Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə137/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   233
Bazar 1

Şəkil 9 
Şəkil  9-da  isə  məhsul  vahidinə  çəkilən  orta  (AC)  və  son 
(MC)  istehsal  xərclərinin  əyrilərinin  dəyişilməsini  görürük.  Yeni 
texnoloji  üstünlüklərin  tətbiqindən  sonra,  orta  (AC)  istehsal 
xərclərinin minimuma endirilməsi isə son xərcin üst- üstə düşdüyü 
«E» nöqtəsi xərclərin tarazlığım əks etdirir. Təsvirdə orta xərc və 
son  xərc  əyrilərinin  müxtəlif  istiqamətdə  dəyişməsi  və  müəyyən 
hərəkətdən  sonra  üst-üstə  düşməsi  ETT  nailiyyətlərinin  istehsala 
tətbiq  olunmasının  bir  neçə  mərhələdən  keçməsi  ilə  əlaqədardır. 
Bəlli  olmalıdır  ki,  ETT-nin  tətbiqi  vaxt  baxımından  birdən-birə 
məhsul veriminin artımına təsir göstərə bilməz. Bu da yeniliklərin 
tətbiqinin mərhələli xarakteri ilə əlaqədardır. Hər yeni texnikanın 
tətbiqi bir neçə mərhələdən keçir: 

 
ideya mərhələsindən; 

 
elmi-tədqiqat mərhələsindən; 

 
layihələşdirmə mərhələsindən; 

 
texniki mənimsənilmə mərhələsindən; 
253 



 
istehsal mərhələsindən; 

 
tətbiq olunma mərhələsindən; 

 
köhnəlmə mərhələsindən; 

 
sıradan çıxma mərhələsindən. 
Funksional  asılılığa  malik  olan  bu  mərhələlər  hər  bir 
obyektin  fəaliyyətində  ardıcıllığı  əsaslandırmaqla  hər  dəfə  yeni 
obyektin işə salınmasına səbəb olur. Lakin hər bir yeni obyektdə 
müəyyən müddətdən sonra, bir neçə ay və ya il ərzində fəaliyyətə 
başlayır. Qeyd etməliyik ki, istehsal təyinatlı qabaqcıl texnikanın 
tətbiqi nisbətən sürətlə həyata keçirilir. 
İstehsalın  və  əməyin  təşkilinin  təkmilləşdirilməsinə 
gəldikdə,  bu  proses,  itkilərin  azaldılması  hesabına  xərclərə 
qənaətin  olunmasında,  əmək  məhsuldarlığının  yüksəldilməsində, 
məhsul  vahidinə  sərf  olunan  əmək  məsrəflərinə  qənaətin 
olunmasında əks olunur. Müasir şəraitdə iqtisadi inkişafda ictimai 
əməyə  qənaət  müqabilində  canlı  əməyə  olunan  qənaət  daha 
həlledici  rol  oynayır.  Bunu  istehsal  funksiyasının  iqtisadi 
artımdakı oynadığı roldan görmək olar. 
Hazırda  istehsalın  və  əməyin  təkmilləşdirilməsi,  dünya 
təcrübəsində  geniş  tətbiq  olunan  amerikan  və  yapon  yollarından 
ibarətdir. Burada əsas diqqət yetirilir: 

 
istehsalın 
maddi-texniki 
təchizat 
sisteminin 
çoxnövlülüyünün tətbiq olunmasına; 

 
təchizat sisteminin iqtisadi stimullaşdırılmasına; 

 
istehsalın  və  əməyin  idarə  olunmasında  yeniləşdirilmə 
amilinə üstünlüyün verilməsinə. 
İqtisadi  sferada  istehsal  xərclərinin  azaldılmasında, 
həmçinin  ETT  nailiyyətlərinin  həyata  keçirilməsində,  dövlət 
standartlaşma 
proqramlarına 
əməl 
olunmasında 
dövlət 
tənzimlənməsinin  əhəmiyyəti  olduqca  böyükdür.  Təkcə  2008-ci 
ildən  başlayaraq  dünya  maliyyə  böhranından  sonra,  dünya 
bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, istər iri, 
istər  kiçik  biznes  sferasında  istehsal  xərclərinin  artımını,  yalnız 
dövlət  kompensasiyaedici  proqramı  ilə  iqtisadi  inkişafın  zəruri 
səviyyəsini qoruya bilər. Eyni zamanda döv- 
254 


ləlin  sərəncamında  olan  təbii  inhisar  sahəli  yanacaq-enerji 
kompleksinin resursların istifadəsində də dövlət müdaxiləsi, xərc 
qənaətedid meylini qoruya bilər. Bu da firmaların milli mənafeyi 
qoruyan  rəqabət  qabiliyyətli  məhsul  istehsalına  təkan  verər. 
İstehsal  xərcini  azaltmadan,  bütün  resurslara  qənaət  etmədən  nə 
istehsal  imkanlarını  genişləndirmək  olar,  nə  də  istehsalın  idarə 
olunmasım təkmilləşdirmək olar. 
255 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə