Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə136/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   233
Bazar 1

məhsuldarlığından 
asılı olaraq dəyişilir. Məhsuldarlıq isə 
müəyyən müddət və ya vaxt vahidi ərzində istifadə olunan 
250 


resurslardan  əldə  olunan  məhsulların  kəmiyyəti  ilə  ölçülür.  Ona 
görə  də  məhsul  buraxılışında  tətbiq  olunan  resursların 
məhsuldarlığının  artırılması,  hər  vahid  məhsula  düşən  resurs 
xərcinin  azalması  deməkdir.  Ona  görə  də  istehsal  funksiyasından 
istifadə  və  hər  resurs  vahidinin  istehsalın  həcmindəki  payının 
dəyişilməsi  istehsal  xərclərinin  azaldılmasının  mühüm  istiqaməti 
kimi görünə bilər. 
Ümumiyyətlə  göstərməliyik  ki,  istehsal  xərclərinin 
azaldılmasının əsas istiqamətləri asılıdır: 

 
istehsal funksiyasının buraxılan məhsulun kəmiyyətin- dəki 
əhəmiyyətindən; 

 
elmi-texniki 
tərəqqinin 
nailiyyətlərindən 
istifadə 
olunmasından; 

 
istehsalın təşkilinin təkmilləşdirilməsindən; 

 
iqtisadi proseslərin dövlət tənzimlənməsindən. 
Xərclərin  qənaətinə  sərf  olunan  məsrəflər  o  vaxt  səmərəli 
hesab  olunur  ki,  müxtəlif  formada  əldə  olunan  faydalı  səmərə, 
qənaətə  sərf  olunmuş  məsrəfi  üstələmiş  olsun.  Ola  bilsin  ki, 
məmulatın  xüsusiyyətini  dəyişdirməsə  də,  lakin  rəqabət 
mübarizəsində qiymətin aşağı salınmasına imkan yarada bilər. Ona 
görə  də  müasir  şəraitdə  əsas  məqsəd  məmulatın  istehlak 
keyfiyyətinin  saxlanılması  deyil,  faydalı  effekt  vahidinə  çəkilən 
xərcə  qənaət  olunması,  ən  çox  sənayenin  metal  emalı  sənaye 
sahələrində  elektron  texnikası,  yarımkeçiri-  cilər,  kompyuter 
texnologiyaları sahələrində tətbiq olunur. 
İstehsal 
xərclərinin 
aşağı 
salınmasında 
ETT 
nailiyyətlərindən istifadə olunması özünü: 

 
istehsal güclərindən tam istifadə olunmasında; 

 
xammal, 
materialdan, 
yanacaq-enerji 
resurslarından 
səmərəli istifadə olunmasında; 

 
yeni, 
daha 
səmərəli 
maşın 
və 
avadanlıqların 
hazırlanmasında; 

 
yeni  informasiya  -  texnoloji  kommunikasiya  proseslərinin 
hazırlanmasında əks etdirir. 
251 


Dünya  iqtisadiyyatında  XX  əsrin  ikinci  yarısından  sonra, 
texnoloji  istehsal  üsuluna  keçməsini,  artıq  ETT-dən  istifadənin 
bazar  nümunəsi  hesab  etmək  olar.  Mövcud  texnoloji  istehsal 
üsuluna  nisbətən  onun  üstünlüyü  özünü,  təkcə  yüksək  iqtisadi 
səmərəliliyin  əldə  olunmasında  deyil,  həm  də  keyfiyyətcə  yeni 
maddi  nemətlərin  hazırlanmasında,  yeni  xidmət  növlərinin 
meydana  gəlməsində,  həyat  tərzini  dəyişdirən  yeni  dəyərlərin 
mənimsənilməsinə  imkanın  yaradılmasında  əks  etdirir.  Qrafik 
təsvirdə  də  bunu  görmək  mümkündür.  Şəkil  8-də  istehsalın 
həcminin  qiymətin  sabit  qaldığı  şəraitdə  dəyişilməsi  texniki 
tərəqqinin nailiyyətlərinin tətbiqi nəticəsində həm məcmu, həm də 
dəyişən xərclərin həcminin artdığını müşahidə edirik. 
Şəkil 8 
 
252 


 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə