektron çeviricinin (EÇ) tipindən asılı olaraq iki qrupa bölünür:
- Metran-280-1 qalvanik ayırıcılı (kod EÇ 1);
- Metran-280-2 qalvanik ayırısız (kod EÇ 2).
Metran-280 tipli intellektual temperatur vericiləri ölçmə sistemlərinə iki sxem üzrə qoşulur:
- ölçmə siqnalını analoq kanal ilə 4-20 mA sabit cərəyanla ötürmə sxemi üzrə;
- ölçmə siqnalını rəqəm kanalı ilə HART-protokola uyğun ötürmə sxemi üzrə.
Qida və informasiya dövrəsi qalvanik ayrılan Metran tipli vericinin ölçmə sisteminə qoşulma sxemi şək. 5.2-də göstərilmişdir.

Qida və informasiya dövrəsi qalvanik ayrılmayan Metran


tipli vericinin ölçmə sisteminə qoşulma sxemi şək. 5.3-də
göstərilmişdir.

Vericilərin idarə edilməsi elektron çeviricinin köməyi ilə idarəetmə qurğuları tərəfindən məsafədən yerinə yetirilir.


Elektron çevirici aşağıda göstərilən intellektual funksiyaları yerinə yetirir:
- yuxarı və aşağı sərhəd qiymətlərinin arasındakı fərqi nəzərə almaqla temperaturölçmə diapazonunun dəyişdirilməsi:
Metran-281-2 çeviricisi üçün: T0=1000C;
Metran-286-2 çeviricisi üçün: T0=500C;
Metran-281-1 çeviricisi üçün: T0=250C;
Metran-286-1 çeviricisi üçün: T0=100C;
- özünüdiaqnostika.
Özünüdiaqnostika zamanı həssas elementdə və yaxud EÇ-də nasazlıq aşkar olunduqda EÇ1-in və ya EÇ2-nin tipinə uyğun olaraq analoq çıxış siqnalı aşağıdakı qiymətləri alır:
- EÇ1 üçün: yuxarı səviyyə = 21 mA < İ < 23 mA;
aşağı səviyyə = 3,50 mA < İçıx < 3,75 mA;
- EÇ2 üçün: İçıx < 3,77 mA;
- həssas elementin girişində temperaturun ölçmə diapazonu həddindən kənara çıxdığı zaman çeviricinin doyma rejiminə keçməsi;
- EÇ1 üçün aşağı səviyyəyə uyğun qəza siqnalının aşağı qiyməti +0,1 mA ilə 3,9 mA arasında;
- yuxarı səviyyəyə uyğun - 20,5 mA qiyməti ilə qəza siqnalının – 0,1 mA yuxarı qiymətinin arasında;
- EÇ2 üçün: 3,84 mA və ya 21,6 mA;
- həssas elementin qeyri-xətti çevirmə xarakteristikasının xəttiləşdirilməsi;
- həssas elementinin “soyuq” uclarının birləşmə nöqtələrində temperaturun dəyişməsi səbəbindən termo-EHQ-nin dəyişməsinin avtomatik kompensasiyası;
- təsadüfi dəyişmələrdən tənzimlənmiş parametrlərin mühafizə olunması;
- Metran-280-1 çeviricisində 50/60 Hs dəyişən cərəyan şəbəkə tezliyinin filtrlənməsi;
- aktiv kalibrator rejimində işləmə;
Metran-281 və Metran-286 intellektual temperature
vericilərinin bəzi texniki xarakteristikaları cədvəl 5.1-də göstərilmişdir.

İntellektual temperatur çeviricilərinin bəzi xarakteristikaları


Cədvəl 5.1

İntellektual temperatur çeviricisinin tipi
və icra variantı

Qeyri-xətti çevirmə
xarakteris-tikası

Temperatur diapazonu, 0C

Yuxarı ölçmə həddi, 0C

Buraxılan əsas xətanın yuxarı həddi, 0C

Analoq siqnalı

Rəqəm siqnalı

Metran-281
Metran-281-Exia
Metran-281-Exd

K

-50÷1000

300

1

0,5

1000

2,5

2

Metran-286
Metran-286-Exia
Metran-286-Exd

Pt100

-50÷500

200

0,5

0,4

500

0,7

0,4

Metran-281-Ex, Metran-286-Ex tipli vericilər partlayış təhlükəli buxarların, qaz qarışıqlarının və tezalışan mayelərin hava ilə qarışığından yaranan partlayışahəssas sahələrdə iştifadə edilə bilir.


Vericilərin markalarında “ia” işarəsi elektrik dövrəsinin qığılcımtəhlükəsiz, “d” işarəsi isə partlayışadavamlı zirehin olduğunu göstərir.
Metran-280, Metran-280-Exd tipli vericilər 18 V-dan 42 V-a qədər sabit cərəyan mənbəyindən, Metran-280-Exia tipli vericilər 18V-dan 42 V-a qədər “ia” markalı partlayıştəhlükəsiz variantlı sabit cərəyan mənbəyindən qidalanır.
Vericilərin tələb etdiyi güc uyğun olaraq:
- Metran-280-1, Metran-280-1-Exd üçün: – 1,0 Vatt;
- Metran-280-1-Exia üçün: – 0,65 Vatt;
- Metran-280-2, Metran-280-2-Exd üçün: – 0,9 Vatt;
- Metran-280-2-Exia üçün: – 0,5 Vattdır.

Metran-280 və Metran-270MP tipli mikroprossesorlu temperatur vericisinin texniki xarakteristikaları cədvəl 5.2-də müqayisəli şəkildə göstərilmişdir.


Temperatur vericilərinin texniki xarakteristikaları
Cədvəl 5.2

Xarakteristikaları, parametrləri, funksional imkanları

Temperatur vericilərinin tipi

Metran-280-1-in Metran-270MP və Metran-280-2-dən üstünlükləri

Metran 270 MP

Metran 280-2

Metran 280-1

1

2

3

4

5

Çıxış siqnalı, mA



4-20
20-4 mA

4-20/ HART

4-20/ HART

Rəqəmli kommunikasiya pro-tokolu funksional imkanları artırır

Açıq HART protokolu

-


+


+


Aparıcı istehsal müəssisələri tərəfindən yüksək qiymətləndirilir

Parametrlərin məsafədən diaqnostika
və sazlanmaı

-


+


+


Uzaqda yerləşən və təhlükəli müəssisələrdə diaqnostikanın əlverişli və asan olması

Qalvanik ayırma



-


-


+


Elektromaqnit sahələrinin təsir zonalarında əlavə xətaların az olması

XA(K) həssas elementi üçün minimal alt diapazon, 0C

50


100


25


Minimal alt diapazonun uzunluğu kiçildilib

100П

25

50

10

Q əza siqnallarının səviyyəsi

alçaq


alçaq


yüksək və ya alçaq

Xarici firmaların avadanlıqları ilə işləmə imkanları genişdir










Cədvəl 5.2-nin davamı

1

2

3

4

5

Özünüdiaqnostika

+


+


+


4-20 mA siqnal və HART konturunun testləşdirilməsi

-

+

+

Nasazlıqlar zamanı səhvlərin kodları verilir

Radiomaneələrin təsirindən mühafizə süzgəci

+



+



+



Etibarlı işləmə rejiminə zəmanət verilir; qoyulan tələbləri ödəyir

Gərginlik sıçramalarından, maneələrdən, havadakı boşalmalardan mühafizə

-

-

+

Etibarlı işləmə rejiminə zəmanət verilir, tələblərini ödəyir



50/60 Hs-lik elektron süzgəc










Elektron süzgəc 50/60 Hs sənaye tezlikli maneələri söndürür

Konfiqurasiya qurğusu

M-Master proqramı ilə
Metran 671 qurğusu

Metran-650 və ya 375 kommunikatoru, H-Master proqramı ilə Metran-681 HARTmodemi

Bütün HART vericiləri parkı ilə işləmək üçün bir komplekt idarəetmə qurğularından istifadə imkanı




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə