Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Ölçmə sistemlərinin cədvəl formasında verilmiş çevirmə xarakteristikasının xəttiləşdirilməsi



Yüklə 1,34 Mb.
səhifə24/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
İntellektual müh ılavə

3 .7. Ölçmə sistemlərinin cədvəl formasında verilmiş çevirmə xarakteristikasının xəttiləşdirilməsi
Ölçmə vasitələrinin intellektuallaşdırılması ilə onların yerinə yetirdiyi funksiyaların həcmi xeyli dərəcədə artmışdır [5]. Bu funksiyalar aşağıdakılardan ibarətdir:
- ölçmə obyekti, prosesi və ya ölçülən kəmiyyət haqqında olan aprior informasiyanın nəzərə alınması və ondan istifadə edilməsi;
- tədqiq edilən obyektin, prosesin və ya kəmiyyətin əvvəlcədən təsnifatlandırılması nəticəsində ölçmə vasitəsinin fəaliyyətini müəyyənləşdirən qərar qəbul edilməsi;
- ölçmə kanallarının (ÖK) özünüyoxlama və özünü kalibrləmə yolu ilə özünə nəzarət edilməsi və xarakteristikalarının təshih edilməsi;
- yeni biliklər toplamaqla məxsusi biliklər bazasını zənginləşdirərək, işləmə alqoritmini təyin edərkən onlardan istifadə edilməsi;
- ölçmə nəticələrinin, onların xətalarının və doğruluğunun qiymətləndirilməsi ilə birlikdə yığcam, asan qəbul edilə bilən şəkildə təqdim edilməsi və s..
İntellektual ölçmə vasitələrinin, o cümlədən informasiya ölçmə sistemlərinin ölçmə kanallarının çevirmə xarakteristikalarının xəttiləşdirilməsi; düz, dolayı və birgə ölçmələr zamanı ölçmə nəticələrinin ölçülən kəmiyyətlərin vahidlərində alınması üçün xətti və qeyri-xətti funksional çevirmələrin yerinə yetirilməsi, ölçmə xətalarının azaldılması məqsədilə alqoritmik və struktur-alqoritmik üsulların yerinə yetirilməsi onların icra etdiyi əsas funksiyalardandır. Bu funksiyaların yerinə yetirilməsi ölçmə obyekti, prosesi və ya ölçülən kəmiyyət və ölçmə kanalları haqqında əvvəlcədən toplanmış aprior informasiyadan, onların riyazi modellərindən, çevirmə funksiyalarından və xarakteristikalarından istifadə edilməsini nəzərdə tutur.
İntellektual informasiya-ölçmə sistemlərinin məxsusi biliklər bazasının tərkib hissəsi olan bu informasiyalar analitik, cədvəl və qrafiki formalarda saxlanıla bilər.
Ölçmə kanallarının çevirmə xarakteristikalarının analitik formada verildiyi halda xəttiləşdirilməsi məsələlərinə baxılmışdır [17,20,49,50].
Ölçmə kanallarının çevirmə xarakteristikasını parçalara bölərək, hər parça daxilində ölçmə nəticəsinə əvvəlcədən təyin olunmuş və yaddaşda saxlanılan düzəlişlər daxil edilməsinə əsaslanan xəttiləşdirilmə üsulları təklif edilmiş və işlənilmişdir. Bu zaman verilmiş xəttiləşdirmə dəqiqliyini təmin edən parçaların sayı, onların sərhədlərinin və uyğun düzəlişlərin qiymətləri də analitik ifadələrin köməyi ilə təyin edilir. Eyni zamanda bölmə parçalarının sayının minimallaşdırılması məsələsi həll edilir [17, 20,49,50].
Təklif edilmiş və işlənilmiş xəttiləşdirilmə üsullarında verilmiş xəttiləşdirilmə xətasının ödənilməsi şərtilə ÖK-nın çevirmə xarakteristikası parçalara ayrılır və həmin parçalar tələb olunan xətti xarakteristikaya elə yaxınlaşdılır ki, onlar arasındakı yayınmaların maksimal qiymətləri bərabər, işarəsi ilə qarşılıqlı əks olsun.
ÖK-nın çevirmə xarakteristikasının cədvəl şəklində verildiyi halda parçalara bölünməsi verilmiş xəttiləşdirmə xətasının ödənildiyini yoxlamaqla cədvəl şəklində verilmiş giriş-çıxış kəmiyyətləri cütünün ardıcıl olaraq seçilməsi yolu ilə yerinə yetirilir [5]. Bu zaman birinci bölmə parçasının aşağı sərhəd qiyməti olaraq ÖK-nın giriş-çıxış kəmiyyətlərinin birinci cütü ( ) qəbul edilir. Birinci parçanın yuxarı sərhəddi isə seçmə yolu ilə təyin edilir.
Multiplikativ xəttiləşdirmə üsulundan istifadə edildikdə birinci parçanın yuxarı sərhəddi əvəzinə yoxlamaq üçün müvəqqəti olaraq cədvəldə ( ) ikinci cütü götürülür və
(3.22)
ifadəsi əsasında birinci müvəqqəti parçanın xəttiləşdirmə xətası hesablanır. Burada:

birinci parçanın birinci müvəqqəti multiplikativ əmsalıdır.
Sonra şərti yoxlanılır. Burada – xəttiləşdirmə xətasının əvvəlcədən verilmiş qiymətidir. Əgər bu şərt ödənilirsə, birinci parçanın yuxarı sərhəddi olaraq cədvəl qiymətlərinin üçüncü cütü götürülür, və hesablanır və şərti yoxlanılır.
Seçmə prosesi bu şərt pozulana qədər davam etdirilir, olduqda dayandırılır və birinci parçanın yuxarı sərhəd qiyməti olaraq sonuncu götürüləndən əvvəlki cütü, yəni və qəbul edilir:

hesablanır. Təbiidir ki, bu halda şərti ödəniləcəkdir.
Birinci parçanın təyin edilmiş yuxarı sərhəd qiyməti ikinci parçanın aşağı sərhəddi kimi qəbul edilərək, eyni qayda ilə ikinci parçanın yuxarı sərhəd qiyməti axtarılır. Beləliklə, ÖK-nın cədvəl formasında verilmiş çevirmə xarakteristikanın bütün bölmə parçalarının parametrləri təyin edilir:

Burada: və – -ci bölmə parçasının aşağı sərhəd qiymətləri cütü;
və isə -ci bölmə parçasının yuxarı sərhəd qiymətləri cütüdür.
ÖK-nın cədvəl formasında verilmiş çevirmə xarakteristikasının multiplikativ üsulla xəttiləşdirilməsi zamanı parçalara bölmə alqoritminin sxemi şək. 16.14-də göstərilmişdir.
Bu sxemdə :
blok 1 – başlanğıc;
blok 2 – ÖK-nın giriş və çıxış kəmiyyətlərinin cədvəl şəklində verilmiş qiymətlərinin, bu qiymətlər cütünün sayının, xəttiləşdirmə xətasının verilmiş qiymətinin daxil edilməsi: ;
blok 3 – birinci parçanın yuxarı sərhəddi əvəzində yoxlamaq üçün cədvəldən götürülən giriş-çıxış qiymətlərinin başlanğıc cütü ;

blok 4 – hesablanması;


blok 5 – hesablanması;
blok 6 – hesablanması;
blok 7 – şərtinin yoxlanılması;
blok 8-blok 7 şərtinin ödənilmədiyi halda: ;
blok 9 – cədvəldə verilmiş qiymətlər cütünün qurtarmasını yoxlama şərti ; əgər şərt ödənirsə, prosesin blok 4-dən davam etdirilməsi;
blok 10 – əgər blok 7-nin şərti ödənilmirsə, cari bölmə parçasının yuxarı sərhəddi üçün ;
blok 11 – cari bölmə parçası üçün mul-tiplikativ əmsalın hesablanması;
blok 12 – cari bölmə parçasının yuxarı sərhəddinin düzgün tapıldığını yoxlamaq məqsədi ilə xətasının hesablanması. Əgər parçanın sərhədləri düzgün təyin edilibsə, alınan qiymət verilmiş qiymətini aşmamalıdır;
blok 13 – cari parçanın yuxarı sərhəd qiymətlər cütünün, multiplikativ əmsalın və xəttiləşdirmə xətasının çap edilməsi: ;
blok 14 – cari parçanın yuxarı sərhəd qiymətlər cütünün sonrakı parçanın aşağı sərhəd qiyməti kimi qəbul edilməsi: və prosesin blok 4-dən davam etdirilməsi;
blok 15 – əgər blok 9-dakı şərt ödənilirsə cədvəl şəklində verilmiş qiymətlər cütünün sıra sayının çap edilməsi;
blok 16 – Son.
ÖK-nın çevirmə xarakteristikasını parçalara bölmə sərhədlərinin parametrləri və – bölmə parçalarının sayı intellektual ölçmə sisteminin yaddaşında saxlanılır. Ölçülən kəmiyyətin çevirmə nəticəsi ÖK-nın çevirmə xarakteristikasının bölmə parçalarının sərhəd qiymətləri ilə müqayisə edilərək, onun daxil olduğu parça təyin edilir. Yaddaşdan həmin parça üçün təyin olunmuş multiplikativ əmsal götürülür və hesablanır.
Beləliklə, ÖK-nın çevirmə xarakteristikasının multiplikativ üsulla xəttiləşdirilməsi əməliyyatının riyazi modeli

kimi ifadə edilir. Burada – məntiq funksiyası olub, yalnız çevirmə nəticəsinin intervalı daxilinə düşdüyü halda , qalan hallarda isə olur.
G

östərilən riyazi modelin realizasiya sxemi şək. 3.15-də göstərilmişdir.


ÖK-nın çevirmə xarakteristikasının multiplikativ üsulla xəttiləşdirilmə alqoritmi şək. 3.16-da göstərilmişdir:


blok 1 – başlanğıc;
blok 2 – ÖK-nın çevirmə xarakteristikasını bölmə parçalarının parametrlərinin daxil edilməsi:
;
blok 3 – giriş kəmiyyətinin çevirmə nəticəsinin daxil edilməsi: ;
blok 4 – birinci bölmə parçası: ;
blok 5 – giriş kəmiyyətinin çevirmə nəticəsinin parçaların sər-həd qiymətləri ilə müqayisə edilməsi: ;



blok 6 – əgər blok 5-dəki şərt ödənilmirsə: ;


blok 7 – bölmə parçalarının qurtarmasının yoxlanılması ;
blok 8 – əgər blok 7-dəki şərt ödənilirsə, növbəti bölmə parçası parametrlərinin yaddaşdan götürülməsi: və prosesin blok 5-dən davam etdirilməsi;
blok 9 – əgər blok 5-in şərti ödənilirsə, xəttiləşdirmə nəticəsinin hesablanması ;
blok 10 – nəticənin çap olunması: ;
blok 11 – son.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə