istehsalın inkişafı fondunu yaradır. Bölüşdürülməmiş mənfəətin
bölüşdürülmüş mənfəətə olan nisbəti bölüşdürülməmiş mənfəət
normasını əks etdirir. Səhmdar cəmiyyətləri şəraitində bu proses
özünü daha çox büruzə verir. Mənfəətin bölüşdürülməmiş
hissəsinin az və ya çoxluğu menecerin fəaliyyətindən və gəlirin
səhmdarlar arasında bölüşdürülməsi səviyyəsindən asılıdır. Belə
vəziyyətdə firmanın artımı «ta- razlılığınm» təmin olunması ilə
zəruriləşir. Firmanın kapital resurslarının artım sürəti ilə əldə
olunan
həcmin
satışı
arasındakı
nisbətin
seçilmə'si,
bölüşdürülməmiş mənfəət normasının müəyyənləşdirilməsi ilə
həyata keçirilir. Hər konkret şəraitdə firma fəaliyyətində tələb
olunan mənfəotlilik ilə artım arasındakı kombinasiyanı seçir.
Firma yaşamaq üçün inkişaf etməli, istehsalın miqyasını
artırmalı, satışın həcmini yüksəltməlidir. Bunun üçün firma
istehsal güclülərini artırmalı və investisiyalaşmanı həyata
keçirməlidir. Maliyyələşmə prosesi firmanın artırmnda zəruri
amilə çevrilir. Ona görə də firma əsas məqsədindən irəli gələn
vəzifələrin həyata keçirilməsi və artımını təmin etmək üçün bir
neçə yoldan istifadə edir:
•
istehsalın və kapitalın təmərküzləşdirilməsi yolu ilə
firmanın daxili artım
amillərindən;
•
əsasən bölüşdürülməmiş mənfəətin bir hissəsindən və bir
qədər
də amortizasiya fondundan;
•
bank və digər maliyyə-kredit təşkilatlarından alınan
borclardan;
•
əlavə qiymətli kağızların
emissiya edilməsindən;
•
istehsalın və kapitalın mərkəzləşdirilməsindən.
Qeyd olunan sonuncu yol, firmanın artımının ən geniş
yayılmış vasitəsidir. Belə ki, firma aktivlərinin artınrunın 50%-i,
sənaye təmərküzləşməsinin 60%-i yalnız bu üsulla həyata keçirilir.
Firmaların birləşməsi, udulması iri şirkətlərin əmələ gəlməsinə
səbəb olmaqla onların fəaliyyətində yeni xüsusiyyətlərin meydana
gəlməsini əsaslandırmışdır.
262