miqyas effektidir. Miqyas effekti həm müsbət, həm də mənfi meyilli ola bilər. Əgər
istehsalın həcminin artımı ilə orta xərclər azalarsa, onda miqyas
effekti müsbət, əksinə əgər istehsalın artımı ilə orta xərclər artarsa
onda, miqyas effekti mənfi olur.
Miqyas effektinin müsbət meyli, başqa sözlə, miqyasın
artımı ilə qənaətin olunmasına və buraxılışın artmasına bir neçə
amil təsir göstərir:
•
işçilərin əməyinin ixtisaslaşması;
•
həm istehsalda, həm də idarəetmədə tətbiq olunan əməyin
ixtisaslaşması;
•
iri müəssisələrdə yüksək məhsuldarlıqlı və qiymətli
avadanlıqların tətbiqinin mümkünlüyü;
•
avadanlıqların səmərəli istifadə olunması;
247
•
xammaldan istifadə olunmasında onun tullantısız vəziyyətə
gətirilməsi üçün texnologiyadan istifadə olunmaqla, istehsalın
diversifıkasiyasmm tətbiq olunması.
Miqyas effektinin mənfi meyilli olmasına səbəb olan
amillərə daxildir:
•
zəif nəzarət nəticəsində istehsalın həcminin artımı
şəraitində uzunmüddətli orta xərclərin artımının nəzərə alınması;
•
istehsalın təşkili və idarə olunmasında rəhbər heyətin
istehsal prosesindən uzaqlaşması;
•
ayrı-ayrı
istehsal
bölmələri
arasında
qarşılıqlı
əlaqələndirilmənin zəifləməsi ilə çevik qərarların qəbul
olunmaması;
.• firmanın ayrı-ayrı bölmələrində lokal, aralıq xarakterli
mənafelərin meydana gəlməsi və onun firmanın ümumi mənafeyi
ilə ziddiyyət daşıması.
Miqyas effekti müxtəlif sahələrdə müxtəlif cür olur. Bu da
həmin sahələrdə buraxılan məhsulun həcminə orta xərclərin bazar
tələbinin ödənilməsinə uyğun olaraq müxtəlif şəkildə təsir etməsi
ilə əlaqədardır. Yəni elə sahələr var ki, orada uzunmüddətli orta
xərclər sürətlə aşağı düşməklə, xeyli vaxt ərzində üfüqi vəziyyətdə
olur. Miqyas effektinin artımından asılı olaraq üfüqi buraxılışh
sahələrdə həm iri, həm də kiçik müəssisələr qalmaqla, səmərəli
fəaliyyət göstərə bilərlər. Misal olaraq geyim əşyaları, ayaqqabı
istehsal edən müəssisələri, mağaza, restoran, şadlıq evlərini
göstərmək olar.
Beləliklə, firmanın qısa və uzun müddət ərzində istehsal
xərclərini təhlil etməklə aydın olur ki, onun aparılması olduqca
vacibdir:
•
məhsul buraxılışının yaxın və uzun müddət ərzində
həcminin təyin edilməsi üçün;
•
verimin azalması həddini müəyyənləşdirmək üçün;
•
mənfəətin yüksəldilməsi, ziyanın azaldılmasından ötrü
xərclərin minimumlaşdırılması üçün;
248
•
bazarda firmanın stabil və davamlı vəziyyətinin təmin
edilməsi üçün;
•
miqyas effektinin müsbət və mənfi meylinin üzə
çıxarılması üçün.
Yekun olaraq qeyd etmək olar ki, qısa müddət ərzində
istehsal xərclərinin dəyişilməsi