Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Ölçmə sistemlərinin çevirmə xarateristikasını multiplikativ xəttiləşdirmə üsulu



Yüklə 1,34 Mb.
səhifə20/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
İntellektual müh ılavə

3.4. Ölçmə sistemlərinin çevirmə xarateristikasını multiplikativ xəttiləşdirmə üsulu
Multiplikativ xəttiləşdirmə üsulunun məğzi sək. 3.8-də verilmiş qrafik təsvirə müraciət etməklə izah edilir [15,26].
ÖS-in qeyri-xətti xarakteristikası z ordinat oxu üzrə parçalara bölünür. Hər bölmə parçası üçün Мi korreksiya əmsalı təyin edilir. ÖS-in çıxış kəmiyyətlərini bu əmsala vurmaqla bölmə parçası z* = x xətti xarakteristikasına yaxınlaşır.
Qeyri-xətti xarakteristikasının multiplikativ üsulla xəttləşdirilmiş parçası funksiyası ilə ifadə edilir.
Burada Мi - ÖS-in qeyri-xətti xarakteristikasının multiplikativ üsulla [zi-1, zi ] intervalında xəttləşdirilməsi üçün korreksiya əmsalıdır.
Şək. 3.8-də qeyri-xətti xarakteristikasının multiplikativ üsulla xəttləşdirilmiş parçası göstərilmişdir.


ÖS-in qeyri-xətti xarakteristikası qalan bölmə parçalarında da uyğun qayda üzrə xəttləşdirilir.


ÖS-in korreksiya olunmuş parçalarının xətti xarakteristikaya nəzərən aldığı vəziyyət korreksiya əmsalının qiymətindən asılıdır.
Qeyri-xətti və xətti xarateristikanın bib-birinə nəzərən tutduğu başlanğıc vəziyyətdən asılı olaraq Мi əmsalı 1-dən böyük və yxud, 1-dən kiçik qiymətlər ala bilər. Əgər ÖS-in çevirmə xarateristikası xətti xarateristikadan yuxarıda yerləşirsə, Мi 1, əks halda isə Мi 1 qiymət alır.
ÖS-in çıxış kəmiyyətinin başlanğıc qiyməti olduğu halda korreksiya olunmuş parçalarının xətti xarakteristikaya nəzərən optimal vəziyyət alması üçün korreksiya əmsalının qiyməti aşağıdakı şərtdən tapılmalıdır (bax şək. 3.8):
(3.12)

Bu ifadədə yuxarıdakı işarələr qabarıqlığı yuxarıya


( ) , aşağıdakı işarələr isə qabarıqlığı aşağıya yönəlmiş ( ) qeyri-xətti xarakteristikalara aiddir.
(3.12) şərti bölmə sərhədlərində qeyri-xətti xarateristikanın korreksiya olunmuş parçalarının xətti xarateristikadan yayınmalarının müsbət və mənfi qiymətlərinin bərabər olmasını təmin edir.
Həm qabarıqlığı yuxarıya, həm də qabarıqlığı aşağıya yönəlmiş xarakteristikalar üçün (3.12) ifadəsindən korreksiya əmsalı üçün aşağıdakı ifadə alınır:
(3.13)
(3.13) ifadəsini (3.12)-də yerinə yazdıqda bölmə parçalarının yuxarı sərhəd qiymətlərinin hesablanması üçün aşağıdakı ifadələr alınır:
(3.14)

(3.14) ifadəsindəki və qiymətləri məlumdur, çünki hər ÖS-in işçi diapazonunun başlanğıcı və sonu, eləcə də (buraxıla bilən xəta) əvvəlcədən məlum olur.
Bəzi riyazi çevirmələrdən sonra (3.12) ifadəsindən multiplikativ üsulla xəttləşdirmənin metodik xətasının hesablanması üçün aşağıdakı ifadə alınır: [ f ( ] (3.15)
Burada:
f ( = qeyri-xətti xarateristikanın i – ci parçada artımı;
= xətti xarateristikasının i – ci parçada artımıdır.
Multiplikativ üsulla xəttiləşdirmə prosesinin riyazi modeli belədir:
Zki =
Burada:
– ÖS-in çıxış kəmiyyəti;
– məntiqi fuknksiyadır.
, olduqda = 1, əks halda = 0 qiymət alır.
Mi – qeyri-xətti xarateristikanın i-ci bölmə parçasında ÖS-in ölçmə nəticəsinin multiplikativ korreksiya əmsalıdır.
Multiplikativ xəttiləşdirmə üsulunun funksional-struktur modeli şək. 3.9-da göstərilmişdir.



Funksional operatorların məzmunu aşağıdakı kimi izah edilir.
– ölçmə nəticəsinin mikroprosessora və müqaisə qurğusuna ötürülməsi;
İ1(S:Zi); i = 1, s – qeyri-xətti xarakteristikanın bölmə parçaların sərhəd qiymətlərinin yaddaşda saxlanması;
İ2 (Zi), İ5(Мi), İ7(Zк) – bölmə parçalarının sərhəd qiymətlərinin ÖS-in çıxış kəmiyyəti ilə müqaisə edilməsi üçün ötürülməsi; multiplikativ düzəlişlərin ədədi qiymətinin və təshih edilmiş ölçmə nəticənin uyğun modula ötürülməsi;
İ3(CR: Z, Zi) – ÖS-in çıxış kəmiyyətinin bölmə parçalarının Zi sərhəd qiymətləri ilə müqaisə edilməsi;
İ4 (S: Mi); i = 1, s – qeyri-xətti xarakteristikanın bölmə parçaları üçün multiplikativ düzəlişlərin ədədi qiymətlərinin yaddaşda saxlanması;
I6(П: Мi; z) – multiplikativ Mi düzəlişi ilə ölçmə nəticəsi arasında vurma əməliyyatının yerinə yetirilməsi;
Zk – ÖS-in ölçmə nəticəsinin korreksiya olunmuş qiyməti;
I8 (R:Zk) – ÖS-in ölçmə nəticəsinin korreksiya olunmuş qiymətinin rəqəmli indikasiyası.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə