Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Ölçmə sistemlərinin çevirmə xarakteristikasını kombinəedilmiş xəttiləşdirmə üsulu



Yüklə 1,34 Mb.
səhifə21/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#159744
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
İntellektual müh ılavə

3.5. Ölçmə sistemlərinin çevirmə xarakteristikasını kombinəedilmiş xəttiləşdirmə üsulu
Kombinə edilmiş xəttiləşdirmə üsulunun məğzi ondan ibarıtdir ki, ÖS-in qeyri-xətti xarakteristikasının bəzi parçaları multiplikativ, qalanları isə additiv xəttiləşdirmə üsulundan istifadə edilməklə xəttiləşdirilir [13].
Praktikada elə hallar olur ki, kombinəedilmiş üsul multiplikativ və additiv xəttiləşdirmə üsullarından effektiv sayılır.
Kombinə edilmiş xəttiləşdirmə üsulundan istifadə edərkən multiplikativ və ya additiv xəttiləşdirmə üsullarının rasional seçilməsinə xüsusi diqqət yetirilməlidir. Bu, ÖS-in qeyri-xətti çevirmə xarakteristkasının xüsusiyyətlərindən və onun xətti xarakteristika ilə qarşılıqlı yerləşmə vəziyyətindən asılıdr.
Qeyd etmək lazımdır ki, xətti xarakteristikadan yuxarıda yerləşən qabarıqlığı aşağıya yönəlmiş qeyri-xətti xarakteristikalar üçün və xətti xarakteristikadan aşağıda yerləşən qabarıqlığı yuxarıya yönəlmiş qeyri-xətti xarakteristikalar üçün multiplikativ xəttiləşdirmə üsulunun xətası additiv üsula nisbətən daha kiçik olur.
Beləliklə, kombinəedilmiş xəttiləşdirmə üsulundan istifadə olunma məsələsi xətti xarakteristikadan aşağıda yerləşən (və ya onunla kəsişən) qabarıqlığı aşağı yönəlmiş və xətti xarakteristikadan yuxarıda yerləşən (və ya onunla kəsişən) qabarıqlığı yuxarı yönəlmiş qeyri-xətti xarakteristikaları xəttiləşdirən zaman qarşıya çıxa bilər.
Bu zaman ÖS-in qeyri-xətti xarakteristikasının və xətti xarakteristikanın artımının təxminən bərabər olduğu parçalarda additiv üsulun xətası multiplikativ üsuldan az olur. Bu artımların çox fərqləndiyi qalan parçalarda isə additiv üsulun xətası multiplikativ üsuldan böyük olur.
Bu üsulların xətaların bərabər olduğu halda alınan parçaların sayına görə müqaisəsi nəticəsində məlum olmuşdur ki, işçi diapazonun başlanğıcından multiplikativ üsul additiv üsula nisbətən daha azsaylı parçaların alınmasını təmin edir. Multiplikativ üsulun tətbiqi additiv üsulun əlverişli olduğu bölmə parçasına qədər davam etdirilir. Bu parçadan başlayaraq işçi diapazonun sonuna qədər additiv üsul tətbiq edilir.
Şək. 3.10-da kombinəedilmiş üsulla xəttiləşdirilmiş qeyri-xətti xarakteristika göstərilmişdir.

Kombinəedilmiş xəttiləşdirilmə üsulundan istifadə edərkən multiplikativ və ya additiv üsulun rasional seçilməsi prossesinin riyazi modeli aşağıdakı kimidir:



Burada:
– ÖS-in çıxış kəmiyyəti;
zmax – ÖS-in çıxış kəmiyyətinin dəyişmə diapazonunun maksimal həddi;
zн – multiplikativ üsuldan additiv üsula keçmə nöqtəsi;
Мi – ÖS-in qeyri-xətti xarakteristikasını [zi-1, zi] intervalında
multiplikativ xəttiləşdirmə əmsalı;
Аi – ÖS-in qeyri-xətti xarakteristikasını [zi, zi+1] intervalında
xəttiləşdirmək üçün ölçmə nəticəsinə daxil edilən additiv düzəlişin ədədi qiymətidir.
Kombinəedilmiş xəttiləşdirmə üsulunun funksional-struktur modeli şək. 3.11-də göstərilmişdir.
Funksional operatorların məzmunu aşağıdakı kimi izah edilir:
– ölçmə nəticəsinin mikroprosessora və müqayisə qurğusuna ötürülməsi;
İ 1(S:Zн); i = 1, s – multiplikativ xəttiləşdirmə üsulundan additiv üsula keçid nöqtəsinin qiymətinin yaddaşda saxlanılması;

İ2 (Zн), İ5(Мi), İ7(Zк), İ9(Аi), İ11(Zк) – multiplikativ xəttiləşdirmə üsulundan additiv üsula keçid nöqtəsinin qiymətinin ÖS-in çıxış kəmiyyəti ilə müqayisə edilməsi üçün ötürülməsi, korreksiya əmsallarının və additiv düzəlişlərin qiymətinin, korreksiya olunmuş ölçmə nəticəsinin uyğun modullara ötürülməsi;
İ3(CR: Z, Zн) – ÖS-in çıxış kəmiyyətinin multiplikativ üsuldan addititv üsula keçid nöqtəsinin qiyməti ilə müqayisə edilməsi;
İ4(S:Mi), İ4(Si); i = 1, s – qeyri-xətti xarakteristikanın bölmə parçaları üçün multiplikativ korreksiya əmsallarının və additiv düzəlişlərin yaddaşda saxlanılması;
I6(П:Мi; z), I10(Ai; z) – multiplikativ Мi əmsalı ilə zi arasında vurma və additiv düzəliş АI ilə zi arasında toplama əməllərinin icra edilməsi;
Zk – ÖS-in ölçmə nəticəsinin təshih edilmiş qiymətləri;
I8 (R:Zk), I12 (R:Zk) – ÖS-in təshih edilmiş ölçmə nəticələrinin rəqəmli indikasiyası.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə