Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə24/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   233
Bazar 1

biri xərc və ya 
məsrəflərin, qazanc və gəlirlərin son hədd şəklində öyrənilməsi 
ilə bağlıdır. 
İqtisad elmində belə bir tədqiqat mar- jinalizm və ya 
son  hədd  cərəyanına  xas  olan  istiqamətdir.  Bu  istiqamətin 
mahiyyəti  ondan  ibarətdir  ki,  iqtisadi  hadisələr  daima  dəyişilən 
şəraitə uyğun olaraq öyrənilir. Daha doğrusu, iqtisadi kəmiyyətlər 
statik və ya dəyişilməz kəmiyyətdə deyil, onlar daima dəyişilən və 
ya  dinamik  şəkildə  öyrənilir.  Belə  şəraitdə  səmərəli  fəaliyyət 
göstərən  iqtisadi  subyektlər  həyata  keçirilən  hər  hansı  iqtisadi 
əməliyyatdan  qazancın  və  gəlirin  ümumi  səviyyəsini  müqayisə 
etməklə kifayətlənmirlər, eyni  zamanda əlavə və  ya son qazancı, 
eləcə  də  əlavə  və  son  məsrəfləri  mövcud  fəaliyyət  çərçivəsində 
müqayisə etmək imkanına malik olurlar ki, bu da onlara dəyişilən 
məsrəflərlə  dəyişilən  qazancın  səviyyəsinin  həddini  müəyyən 
etməyə imkan verir. Əgər belə şəraitdə son qazanc son məsrəfləri 
üstələyirsə,  onda  onların  fərqinin  nəticəsi  kimi  son  gəlir  müsbət 
nəticə  kimi  qiymətləndiriləcək.  Bu  o  deməkdir  ki,  əlavə 
dəyişikliklərin  nəticəsi  kimi  ümumi  gəlirə  əlavə  gəlir  də  daxil 
olacaq.  İqtisadi  subyektlərin  səmərəliliyi  o  vaxta  qədər  davam 
edəcəkdir  ki,  son  qazanc  son  məsrəflərdən  geri  qalmayacaq  və 
yaxud  da  onlar  bir-birinə 
bərabər 
olacaqdır.  Beləliklə,  iqtisadi 
subyektlərin  səmərəli  fəaliyyəti  son  hədd  çərçivəsində 
formalaşaraq 
əlavə 
gəlirin 
əldə 
olunması 
imkanının 
müəyyənləşdirilməsi  ilə  əlaqədar  olacaqdır.  Çünki  səmərəli 
fəaliyyətin məqsədi ümumi gəlir səviyyəsində hər dəfə əlavə gəlir 
əldə etmək imkanı ilə əlaqədardır. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə